İt, dil və mən…


_DSC0146

İndi yazacağım yazıdakı hadisə təxminən iki-üç ay əvvəl baş verib.

Mən dünənlərlə yaşayan insan deyiləm.

Hər zaman ya bugünü ya da sabahları düşünürəm.

Yerində sayan adamlardan lap əvvəldən zəhləm gedir.

Səhər tvitterimə mesaj gəldi. “Axşam 200 Quincy Ave-də olacağam, sənin də iştirakın məni sevindərirdi.”

İşlərimi bitirib  yaşadığım ərazidən 200 Quincy Avenue-yə doğru yol aldım. Weymouth, Braintree, Quincy yaşayış məntəqələrinin birləşmə nöqtəsində işıqforun qırmızı işığında durub yoluma yaşıl işığın yanmasını gözləyirdim. Əks yolda daha bir maşın durmuşdu. Mən isə indi yadımda olmayan bir mahnıya qulaq asırdım. Əks tərəfdə olan maşının arxa oturacağında növünü bilmədiyim bir it oturub pəncərədən ətrafı seyr edirdi. Mənə diqqətlə baxdı və dil çıxartdı. Özümü çox xoşbəxt hiss elədim. Mən də itə dil çıxarıb yoluma davam elədim. 200 Quincy Avenue-də yerləşən evdə məni dostlar gözləyirdi.

Dünənlərdə qalmayın.

Dünənlərdə heç nə qalmayacaq.

Gələcək bu günlərdə, gələcək sabahlardadır.

Gələcək inkişafdadır, gələcək dəyişiklikdədir.

Gələcək hər bir halda xeyirlidir.

Özünüzdən muğayat olun.

Etibar Salmanlı (Etibarlı)

Weymouth

Amerika Birləşmiş Ştatları

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma