Bir məmə nəmənədir ki?


İl 1998. Avqust ayının 6-sında mərhum prezident Heydər Əliyev Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi haqqında sərəncam imzalayıb.

İl 2013.  Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu gənc yazarların hekayələrindən ibarət kitabın yayımına maneə yaradır.

Səbəb isə hekayələrdən birinin içində “məmə” sözünün olmasıdır. Absurd bir vəziyyətlə üz-üzə qalmışıq. Azərbaycan azad, müstəqil, demokratik ölkədir. Ən azından, bacardığı qədər azad, müstəqil, demokratik olmağa çalışır. Mətbuat, televiziya, radiolar azad, müstəqildir ya da ən azından, müstəqil olmağa can atırlar. Ədəbiyyata senzura tətbiq etmək istəyi ən ağılsız istəklərdən biri olardı ancaq nə etmək olar ki, bu da bizim başımıza gəldi. Ümumiyyətlə, ən absurd vəziyyətlərlə qarşılaşmaq bizim alnımıza yazılıb. Nə qədər etsək də inkişaf edə bilmirik, ilişib qalmışıq Məhəmmədhəsən əminin eşşəyinin quyruğunda. Bildiyiniz kimi 13 gənc yazarın hekayələrindən ibarət olan “13” adlı kitab bu yaxınlarda çap edildi.

Kitabın layihə rəhbəri Pərviz Əzimovdur. Pərviz sosial şəbəkələrdə kitab haqqında ilk dəfə elan edəndə kitabda iştirak etmək barəsində düşündüm. Bir müddət sonra isə “Bir şizofrenin yeni ili” adlı hekayəmi münsiflərin hüzuruna yolladım. Bir müddət sonra isə cavab gəldi ki, sizin hekayənizin çapı münsiflər tərəfindən məqbul hesab edildi. Gözəl bir xəbər idi mənim üçün bu xəbər. sonralar isə gənc yazar Mövlud Mövludun “Qara bayram”  adlı hekayəsinin də çap ediləcəyini eşidəndə çox sevindim. Çünki bir neçə ildir Mövludu tanıyıram, yazılarını  da həvəslə oxuyuram. Onun elə-belə bir hekayə yollamadığına da əmin idim. Kitab çapdan çıxandan sonra ilk nüsxələrdən biri də mənim əlimə düşdü. Birnəfəsə kitabı oxudum ən çox bəyəndiyim də elə Mövludun hekayəsi idi. Düşündüm ki, bu kitabı səs-küyü çox olacaq. Ancaq yaxşı mənada səs-küy düşünürdüm.

Artıq tənqidçilərin tənqidlərinə özümüzü hazırlayaraq kitabın təqdimat mərasimini gözləməyə başladıq. Ancaq sən saydığını say gör Prezident yanında Gənclər fondu nə sayır. Təqdimata 2 gün qalmış Pərviz Əzimov mənə zəng edərək kitabın senzuraya məruz qaldığını söylədi. Fondun öndə gedənləri Mövludun hekayəsindəki “məmə” sözünü milli-mənəvi dəyərlərə zidd olduğunu söyləyərək kitabın yayımının qarşısını alacaqlarını qeyd ediblər. Bir neçə gün düşünərək fondun öndə gedən milli-mənəvi dəyərlərin keşiyində əlində misri qılınc, Koroğlu tək durmuş şəxslərinə məktub yazaraq etdiklərinin adının “senzura” olduğunu anlatmaq istəsək də hələ də başa düşmək istəməyərək yeni-yeni bəhanələr uydurmağa başlayıblar. Bu məsələdə söhbətin təkcə Mövludun hekayəsindəki “məmə” ifadəsi yox həm də layihə rəhbəri Pərviz Əzimovun ictimai-siyasi məsələlərə aktiv münasibətidir.

Ancaq səbəb odursa belə bunu etiraf etməlidirlər. Ancaq mən düşünürəm ki, səbəb çox sadədir. Kitabın yayılmasını istəmirlər, gənclərin yazdığını qəbul edə bilmirlər. Qalıblar uzaq 60-larda, 70-lərdə, 80-larda. Ordan bu yana bir addım da atmaq istəmirlər. Elə bilirlər ki, nə var idisə o vaxtlarda qaldı. Hətta fondun öndə gedənləri “bu kitabı yandırmaq lazımdır” kimi barbar bir fikir də istifadə ediblər. Kitabı yandırmaq lazımdır, “məmə” sözü milli-mənəvi dəyərlərə ziddir, bu kitabı oxumaq, yaymaq tərbiyəsizlikdir. Gənclər fondunun öndə gedənlərin düşüncəsinə, təfəkkürünə diqqət edin. Belə bir adamları gətirib qoyublar Gənclərin ideyalarına, təşəbbüslərinə dəstək vermək üçün fondun rəhbərliyinə onlar da həyatlarını uzaq qaydalarla, qanunlarla yaşayırlar və hələ də bilmirlər ki, “məmə” sözü təhqir yox, qadının müqəddəs bədən üzvüdür.

Və yaxud bilmirlər ki, senzura 1998ci ildə ləvğ edilib. “13” kitabı ilə sonda onu demək istəyirəm ki, Pərviz Əzimovla son söhbətimdən belə bir nəticəyə gəldim ki, kitabın yaxın günlərdə təqdimatı keçiriləcək və yayımının qarşısında hansısa problem olsa belə yayılacaq, ilk olaraq oxuyucuların kitab menyusunda sonra isə kitab rəfində öz yerini tapacaq

http://1937.az/view/1311#.UvXVKGJ_uE0

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma