Guya ədəbi amma ki, elə-belə sayıqlamalar – 2


1374288_590923280946040_1352532642_nBirincini buradan oxu – LİNK

Monitora yaxın oturma, dost. Gözlərinə ziyandır. Çıx təmiz havaya, gəz, əylən, gəncliyini yaşa.

Nə görmüsən bu geydirmə ölkənin özü kimi geydirmə gündəmində?

***

Vaxtım olanda oturub ya da elə ayaqüstündə yazılmış yazıları oxuyuram.

Hansı nəticəyə gəlirəm?

Heç nə.

Bir dənə yekə heçnə görürəm.

Boş-boş yazıları oxuyuram.

Nə etməli, olanımız odur.

Böyük Bəyin sözü olmasın gedib Fransadan xalq gətirəsi deyilik ki…

Əvvəllər N qədər “ədəbi” və “əsəbi” sayt var idi.

İndi də var. Müdürlərinin dediklərinə görə…

***

Uzaqda olsam da, gündəmi daha doğrusu gündəmə aid yazıları oxuyuram.

Sözün düzü yazılan yazılara baxanda sanki bunları oxumuşam kimi bir hiss də yaranır məndə.

Bir tərəfdə Əli Əkbər var.

Həftədə bir neçə dəfə bazukasını üzü ölkəyə tuşlayaraq hər kəsi – sözün əsl mənasında hər kəsi bombardman edir.

O biri tərəfdə Günel Mövlud var.

Ölkəyə nisbətən yaxın olduğu üçün  movzuları nisbətən yeni görünür.

Ancaq Güneli davamlı oxuyanlar onun da eyni söhbətlərin mübtəda-xəbərini dəyişərək yazdığını bilir.

Ölkənin içində Aqşin Yenisey var.

Əziz dostum da olsa qeyd etməliyəm ki, Şair də artıq çeynənmiş mövzulara daldan girib, qabaqdan çıxır. Bəlkə dal-qabaq yazdığı üçün yazdıqları daha anlaşılmır.

Kulisin qabağında lent.az olmadığı vaxtlarda Qan Turaldan, Mirmehdi Ağaoğludan, Cəlil Cavanşirdən yazılar oxuyurduq. Amma saytlarda görünmürlər “şairlər” son zamanlar.

Kult.azın köşəçilərinə baxdım onlar da yoxdu. Gülməli gəldi, axı dostlar “günə bir yazı yazaq” prinsipiylə işləyirdilər.

Yeni yaranan senet.az-da nə bilim ala…

OxuZalı üstəgəl meydan.tv-nin köşəçiləri də boş-boş işlərlə məşğuldurlar.

Əgər Gündüz Ağayev köşə yazırsa deməli vəziyyət “uruski”dir.

Yaxşı ki, aradabir Zaur Qurbanlı yazır…

***

Son günlərdə Tural Şahtaxtinskinin OxuZalında çap edilmiş iki yazısını oxudum.

Bu yazılar təxminən 5 il əvvəl yazılıb və vaxtı keçib.

Hətta Seymur Baycan o mövzularda iki dənə də kitab yazıb…

Turala bir dənə də xırda məsləhət verim. Tarqovuda yoldan keçən azərbantiklərə kitablarını paylamaqdansa ölkəxaricində olan kitab həvəskarlarına yollasa daha yaxşı addım olar.

***

Bir də yadımdan çıxmamış bir məsələni də qeyd edim.

Azərbaycan Yaradıcılıq Fondu Dini işlər üzrə zart-cart komitəsinin sponsorluğu ilə hekayə yarışması keçirir. Mövzu isə “Dünya 21-ci əsrdədir, elm adamları marsda su tapır, biz isə gəlin 7-ci əsrdə gəlmiş ya da yazılmış Quran motivləri”ndən yazaqdır.

Hekayələrin sujet və ideyası mütləq Quranda bəhs edilmiş əhvəlatlarla birə-bir olmalıdır.

Nə bilim ala.

Harda qalmısız ala, siz?

Ora yazanlar və yaxud yazacaq yazarlar mənimlə həmfikirdir ancaq müdir, komitə qorxusuyla yazacaqlar. Ağızları nədir yazmasınlar. İqtisadi krizisdir. “Daha bizə lazım deyilsən” ifadəsi o yazarlara təxminən 2 öldürən yeri 3 otaq ya da qapı aralıdadır.

Təxminən belədir. Pivnoyda araqdan, pivədən nuş edib evə gedib Quran motivlərinə uyğun hekayə yazırsan.

Yarışmaya yollayıb birinci yer olursan komitəylə gedib qələbə namazı qılırsan sonra da uşaqlarla gedib yenə pivnoyda araq, pivə, soyutma kartof və hisə verilmiş balıq yeyirsən.

***

Asif Ata”nın gözəl bir ifadəsi var.

“Mən insanları imtinalarıyla tanıyıram…”

Məncə də imtina etmək gözəldir ancaq zamanında…

Burdan “İmtina”nın yazarı olan dostum Dilqəm Əhmədə də salamlarımı yollayıram.

Özünüzdən muğayat olun.

Etibar Salmanlı(Etibarlı)

31 mart 2015

Weymouth

Amerika Birləşmiş Ştatları

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma