Şair üçün tredecimo – Giriş


Bütün gözəl hekayələr – bir adam yeni bir səfərə çıxdı yaxud şəhərə yeni bir insan gəldi ilə başlamır.

Başlaya da bilməz. Mümkün deyil.

Çünki həyat ədəbiyyatdır və ədəbiyyat da əbədiyyən şəxsi olub. Birinin oxuyub da anladığı əsərdən başqası başqa şey anlayar, bir başqası da heçnə anlamaz. Yəni bu riyazi məsələ deyil ki, 2×2 = 4 olsun.

Mənim hələ də çap edilməmiş hekayələr kitabım olan “Şair üçün Tredicimo” da olan bütün hekayələr bir cür başlayır və o başlanqıclarda şəhərə heçkim gəlmir yaxud “Şair” heç bir səfərə çıxmır.

“Şair” nə zamansa harasa gedə bilər ama bunun söhbətə dəxlisi yoxdur.

Yəni mənim üçün bütün hekayələr “Şair” ilə başlayır və o da yuxarıda dediklərimə uyğun hərəkət edir.

…Şair yenə yuxudan ayılıb əlini atıb çarpayının altındakı dörd saatdır yalqız qalmış əzilmiş siqaret qutusundan özü kimi nəslinin son üzvünü götürüb yandıraraq ağır tüstünü ciyərlərinə qəbul elədi.

Bununla da yeni bir hekayə başlayıt və harda bitəcəyini heç “Şair”in özü də bilmir.

Mən? Mən də  bilmirəm.

Oğraşdı yalan deyən. 

Mən artıq 5 ildir ki, Amerikada yaşamağa çalışıram. Amerika ilk illər gözəl olur. amma sonrası zülm olur düşünən insana.

Kənardan çox xoşbəxt görünürük. Bunu mənə deməsəz də bilirəm.

Amma Amerika gəlib, görüb sonra da çıxıb getməli ölkədir.

Bu ölkədə pul var, bu ölkədə nə istəsən əldə edə bilərsən amma bu ölkədə xoşbəxt ola bilməzsən.

Kim deyirsə qələt edir.

Mən də nə zamansa çox xoşbəxtəm demişəmsə bunu təcrübəsizliyimə sayın.

Bu ölkə insanın insani hisslərini var gücü ilə sovurur. Bütün müqəddəs bildiyin şeylərə tüpürəcək vəziyyətə düşürsən.

Bu yerdə yadıma əziz dostum Qismətin bir şeiri düşür.

“Bir qadın var hardasa
Soruşsan xoşbəxtsənmi?
Bədbəxtəm deməz
Deyər: çox mətbəxtəm… ”

Söhbətə dəxlisi varmı? Yox.

Bir gün hərşeyi atıb istədiyini etmədiyin vaxta qədər sən insan deyilsən. Sadəcə sosiallaşa bilən bir heyvansan. Bunu hansısa adını bilmədiyim bir mütəffəkkir deyib.

Deməyibsələr əgər o adını bilmədiyim kəsdən əksiy biri olmadığıma görə mən deyirəm.

Mən həyatımın hər anında kimlərinsə dəstəyi ilə çox işlər görmüşəm.

Məni kitaba həvəsləndirən anamdan tut 3 yaşlı Sophie Töhfə Salmanlıya qədər.

Hər halda Bülbülədə doğulub indi Oregondan yazı yazıramsa qəbul edərsiz ki, xeylam yol getmişəm.

Hərdən yadıma “Şair” düşür.

O şair ki, mənim inkişafımda çox rol oynayıb.

Düzdür o şair vəfat edib mənim üçün amma şair vəfat etsə də mənim dostum olaraq hələ də yaşayır.

Hərdən gecələr yuxuma Aqşin girir. Aqşin Yenisey.

O mənim üçün bir sağlıq demişdi, ciddiyə almamışdım.

Xarakter olaraq heç kimi ciddiyə almıram.

Hətta anamın da vəfat edəcəyini ciddiyə almamışdım. Amma ciddi oldu.

Aqşin də mənə bəzi sözlər demişdi, özü ölüm döşəyinə düşənə qədər ciddiyə almadım. Amma sonra sevərək oxuduğum şair vəfat edib təkcə dostum sağ qalanda gördüm ki, yox Aqşin ciddi imiş. Onda bir an üçün dayanaraq həyatıma yeni bir yön verdim.

Uzun illər düşünüb etmədiyim şeyləri bir-bir edirəm.

Heç vaxt olmadığım qədər pozitiv və optimistəm bu aralar.

Ümid edirəm ki, bu etdiklərim mənim üçün sevdiklərim üçün də xoş sonluqlarla bitər.

Belə də ki, problem deyil bütün problemlərimizi həll edəcək təcrübəmiz var.

Qısası yaxşı olar.

Bəzən mən deyim dörd sən denən beş dil bilsən də hisslərini ifadə edə bilməzsən.

Bəzən hisslərini dünyani yeni anlayan ergən kimi ifadə edərsən, bəzən də dörd-beş cümləlik abzasda dəfələrlə ən azı üç dəfə yaxşı olar”dan istifadə edərsən. Bəzən bir mesaji, məktubu anlamaq üçün hər gün dəfələrlə oxuyarsan. Anlayarsan ya anlamazsan o artıq sənə qalıb.

Yəni ki, its up to you.

Amma bilirsən ki, bir gün  başının üzərindəki qara dumanlar çəkiləcək, qarışıq olan vəziyyət anlaşılan və yaxşı olacaq. Onda isə düzgün qərar verə biləcəyik. Ətrafdakılara da bu qərarı anlayışla qarşılamaq qalacaq.

Ps. Yazıdakı fotolar Bayram İsgəndərova məxsusdur.

Pss. Əgər yazıda hansısa qramatik səhvlər görsəz üzrlü sayın. İllərdi yazı yazmıram, getdikcə azərbaycan dilinin ədəbi normalarını unuduram.

Soruşsaz bu yazını niyə yazdın cavabım ürəyim istədi yazdım olar. 

Etibar Salmanlı (Etibarlı)

Oregon, United States

4 May.

Bu slaydşou üçün JavaScript lazımdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma