Dəstə halında darıxmaq


Bu yaxınlarda oxuduğum kitabların birində əsərin qəhrəmanı deyirdi ki, dəvət edildiyim rəsmi tədbirlərə, qonaqlıqlara, konsertlərə getmirəm. Bu yığıncaqlar, artıq məni bezdirir. Bu yığıncaqlarda fərdi halda darıxanlar, bir yerə yığışaraq dəstə halında darıxırlar. Oxuduğum kitabın adını qeyd etmirəm, reklam və ya anti-reklam ola bilər.

Ancaq inanın ki, o boyda kitabdan – hardasa 380 səhifə həcmi vardı – ağlımda qalan əsas frazalardan biri, ya da birincisi bu oldu: “Dəstə halında darıxmaq”. Biz, xalq olaraq, elliklə darıxırıq. Bunun da əsas səbəblərindən biri boş vaxtlarımızı səmərəli istifadə edə bilməməyimiz, əyləncədən uzaq olmağımız, gənc ikən qocalmağımızdır.

Elə bir boz ölkədə yaşayırıq ki, burda ən birinci məsələ əyləncə və ya əyləncəsizlikdir. İnsanların getməyə, istirahət günlərini keçirməyə yerlər, ya çox azdır, ya da çox əlçatmazdır. Rəsmi dövlət bayramları olan günlərə fikir verin. O günlər şəhərin mərkəzində, sözün əsl mənasında anşlaq olur.

Hamı öz həyat yoldaşını, məşuqəsini, sevgilisini, uşaqlarını qoltuğuna vurub, mərkəzin yolunu tutur. O günlər əhalinin əsas hissəsinin “Koroğlu” metro stansiyasında vaqonları tərk edərək, evlərinə sarı yol almalarına fikir verin. Bakı kəndlərinin sakinləri “Koroğlu” metrostansiyası ətrafında dayanan avtobuslardan istifadə edərək, evlərinə çatırlar. Onları qınamaq olmaz. Sevinmək, bayram etmək üçün bəhanə lazımdır. Rəsmi bayramlar da bu rolu oynayırlar.

Hər kəs darıxır, hər günündən giley edir. Kimi dindirsən, çoxu darıxdığını bildirəcək. Sosial şəbəkələrə nəzər yetirsəniz statusların əksəriyyətinin “darıxıram” tipində olduğunu görəcəksiniz. Şəhərin mərkəzində yerləşən restoranlara diqqət yetirin. Hər birində adam əlindən tərpənmək olmur. İnsanlar darıxırlar, eyni həyat tərzindən, eyni geyimdən, eyni olmaqdan, darıxdırıcı olmaqdan darıxırlar. Həyat yeniliklərlə dolu olanda maraqlı olur.

İnsan öz həyatını rəngləndirməlidir. İnsan həyatını özü üçün, ətrafı üçün gözəl, maraqlı etməlidir. Nə qədər eyni üzü görmək, eyni söhbəti eşitmək olar? Ancaq yenə də ayrı ətrafları olmadığından, eyni insanlarla görüşüb, eyni məkanlarda oturub, eyni söhbətləri müzakirə edərək “dəstə halında darıxırlar”.

Biz “istirahət etmək” ifadəsini özümüz üçün tam aça bilməmişik. Bizə elə gəlir ki, “istirahət etmək” hansısa restoranda oturub mədəni doldurmaq, bir-birimizə odlu-alovlu tostlar deməkdən ibarətdir. Biz sevdiyimiz insanın əlindən tutub hansısa bir teatra, filmə aparmağı özümüzə ar bilmişik.

Son dövrlər kinoteatr mədəniyyəti inkişaf etsə də, teatrlarımız hələ də istirahət günlərində gəzintiyə çıxmış paytaxt sakinlərinin yolunu gözləyir.

 

http://1937.az/view/1223#.UvXVLmJ_uE0

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma