“Axşam zəng edəcəyəm“


_DSC0146Axşamlar işdən, dərsdən evə gələndə ictimai nəqliyyata nəzər yetirin. Görün, neçə adam kitab, qəzet oxuyur, neçə adam telefonla oynayır. Hələlik mən öz müşahidəmi sizinlə paylaşmaq istəyirəm. 
Hər gün işlərimlə əlaqədar olaraq ən azı iki saat ictimai nəqliyyatdan istifadə edirəm. Bu zaman müşahidələr aparıram. Əsasən, nə qədər insanın kitab, qəzet, oxuduğuna göz gəzdirirəm. Kitab, qəzet oxuyan adam azdır, çox azdır. Əksəriyyət mobil telefonunda və ya planşetində oyunlar oynayaraq, sosial şəbəkələrdə boş vaxt itirir. Bunun həmin insanlar üçün nə ilə nəticələnəcəyini özləri də bilmirlər. Düşünmürlər ki, bu itirilən zaman bir də heç vaxt geri qayıtmayacaq. Cavanlarımız zamanını boş-boş tədbirlərdə keçirə-keçirə özlərini inkişaf etdirdiklərini düşünürlər.
Məncə, gənclərin oxumamasının əsas səbəbi ağır həyat şəraitidir. Maddi məsələdə ailədən asılı olan gəncin çap məhsullarına marağı yox səviyyəsindədir. İşi-gücü şəhərin küçələri ilə boş-boş veyillənmək, geriyə qalan zamanlarında isə telefonda oyunlar oynamaqdır.
Vəziyyət o qədər çətindir ki, artıq ictimai nəqliyyatda nəsə oxuyanlara başqa planetdən gəlmiş kimi baxırlar.
Mən düşündüklərimi yazmıram. Gördüklərimi, hamımızın gördüklərini yazıram. Metroda, avtobusda anqıra-anqıra danışanlar, sümükdən hazırlanmış təsbehini oynadıb əsəblərimizə toxunanlar, hər gördüyü qıza söz atanlar, metronun, avtobusun qapısının 5 saniyə gec açılmasına əsəbiləşib yumruq vuranlar… Bunlar hər gün sizin gördüyünüz tiplərdir.
Ən adi etika qaydalarını bilməyən və yaxud bilib də əməl etməyənlər əsasən kitabdan, qəzetdən uzaq olan adamlardır. Onlar da bizim xalqımızın bir nümayəndəsidir. Onları özümüzdən uzaqlaşdırmamalıyıq, əksinə, hansısa yollarla kitaba marağı aşılamalıyıq. Televiziyalarda, radiolarda ədəbi-mədəni verilişlər hazırlanmalı, kitab-qəzet reklamları televiziyaların “praym taym” vaxtında özünə yer tapmalıdır. Başa düşürəm, bunun üçün pul lazımdır. Ona görə də verilişlərin, reklamların bütün xərcini dövlət öz üzərinə götürməlidir. Çap məhsullarının üzərinə qoyulan ƏDV (əlavə dəyər vergisi) ləğv olunmalıdır.
Sonda isə bir xanım dostumuzun ictimai nəqliyyatda başına gələn bir əhvalatı danışmaq istəyirəm. Dostumuz avtobusla işdən evə gələndə arxa oturacaqlarda oturub kitab oxuyurmuş. Yanındakı oğlan bütün yol boyu gözünü dostumuzun oxuduğu kitaba zilləyir. Xanım qız əvvəl narahat olsa da, sonradan taleyi ilə barışır və kitabı yol yoldaşı ilə birlikdə oxumağa başlayır. Avtobusdan düşəndə dostumuz bir kağız parçasına kitabın və yazıçının adını yazaraq oğlanın ovcuna qoyur. Bu zaman oğlan ovcundakı kağıza baxmadan gülərüzlə: “Axşam zəng edəcəyəm”,-deyir.
Kitab oxumayanda adam belə olur…
Yazı “Gündəlik Teleqraf qazeti” Teleqraf.com saytında dərc edilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma