adı olmayan qaralama


Mən özümü çox cəsarətli biri kimi xarakterizə edərdim.

Düzdür bir çox dostlarım üçün cəsarətli məsələsini kənara qoysaq çox təhlükəli adamam.

Sözün düzü indiyənəcən təhlükə yaratmışamsa özümə yaratmışam.

bəzi boz söhbətləri kənara atsaq məncə elə də pis adam olmamışıq.

Cəmdə danışmağı sevirəm, bilirsən.

***

biraz yuxarıda yazdığımı aşağıda yazdığlarımla inkar edəcəyəm.

səbr elə.

***

Mən bü günəcən nə etmişəmsə hər zaman özümə etmişəm.

etdiklərimdən peşman deyiləm.

o ayrı məsələ.

***

mən səndən ayrılanda mənə qara göz və qara saçlarla baxmışdın.

ama bu gün etibarlis”ə baxmırsan.

Bəlkə də baxırsan.

Bilmirəm.

Və yaxud bu gün şəkillərdən mənə gümüşü yaxud sarı saçlarla baxırsan.

bəlkə də sarıdır sadəcə şəkillərdə günəş şüaları səni mənə gümüşü göstərir.

elə mən də gümüşü və sarı saçları çox sevirəm.

nə vaxtsa özüm də saçımı saraldardım ama gecdi 🙂

***

mən dedim axı çox cəsarətli adamam.

ama sənə bir mesajı yazacaq qədər cəsarəti özümdə tapa bilmirəm uzun müddətdi.

yəqin heç vaxt da tapmayacağam.

***

sənə yenə mesaj yazardım və sən əsəbləşib telefonu divara çırpardın.

ama yox, indi telefonlar çox bahadır.

hansısa mesaja görə səni kalan xərcə sala bilmərəm.

***

vaxt var idi ayaq ilə otuz dəqiqə aralıda idin

indi isə təyyarə ilə bir gün uzaqdasan.

bir gün geridən gəlirəm sənin saatına.

***

əslində bəlkə də nə zamansa görüşərik.

onda yazmadığım mesajı deyərəm üzünə, telefon da heyif olmaz.

indi isə yenə içki içirəm, yenə çaxır içirəm.

mən çaxıra şərab demədim heç vaxt.

ama sənin adına olan çaxır deyil, sadə avstraliya çaxırıdır.

Yəqin bizim ştatın hansısa podvalda doldurub üstünə avstraliya çaxırı etiketi yapışdırıblar.

yenə də olsun mənim üçün bütün çaxırlar sənin adına olan çaxırdı.

bəlkə heç indi o çaxır istehsal edilmir.

nə bilim.

beş ildi yoxam orda.

mənə min il kimi gəlir amma.

***

bu yazı əslində özümün özümlə olan söhbətidir.

bütün günü beynimdə fırlanıb.

ondandır yazıram ki, qalsın burda.

darıxanda oxuyarıq.

***

 

Etibar Salmanlı 

30 iyul 2019

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma