Bloq aç!


WordPress  PHP ve MySQL-ilə  qurulmuş bloq sistemdir. WordPress ən güvənli, pulsuz bloq sistem (platforma) kimi dünyada yayılmışdır. Güvənli olduğuna baxmayaraq zəif cəhətlərindən biri sürətinin aşağı olmasıdır. Amma buna baxmayaraq dünyaca məşhurlaşmış bir sistem sayılır. WordPress-də bloq yaratmaq onu idarə etmək üçün sizə məlumat vermək istərdim. Bloqun idarəsi çox sadədir.

WordPress blog yaratmaq ucun:

http://en.wordpress.com adresə baxmaq lazımdı. Burada gördüyünüz kimi  START THE BLOG var. Buraya daxil olandan sonra qeydiyyat səhifəsini görürsünüz. Gördüyünüz forumda bloqunuzun adını, parol və emailinizi yazırsınız. WordPress sizin bloqunuzu email vasitəsilə aktiv edəcək. Bunun üçün email-ə gələn məktubu açırsınız və orada gördüyünüz linkə daxil olursuz. Bu zaman sizin bloqunuz aktivləşmiş olacaq. Bundan sonra qeydiyyat səhifəsinə qayıdıb adınızı, soyadınızı və özünüz haqda qısa məlumatları yazıb qeydiyyatı bitirirsiniz.

Qeydiyyat bitmişdir. Bloqa daxil olmaq üçün bloqunuzun adını yazıb bloqa daxil oluruq.

Login parol daxil olunub, səhifəmizi görürük.

Bloqu idarə etmək  üçün idarə panelimizə daxil oluruq.

Bunun üçün aşağıdakı ünvana daxil olursunuz.

http://sehifenin_adi.wordpress.com/wp-admin/

Username:

Password:

Daxil edib idarə panelinə  daxil olursunuz.

Bloqumda  necə  yazı yaza bilərəm?

Gördüyünüz kimi burada new post var. Buradan siz səhifənizdə Post yarada bilərsiniz. Bloqa mətn əlavə edib, mətnin başlığını, tam mətnini və bu mətnə şəkil əlavə edə bilərsiniz. Bundan başqa buradan siz səhifədə mətn yerinə text, link və şəkil əlavə edə bilərsiniz. Postları dəyişmək və ya silmək istəyirsinizsə edit funksiyasının köməyilə bunu edə bilərsiniz. Bu səhifəyə daxil olarkən gürürsünüz ki,  burada blogda olan postların qısa başlığı, müəllifi, hansı kateqoriyaya aid olması və yaradılması tarixi göstərilib. Siz istədiyiniz postu dəyişib, silə bilərsiniz. Posta istədiyiniz tarixi vermək də mümkündür. Bunun üçün panelin sağ tərəfində Preview Change bölməsində publish on funksiyasına edit etmək lazım gələcək.

Bloqumda necə  kateqoriya yarada bilərəm?

Bloqunuza  kateqoriya əlavə etmək də mümkündür. Bunun üçün Post menyusundan Categories funksiyasına daxil olub  kateqoriya yaradırsınız. Kateqoriyanın adını yazıb Add Category edirsiniz.

Bloquma necə  şəkil əlavə edə bilərəm?

Bunun üçün media funksiyasından istifadə edəcəksiniz. İstədiyiniz şəkli kompyuterinizdən seçib onu bloqa daxil edirsiniz. Şəkili upload etdikdən sonra şəkil haqqında qısa başlığı, təsvirini və şəkilaltı imzanızı yazıb əməliyyatı tamamlayırsınız.

Bloqdakı  yazılarımda başqa saytlara və  ya bloqlara keçid vermək üçün nə  etməliyəm?

Burada Link funksiyasından istifadə edəcəksiniz. Bloqunuza yerləşdiriləcək saytın və ya bloqun adını, adresini, təsvirini, və hansı kateqoriyaya aid olduğunu daxil edirsiniz. Bundan başqa istəsəniz ki, daxil etdiyiniz link başqa səhifədə açılsın bunun üçün Target bölməsindən _blank aktiv edirsiniz. Bu zaman linki tıklayanda link başqa səhifədə açılacaq.

Bloqda səhifələr düzəltmək  üçün nə etməliyəm?

Bu bloqun ən önəmli funksiyalarindan biridir. Səhifə yaratmaq üçün Page funksiyasından istifadə etmək lazımdır. Buradan add new seçib yeni səhifə yaratmaq mümkündür. Yeni səhifənin adını daxil edirsiz ve səhifənin tam mətnini daxil edib save düyməsini sıxırsınız. Bu zaman dəyişikliklər yadda saxlanılır. Bunları səhifədə görmək üçün isə publish düyməsini sıxırsınız.

Bloqdakı  şərhləri necə redaktə edim?

Bloqunuzda yazılarınıza verilən şərhlərə baxmaq üçün Comment funkiyasından istifadə edirsiniz. Buradan bloqdaki yazılara verilən şərhləri görə bilərsiniz. Bundan başqa yazılarınıza verilən şərhləri bloqunuzda görmək istəmədikdə onları silə bilərsiniz və ya şərhləri dəyişib səhifənizdə göstərə bilərsiniz.

Bloqumda necə  sorğu göstərə bilərəm?

Blogunuzda sorğu göstərmək istəyirsinizsə poll funkiyasından istifadə edirsiniz. Buradan add new seçib sorğu yaradırsınız. Sorğunun sualını daxil edib ,sonra cavablarınızı istədiyiniz sayda daxil edə bilərsiniz. Bundan başqa sorğunuzun görünüşünü(dizayn) dəyişdirə bilərsiniz.

Bloqumun görünüşünü  (dizayn) dəyişmək üçün nə  etməliyəm?

Bloqunuzun görünüşünü  dəyişmək istəyirsinizsə, Appearance menyusundan Theme funksiyasını seçirsiniz. Themaya daxil olduqda burada temaları və onlar haqqında qısaca məlumatlar göstərilir. Hər hansı birini seçib böyük ölçüdə baxa və onu səhifəniz üçün aktiv edə bilərsiniz.

Bloqumda  özüm haqqımda məlumatı necə  dəyişə bilərəm?

Settings-in alt funksiyalarından general funksiyasını görürsünüz. Bura baxdıqda görürürük ki, bloq haqqında əsas məlumatlarımız buradadır. Bloqunuzun adı, şəkiliniz, bloqun idarə panelinin dili və s. Buradan istədiyiniz  dəyişiklik apara bilərsiniz. Yazdığınız postun formatını dəyişmək, yazının uzunluğu, bir səhifədə neçə postun görünməsini settings-dən idarə edə bilərsiniz. Yüklədiyiniz şəkillərin bloqa çıxmasından öncə onun ölçülərini buradan tənzimləmək mümkündür.

Əgər siz bloqunuzun ləğv edilməsini istəyirsinizsə, Delete Blog bölməsinə keçib orada bloqunuzu silə bilərsiniz.

Mənbə : Medialaw.az

Bunu da Oxu : WordPress nədir?

Bloq aç!” üçün 4 cavab

  1. Geri bildiriş: Wordpress nədir? « Reyhan Babayeva·

  2. Salam… Sayənizdə mən də blog açdım… Buna görə təşəkkürlər… Ama bəzi bilmədiyim və çətin gələn şeylər var… Kömək etsəniz sevinərəm.

    Dediyiniz kimi blogumda səhifə açdım. Ama nəsə başqa cür alındı. Məsəlçün mən “oxuduğum kitablar” adlı bir səhifə açdım və indi bu səhifəyə bir-bir oxuduğum kitanların adlarını , şəkillərini , onlar haqda qısa məlumatlar yazmaq istəyirəm. Necə edə bilərəm..?
    Birdə profil şəkli kimi bir şəkil var (hansı ki göy rəngdə , tərsinə G hərfinə oxşayır)… Onu necə dəyişib öz istədiyim şəkli qoya bilərəm..?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma