Uşaqlıq gözəldir, fərqli olmasaq. (I yazı )


Uzaq zamanlarda, uzaq oğuz ellərindən birində, öküzlər inəylərini sevmədən qayırıb üçəz doğuzduranda, ellər içində el bəyənmədiyində, oğuz ellərinin birinin o birindən min (1000) bəyənilmə olduğu zamanlarda kiminsə “kiminsənin tırkasına gedib” 7-9 il iş almadığı dönəmlərdə “oxota” arağından içib sentimental bir yazı yazmışdım.

O yazını yazmışdım və başgan ləqəbli xanım aktivistka mənə yazmışdı ki, səni dostluqdan silirəm, tək xahişim ailəmlə işin olmasın.

Və… o yazını Natiq Ədilov öz şəxsi facebook səhifəsində paylaşmışdı…

O mənim blogger həyatımda ilk böyük sevincimi bəxş etmişdi ki, ” Blyad, Natiq , Ədilov yazımı bəyəndi, paylaşdı”. – deyə.

Bloqu oxuyan bir “Etibarlı sənətinin azərkeşi” ürəyində deyir: “Blyad, bəsdir də soxdun ikinci noxudu” söhbətə. Keç də, blyad, yazıya. Soxdumeeeeee, əllərimi cibimə”… Düüüüt!…

Yaxşı dostlar…

O zamankı yazımda yazmışdım ki, bir dəfə “şirzad”da qonaqlıqdan sonra metroya girdim. Sahil metrosunda bir qadın daxil oldu vaqonumuza. Geyimi çox sadə, arxasında isə balaca, çox balaca bir körpə. Mavi gözlü çox gözəl qız uşağı. Bu səhnədən sonra ağlıma doğulmamış qızım gəldi. Gözümün önündə öz qızımı təsvir etdim. Uzağa getmədən özümü pis hiss etdim, Atası məhbus, anası gözü yaşlı vicdan məhbusu ailəsinin bir üzvü.

Özü də “siyasi məhbuslara A-zadlıq” mitinqinə…

Təxmini bu formada “inqilabi-romantik” janrında yazımdan sonra aləm dəymişdi bir-birinə.

O zamanları keçdik amma oranın zamanları birinci və ikinci abzasda yaşadığı zamanlarda mən uzaqlardan bu yazını yazırdım.

Çox şey fərqli idi.

Ancaq hələ də onlar birinci və ikinci abzasda yaşadığı zamanlarda qalanlarda bir foto gördüm.

Siz onu görməyəcəksiz. O anın ikinci anı ancaq yaddaşlarda qalır. Fotolar, meqapixxellər, AbbasAtilaylar, AbbasMuxtarlar, Əziz Elxanoğlular, Mehman Qarışqa”lar, Turxan Hüseynovlar qeybdən gün işığına qürub etmədən mən uzaq ellərdə bir fotonun təsirinə düşüb bunu yazdım.

Onlar “o” oğuz ellərinin qəhrəmanları idilər.

Mən kim idim? Heç kim. Yollarına bir qarşog siçmişdim.

Nəisə…

Yorğun atasının çiyninə başını qoymuş xoşbəxt uşaq, sabahdan çox şey gözləyən ata, əlindəki ayfonla o anı tarixləşdirə bilməyən ana.

Bu foto sizə pluton qədər uzaq amma mənə az öncə uzaqlıqda.

Siz ümidli bədbəxtlər, mən isə xoşbəxtəm. İroniyasız, minnətsiz…

Medalyonun biri üzündə gözəl qızlarla fotosu olan Araz! Atası Kürdəxanı qədər uzaqlıqdakı olan, Araz.

Ani bir sual. Emin Milliyev demişkən Cavab gəlsin. NİDA!

Bir azəri elinin dilənçi uşaqları döyər yoxsa dünyanın ən qüdrətli və çiçəklənən ölkəsinin prezidenti namizədi olan uşaq?

Siz romantiklərə görə dilənçi uşaq Rüstəmi-İ-Zal olub döyər.

Mən isə heçnə demirəm.

Çünki mənim həriflərim, sözlərim, mən susasanda bütün demədiklərimi deyər…

Ps. Şahin, Bəxtiyar azadlığınız mübarək!

17 oktyabr, 2014

Amerika Birləşmiş Ştatları, Weymouth, MA, 02189

Etibar Salmanlı

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma