Önsöz – “Şair üçün tredecimo”


Sən indi fikirləşirsən ki, şair yenə dünəndən əzilmiş siqaret paçkasından sonuncu əzilmiş siqaret dənəsini alovla birləşdirdi.

Ya da əvvəl yazdığım hansısa yazıda demişdim ki, şairin olduğu bütün gözəl hekayələr – şair tənha uzun yola çıxdı yaxud bir gün şairin olduğu şəhərə yeni insan gəldi ilə başlamır.

Şair özünə görə ən tanınmış, ən çox cv tutan gənc yazar idi.

Əslinə qalanda isə o dönəmlər onunla birgə çox güclü şair və yazarlar var idi özü də gənc yazarından.

 

Ama şair hər zaman fərqli idi.

Məcbur idi.

***

Mənim onunla tanışlığım onun çox cavan mənim isə artıq ölkənin birinci şairi olduğum dönəmlər idi. O isə hələ yeni-yeni bu yollara girmişdi. Məni tanıyırdı, sosial şəbəkələrdə daimi dəstəkçim, facebook page”imin admini idi.

Amma heç vaxt tanış olmamışdıq.

***

 

O mənim qapımı bir dostu ilə əllərində “Qızıl üzük” arağı və 2 turist sosiskasi ilə döymüşdü.

Hava soyuq idi və onlar hansısa yarmarkada sata bilmədikləri yüzlərlə kitab yüklənmişdilər.

Kitab yüklü eşşəklər idilər.

Mərkəzə ən yaxın şəxsi ev mənim olduğundan mənim evimə gəlmişdilər.

***

Mən isə ən tanınmış üç şeirimdən biri olacaq – Ayrılıq, ölüm dolu misraları azərbaycan ədəbiyyat tarixinə yazacaqdım.

Onlar gəldilər və ədəbiyyat, siyasət, şeirdən ibarət olan məclisimiz başladı. Ədəbiyyatın son kursunda onun dostu artıq arağın onu məğlub etdiyini qəbul edib, yatmışdı.

Amma o mənimlə durmadan söhbət edir və ən yaxın dostum olan spirti məndən də yaxşı içirdi.

Niyə spirt? Çünki Əmircanın yaxud Hövsanın hansısa podval ya qarajında bu spirtə su vurulmuş razvidnoy bakı araqları içirdik də.

Onda özümü görürdüm – cəlilabadda malları otaran vaxtlarda tut arağı ilə iftarımı açırdım.

***

Məclisdə olan adını sirr kimi saxladığımız bir şairə ruhlu dostumuzun təkidi ilə içki məclisimizi saxlayacaqdıq. Amma mən son söz yaxud məclisin son sağlığını demək üçün ayağa qalxmadım. Elə məclis boyu oturduğum divanda bir soluma çevrilib dedim. Mən o sağlıqda demişdim ki, sən bu sürətlə getsən 33yaşını görməyəcəksən. İçək o görməyəcəyin günlərə deyərək rumkanın içində arağı içdim.Qeyd edim ki –  İçki içənlər sağlıq deyilənəcən rumka əldə qalacaq və sağlıq bitən kimi içkilər içiləcək. Kim içməzsə uzun müddətlik içki məclislərinə dəvət edilməzdi həmçinin içki məclislərinə gəlməsi qadağan edilirdi.

Yəni mənim o sağlığımdan sonra içdiyimə görə o da sağlıqla razılaşıb içməliydi.

***

O da gülərək içkisini içmişdi.

***

Bəlkə o da mənim kimi ölmək istəyirdi. Amma sözündə, ideallarında qalaraq ölmək.

Az qalıb görəcəyik 33ünə nə qalıbki.

Mən isə o ideallara, şərab qadınlara, sözlərimlə ölmək istərdim.

Ama mən ölmədim, ölümdən məni fövqaladə əziyyətlər bahasına qutardılar.

***

Amma o gün mən onun gözündə şair olaraq öldüm, bir dost kimi qaldım.

O da ona görə bu kitabı mənə həsr edib. Şairin ölümlü ruhuna…

Ona görə sevdiyi şəhərindən, dostlarından, xatirələrindən, ailəsindən uzaqlaşdı.

Getdi.

Və bir də nə zaman qayıdacaq bilinmir.

 

Etibar Salmanlı

15 avqust 2019

Şair üçün tredecimo hekayələr kitabı – ÖnSöz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma