Yaxşı ki, Amerikaya gəlməmisiz yaxud yazı yazmaq lazımdır


usYaxşı ki, Amerikaya gəlməmisiz…

Giriş və yaxud bloqları işə salmaq lazımdır.

Hər bir işdə liderlik lazımdır. Nə edirsən et, necə yaşamaq istəyirsən yaşa, nəsə yaratmaq istəyirsən yarat bir dənə lider – öndə gedən lazımdır.

Azərbaycan tipli ölkələrdə, ümumiyyətlə, lider lazımdır.

Nədir lider?

Sizin üçün bir balaca açıqlayım.

Bizim ölkə tipli ölkələrdə heç kim özünü qabağa vermir. Mütləq ikinci olmaq istəyirlər. Bir növ məsuliyyəti üzərindən atmaq məsələsi.

Yadıma gəlir Bakı Avtovağzalının tikintisində çalışanda günorta çay fasiləmiz vardı. Həmişə gözləyərdilər ki, kimsə girsin bufetə sonra digərləri də onun dalıyca girsinlər. Mən yeni işə başlayanda hər zaman ilk özüm gedirdim içəri. Sonra işin “ağsaqqallarından” biri məni kənara çəkib dedi ki, cavansan, bilmirsən. Müdürə çatdırırlar ki, filankəs birinci girir bufetə. Yəni işləmir.

Təxmini bu tip məsələsidir.

Hər halda baxın ümummilli lider, ulu öndər, xalqın atası. Yəni ki, sizin siyasi lideriniz Heydər Əliyev zati-ailələridir.

Gəlim sözümün canına. Bir ilə yaxındır bloqda yazı yazmıram. Başım qarışıb saytlara, hekayələrə, romanlara falan. Qıraqdan baxıram ki, heç kim bloq yazmaq istəmir.

Ona görə ümumilli liderliyi, ulu öndərliyi öhdəmə götürüb bloq yazmağa başlayıram yenidən.

Onsuz da bir Vəfa Cəfərova Ümummilli idi bir də arada mən.

Bu gün mən, əslində, Ümumilli yox Transmilli olmalıyam. Amma Transmilli kimi ola bilməyəcəyimdən elə Ümummilli olum.

Ümid edirəm ki, digər bloggerlər də, ən azı, həftədə bir yazıyla çıxış eləyəcəklər.

Yazıların çox oxunmasına, daha geniş kütləyə çıxmasına isə odin.az saytı dəstək verəcək.

Ümid edirəm blogger dostlarım səsimə hay verib bloqlarını işə salarlar.

Pərviz Əzimov sən hər zaman deyirdin ki, bloqları işə salsaq filan-falan şeyləri edərik. Buyurun, edək də…

Keçək yazıya.

 

Dostlar son günlər məni tənqid atəşinə tutublar ki, Amerikaya köçmüsən, lap yaxşı, amma bəsdir Azərbaycanda olan hadisələrdən yazdın.

Hərdəmxəyal dostum Hüseyn Məmmədov lap uzaqvuran, balanslı siyasət nümayiş etdirərək məni 213 nömrəli avtobusda olan basabasdan yazmaqda ittiham edir.

Mən isə burdan üzümü tutub hər kəsə deyirəm ki, birincisi, mən şikayət yox, münasibət yazıram.

İkincisi isə xoşunuz gəlmirsə lap elə mənim qaradağda gündə üç maşın daş atan dostumun atdığı daşlara ki.

Oxumayın, zorla deyil ki…

İndi isə sizə bir az Amerikadan danışmaq istəyirəm.

Amerikaya gəlməyin. Yaxşı ki, Amerikaya gəlməmisiz.

Gəlib nə edəcəkdiz guya?

Bura Avropa deyil, dövlət sənə bir dollar da yardım eləmir.

Yardım etmir, amma deportasiya da etmir. (Bəzi istisnalar var)

Pulun yoxdursa, işlə, pul qazan, yaşayışını təmin et.

Ya da acından öl.

Mən Amerikada Weymouth adlanan bir “kənd”də yaşayıram.

Çox pis kənddir.

Yaşamaq olmur.

Asfaltları düpbədüz, işıqforları işləyir. Hər tərəf ağaclıq. Yağış yağanda istəyirsən dombalaq aş, palçıq ola bilməzsən. Nə qədər istəyirsən göl. Maşınları eşşək balası kimi sürmürlər. Heç kim maşınında “Ayə Vaşinqton”, “Nu, Franklin poqodi” siqnalları vermir.

Arada bir “FİİİİFAAAA” siqnalları eşidilir, onlar da ya azərbaycanlı olur ya da rus.

Özlərini göstərməlidirlər də.

Bu kənd mənə “Atlant” istirahət mərkəzini xatırladır.

Sanki kəndimiz böyük bir istirahət mərkəzidir. Evlər isə ordakı evciklərdən yetmiş altı dəfə komfortlu.

İnanırsız, evimizin yanında bircə dənə də market yoxdur.

Hər dəfə siqaret almaq üçün ən azı “28May”dan “İçərişəhərə” qədər ərazini ayaqla qət etməlisən.

Yaxşı ki, Amerikaya gəlməmisiz. Yoxsa sizin cibinizə nəşə atıb, basardılar içəriyə. Burda da nəşə leqal fason kimi bir şeydir. Çəkmək istəyirsənsə al, evində çəkərsən.

Yaxşı ki, Amerikaya gəlməmisiz. Burda marketlər saat 6-7 olan kimi bağlanır.

24 saat işləyən marketlər də var. Onları da hindistanlılar işlədir.

Ümumiyyətlə, hindistanlılarla, çinliləri görəndən bəri azerlərə hörmət etməyə başlamışam.

Bu adını çəkdiyim millət  bizimkilərdən də səviyyəsizdir.

Aralarında səviyyəlisi də olur, amma gör neçə milyardlıq ölkədirlər, üç-beş nəfər normal adam çıxmalıdır ya yox?

Hər halda siz özünüzü onlarla bir tutmayın.

Yaxşı ki, Amerikaya gəlməmisiz” silsilə yazılarımın birincisinə burda son qoyuram. Növbəti yazılarımda təhsil, yaşayış, ipoteka, dövlət-vətəndaş münasibətlərindən bəhs edəcəyəm.

Bu yazdıqlarım mənim gördüklərimdən çıxardığım nəticələrdi.

Özünüzdən muğayat olun, ola bilsəz əgər…

Etibar  Salmanlı (Etibarlı)

Yaxşı ki, Amerikaya gəlməmisiz yaxud yazı yazmaq lazımdır” üçün bir cavab

  1. Bütün günü işlə məşğul oluram, pul qazanmaq lazımdı deyə. Əslində qazandığım da bir şey yoxdu. Ona görə də, bloqa enerji israf etmək lazımsız kimi görünür. Adam heç düz əməlli kitab oxumağa da vaxt tapmır.

    Hər halda, yaxşı təşəbbüsdü, dəstəkləyirəm. FBda da oxuyuram, like eliyirəm 🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma