Stolba – ədəbi söhbət güya – birinci yazı


Əslində mən uzun müddətdir belə yazılar yazmıram.

Deyə bilərsən ki, ümumən yazmırsan axı.

Onunla da razılaşıram amerikan həyatının çox sürətli olmasına görə yaradıcı bir iş görmək olmur.

Madiyyat yaradıcılığı üstələyir.

***

Mən bülbülə kəndində böyümüşəm. Dalan 3ə dönən kimi birinci ev əmimgilin ikincisi isə bizim idi.

Dalanın girəcəyində olduğu üçün əmimgilin evinin qapısına maşınla ayda kimsə ya içib, ya çəkib girirdi. Yəni ki, maşınla avtoqəza edirdi. əmim həllyolunu tapdı və qapının tininə böyük bir stolba qoydurdu. Stolbanın yarısı asfaltın altında yarısı da bayırında idi. Ama adamın başının üstündə kepka var o stolba öz işini vicdanla yerinə yetirirdi.

***

Yay aylarında məhləuşaqları ilə həmişə bakı kəndlərindən (hovsan, maştağa, Nardaran vəs.) oğurluq yaxud pis vəziyyətdə olan zaporejets maşını alırdıq. Elə də baha olmurdu – 20 şirvandan 60 şirvanacan.

Sonra bütün yayı o maşını kənd daxili sürüb həm təcrübə qazanırdıq həm də əyləncəli olurdu. O zamanlar polis kəndlərə girmirdi. Yayın sonunda isə bülbülə qəbiristanlığını razın, qaraçuxur qəbiristanlığından ayıran kiçik şor gölünə tullayırdıq.

***

Hər zaman dostlarıma deyirdim ki, bir gün bir 07 alıb ən yüksək sürətlə o stolbaya girib intihar edəcəyəm. Niyə edəcəm, nə vaxt edəcəyəm onları bilmirdim. Heç dostlarım da ciddiyə almırdı.

İndi isə nə o stolba var, nə mən varam nə də mən 07 aldım.

***

2016cı illərin əvvəli idi. Bir neçə ay idi ki, sol dizimin üstündə anlaşılmaz ağrı var idi. O ərəfədə yuxuda gördüm ki, xərçəng xəstəliyinə tutulmuşam. İlk işim həkimə getmək oldu. Həftələrlə qan analizləri, ürək yoxlamaları, əzələ məşqləri falan oldu. Nəticəsi isə o oldu ki, top kimisən get davam elə yeyib-içməyinə.

Qısası xərçəng çıxmadı.

***

Mən tipik bir bakılı, azərbaycanlı olaraq həkimə ən son həddə getməyi seçirəm. ama bu günlər əsas da Mahmudun ani ölümündən sonra həkimdən bir görüş almağının vaxtının çatdığını düşünürəm. qeyri sağlam həyat tərzi, içki vəs zadlardan istifadənin ilk zəiflətdiyi orqanlardan biridir ürəyimiz. Üstəgəl yaşadığımız sürətli həyat da bizi yaşımızdan daha tez qocaldır. Razılaşsaq da, razılaşmasaq da reallıq budur.

Ona görə Mahmudun ölümündən öz-özümə düşündüm ki, o vaxt girə bilmədiyim stolbaya bu dəfə daha sürətlə yaxınlaşıram.

Bir gün yatıb da durmayacam sanki.

Deyərsiz ki, indi yaşayırsan ama stolba intihar olmalı idi.

Amma ki, hazırda yaşadığımız həyata bilərəkdən intiharı seçmək də deyə bilərsiz.

Adını yaşamaq qoymuşuq ama ki, könüllü intihardan fərqi yoxdu həyatımızın.

***

Yatıb da durmamaq kimi bir ölümün bizim həyatımızda olma ehtimalı həddən artıq yüksəkdir. Ona görə sevdiklərinizin yanında olub, onları nə qədər çox istədiyimizi deməliyik, dostlarımıza əlimizdən gələn köməkləri etməliyik çünki bizim artıq dost, sevgili itirən deyil də basdıran yaşımızdır.

Etibar Salmanlı  – Etibarlis

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma