Guya ədəbi amma ki, elə-belə sayıqlamalar


1374288_590923280946040_1352532642_n

Foto: Rəvan Seyfulla

Monitora yaxın otur, dost.

Yəqin düşünürsən ki, Etibar əvvəllər bərk gedirdi Amerikaya gedəndən sonra isə öz sürət qutusunu N (neytral)-ə keçirib, sakitləşib.

Özüm ölüm deyirəm ki, elə deyil.

Mən də burada oxuduğum kitablardan ayda-ildə bir yazı yazıb kultura.az və yaxud Bakıda rəhmətə getmiş ancaq Praqada komada olan Azadlıq radiosunun “Oxu Zalı”nda çap etdirə bilərəm.

Məsələn mən də son oxuduğum Soljinitsinin əsəri haqqında “Soljenitsinin “Birinci çevrədə” əsərinin fəlsəfi aspektləri” adlı bir yazı yaza bilərəm. Amma yazmıram. Niyə? Sonra bilərsiz.

***

Bu günlərdə eşitdiyim bir xəbər mənə çox pis təsir elədi.

Biznes baxımından rentabelli hesab edilmədiyi üçün bir neçə sayt bağlanıb.

Bu günə qədər rentabelli hesab edilirmiş “anidən” görüblər ki, uyda sən demə rentabelli deyilmiş.

Şair bu yerdə deyir ki, götür rentabelini də get o yanda oyna, zəhmət olmasa.

Bağlanan saytların bir dənəsi  çıxmaqla heç biri yanan barmağa xeyri olmayanlar idi.

Ailəyə həsr edilmiş “pornom.az” saytı bağlanıb çox da mənim daşkəsəndə daş kəsən dostumun kəsdiyi daşa ki.

Ya da hansısa qlamur  xarici saytın qlamur bir xəbərini tərcümə edərək çap edən əsəblərinizizorlayanoid.az-ın kimə nə dəxlisi.

1937.az-dan danışmaq istəmirəm, həvəsim yoxdur.

Həvəsim olanda geniş yazı yazaram.

Belə saytlar olmasa da olar.

Səxavət Sahilin “adminliyini” etdiyi avanqard.net indiki artpress.az aylardır biznes baxımından rentabelsiz işləyir. Bu gün də beş-on manatı saymasaq gəlirsiz işləyir. Bağlanan idisə o sayt çoxdan bağlanmalı idi. Niyə bağlanmadı? Səxavətdən soruşun.

Yazıya üç ulduz qoyub yeni bir başlıq açaq.

***

Kulis.az bağlanıb.

Bundan böyük  zərbə olmazdı olmayan ədəbi sahəyə və yaxud kitab sahəsinə.

Bir az geriyə boylanın.

Azərbaycanda “milli kitab mükafatı” var idi. Indi yoxdur.

Düzdür mükafatı hansısa Qaraqan alırdı ancaq yenə də var idi.

Və yaxud hansısa başı redaktorun hansısa dilvuranı üçüncü yoxsa ikinci yeri tuturdu. Indi tutmur.

Heç yoxdan yaxşıdır.

Ədəbiyyat sahəsi heç vaxt rentabelli olmayıb. Olmayacaq da.

Bilmirdiz?

Yox bilirdiz!

Axı siz Azərbentonitin media patroniçələri idiz …

Bilmədiyiniz heçnə yox idi.

Nə oldu birdən birə?!

Heç nə kulis.az bağlandı.

Nə isə.

Öz bostanınızdır özünüz bilərsiz nə əkdiyinizi, nə biçdiyinizi…

Kələm, pomidor, xiyar sizin. İstehsal edən də, istehlak edən də siz…

***

Yaşadığım əraziyə durmadan 2 aydır ki, qar yağır.

Hingham, Hull zonalarında okean dalğaları donub.

Amerikalı yaşlı insanlarla danışanda –  həyatlarında ilk dəfədir ki, belə hadisə ilə rastlaşdıqlarıyla eşidirəm.

Fevralda doğulmuş biri üçün soyuq qışdan gözəl nə var ki?

Heç nə!

Daha bir üç ulduz…

***

Bu barədə yazdığım statusumunun altında dostlar biri yazdı ki, “Etibar bəs sən nəyi bağlamısan?”

Cavabım o oldu ki, mən illərdir istifadə etdiyim http://www.etibarli.wordpress.com ünvanlı bloquma http://www.etibarli.net domainini alaraq bir növ rebranding elədim. Özü də yeddi-səkkiz min manata yox 11 dollara.

Hər zaman demişəm ki, wordpress.com və yaxud tumblr.com-da 150-200 dollara elə sayt nümunələri var ki, heç Azərbaycanda elə saytlar yoxdur. Vaxt və imkan olanda alaram sözümün doğruluğuna tamaşa edərsiz.

Özünüzdən muğayat olun əgər ola bilsəz.

Ps. Yazının sonunda isə bu günlərdə 40 yaşı tamam olmuş əziz dost, böyük qardaş Kənan Hacını təbrik edir, yeni-yeni əsərlər ən əsası isə cansağlığı arzu edirəm. Təbriklər “Big Brother”!

Etibar Salmanlı ( Etibarlı)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma