Bəlkə, mən düz eləmirəm?! – Fəlsəfi köşə


Etibar SalmanlıƏslində söz vaxtını çəkər deyiblər.

İki il bundan öncə dostumuz Rəbiqə Nazimqızının kitabını geniş ictimaiyyətə təqdim eləmişdik.

Pis də olmamışdı təqdimat. Dost-tanış kitabı almış və şairənin yaradıcılığından danışılmışdı.

Üzərindən bir neçə gün keçəndən sonra Rəbiqə xanımın təklifiylə kitabının yayımı ilə bağlı bütün işləri könüllü olaraq öz üzərimə götürdüm. 

Həmin günlərdə həmçinin rəssam, şair, tərcüməçi əsas da gözəl insan olan Fərhad Yalquzağın “Alatoran” nəşriyyatında çap edilmiş kitabının da yayım işi mənim üzərimdə idi.

Hər iki kitabdan səhv etmirəmsə 25 ədəd götürüb “Əli və Nino” nəşriyyatının anbarının yolunu tutdum. Satış üzrə məsul olan xanımı yaxından tanıyırdım. Dəfələrlə onlara bir çox kitab vermişdim. Məsələn, gənc yazar Fuad Şahbazovun Suriya haqqında yazdığı kitabını çox yaxşı satmışdılar.

Nəisə, orda olanda məndən cəmi 5-6 kitab aldılar və yerlərinin olmadığını bildirdilər.

Üstündən təxminən bir ay keçəndən sonra zəng etdilər ki; zəhmət olmasa gəlin kitablarınızı götürün.

Səbəb isə “yerimiz yoxdur” idi.

Götürmədim, bir neçə dəfə zəng etdilər axırda da dedim ki, paylayın tələbələrə.

Sonra nə oldu?

Sonra isə heçnə, indi də Qan Turalın kitabını götürmürlər.

Səbəb dəyişməyib, iki ildir ki, “Əli və Nino” hər kəsə yer tapır, ancaq yerli müəlliflərə yer tapmır.

Çingiz Abdullayevin iki kamazlıq kitablarına yer tapırlar, amma Qan Turalıya yer tapmırlar.

Qan Turalı Azərbaycan mühitində tanınmış imza olmasa heç bu polemikaya da ehtiyac olmayacaqdı. Az-çox oxunan ədəbi dərginin baş redaktorunun kitabına yer yoxdursa, mənim sizə sözüm yoxdur.

Absurdun yekəsini yaşayırıq.

Milli Kitab Mükafatı təsis edənlər milli kitaba, milli yazıçılara “yerim yoxdur” deyirlər.

Adama deməzlərmi ki, bizi qəbul etmirsən etmə, bəs bir neçə il öncə odlu-alovlu şəkildə: “Yerli ədəbiyyatı inkişaf etdirəcəyik, kitab alanlar çoxalacaq, intellektuallaşacayıq” – falan-filan deyən kim idi?

Milli Kitab Mükafatı yaradanların belə addım atmasının tək adı var – İkiüzlülük, səmimiyyətsizlik, hətta səviyyəsizlik. Başqa adı yoxdur.

Yerli yazarın kitabı satılmaya bilər, yerli yazar zəif də yazar, hər kəs Tolstoy, Dostoyevski olmayacaq ki.

Ancaq yerli yazara dəstək vermək hər kəsin borcudur.

Dəstəyi pulla, qonaqlıqla, bazlığa aparmaqla səhv salmayın.

Yazar kitabını yazıb  beş-on manat pul qazanmalıdır.

Ancaq yerli yazarın kitabına 40 faiz vergi zoplamaq əclaflıqdır.

O yazar nə qazanır ki, sənə gəlirin 40 faizini versin?

Bir şeyi də qeyd edim. Heç kim deyə bilməz ki, satılmayan kitabları vitrində saxlamaq bizim biznes maraqlarımıza ziddir.

Yazar sənə 250-300 kitab vermir ki, maksimum 25 kitab verir. Onu da satış məntəqələrinə bölsən, hər məntəqəyə 4-5 kitab düşər.

Götürməlisən, gənc yazarın kitabını götürmürsənsə,bağla kitab dükanını get, alt paltarı sat.

Bizdə də günah var.

İndi bəh-bəhlə satdıqları xarici müəllifləri camaata biz tanıtmışıq.

Siz Əli və Ninonun hansısa xarici müəllifi kütləyə təqdim etdiyini görmüsünüzmü? – Mən görməmişəm.

Bir-iki cümlə də bu gün oxuduğum sorğu haqqında yazım.

Dostlarımız “kitab təqdimatlarından razısınızmı?” deyə bir sorğu keçiriblər.

Suala cavab verən ikinci adam da “Əli və Nino”nun sahibkarı Nigar Köçərli olub.

Cavabını oxuyub 20 dəqiqə güldüm. Maraqlı olsa axtarıb-tapıb oxuyarsız.

Sorğunu keçirən, əminəm ki, camaatı qıcıqlandırmaq üçün Nigar xanımı da siyahıya əlavə edib.

Nigar xanım ki, bir gənc yazarın kitabını mağazasına qəbul etmir, onun azərbaycanlı yazarların kitab təqdimatları haqqında şərh verməyə nə qədər haqqı çatır?

Bir sıra cavablar mənə çox mənasız gəldi.

Müşfiq Xan deyir ki, dəniz kənarında təqdimat keçirəcək. Bu iş, inanın, çox mənasız bir iş olar. Ən azından dəniz kənarında təqdimat keçirmək kitabı yazan yazıçıya ayıbdır, hörmətsizlikdir.

Ən yaxşı fikirləri hər zamankıtək Qismət bildirib. O da sorğuya cavab verənlərin ümumi səviyyəsinə görə yaxşı danışıb.

Mən isə təklif edirəm ki, Nizami kinoteatrının qarşısında olan keçiddə təqdimat keçirin.

Çox maraqlı bir addım olar.

Biz Seymur Baycan üçün, Əli Əkbər üçün, Cəlil Cavanşir üçün pubda, barda təqdimatlar keçirmişik.

İndi təklif edilən və edilməyən hər şeyi etmişik kitab üçün.

Təmənnasız, heç bir manat da pul güdmədən etmişik.

Bəlkə, ona görə uğur qazanırdıq nə bilim…

Bəlkə də səhv düşünürəm.

Yazımı isə dahi şairimizin bir misrası ilə bitirirəm.

Bəlkə, mən düz eləmirəm, sənə bu qədər bağlanıram…

Etibar Salmanlı(Etibarlı)

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma