Afroditanın məktubu


Salam əziz və hörmətli Etibar Salmanlı.

Necəsən, kefin necədir?

Ümidvaram ki, yaxşısan.
Yaxşı olmaqla bərabər hem də gözəl ol.
Havalar necədir orda soyuqlar düşdümü?
Dünən mamayla evi yığışdıranda gördük ki, atamın emaili açıq qalıb. Anamı tanıyırsan da, Heranı deyirəm. Dəhşət qısqancdır. (Oxu : Qədim Yunanıstan mifləri və əfsanələri, N.A. Kun, səhifə 42, Bakı 2008) Papanın bütün işlərinə qarışır, facebookunun da parolu mamadadır. Yazıq kişi rahat ora-bura heç simşək də ata bilmir. Əsl tükəzbanlıq edir mama.

Nəisə gördük ki, papayla məktublaşırsan.

Sən öl, mən ölüm ki, əsəbimdən partlayıram. Ala yekə oğlansan mənim kimi cool, gözəl, göyçək sevgi ve gözəllik tanrısını qoyub qoca kişiylə nöş dərdləşirsən? Ne olar ki indi men nude art fotosessiya etdirmirəm, facebookda çox olmuram, ask.fm de gic-gic suallar vermirəm deyə məni unutmalısan?

Sizin kişilərin hamısı belədi də o dəqiqə ən yuxarıya göz dikirsiz! Aşağılar daha maraqlı olur amma bəzən. Zevslə, papayla aranı yaxşı edib Tanrı olmaq istəyirsən? Alınmaz e, sizdə bircə Dədə Qorquda oxşayan blogger var e Ali Novruzov o da yuxarıynan gedirdi bax indi oturub hansısa azərbaycan yazar ve yazarkalarının kitablarını tipa ədəbi tənqid edir.

Etibar özüm ölüm, sən öl deyirəm ki, papanı tanımırsan sən. Papamı mən tanıyıram avaranın yekəsidir. O qeder söz verib etməyib ki. İşi gücü siz tərəfə şimşək atıb yollarınızı sel etməkdi,meriniz var a Xacıbala onla məzələnir.

Bir ara Dionisin spirtsiz içkilerinin baş sponsorluğu ilə ədəbiyyat jurnalina ba. redaktorluq eledi. O da alınmadı, çünki ancaq öz sevgililərinə verirdi qonararları o geydirmə yazarkalar da geydirmə yazılar, köşələr yazıb pul alırdılar.
Papa mənim ömrümə oturub imkan vermir rahat şekildə sevgililərimlə görüşüm. Ora getmə, bura getmə,Dionislə görüşmə, evə tez gəl deyir ancaq. Indi də dinimizə teze qanun getirmək istəyir ki, qadınlar hicab deyilen bir şey taxsın.
Yəni ki, sənin kimi democrat, azad düşüncəli biri üçün atam çox mühafizəkar ve mövhümatçı biridir.
Sən ən yaxşısı gəl mənə və qardaşım Dionisə qoşul. Biz bu olimp dağının ziyalılarının yığıncağını təşkil edirik. Qonaqlıqlar, partylər zad. Sən istəyən hər şey bizdədi.
Özündən muğayat ol reis.( Sən axı deyəsən belə müraciət etməyi və edilməyi xoşlayırdın)
Dionisin də salamı var, deyir son günlər ardıcıl qonaqlıqdayam vaxt olmur sənə yazım.
Dədəmin başını burax daha.
Uca Zevsin qızı gözəllik və sevgi ilahəsi, Allahı həmişə gözəl Afrodita.
Olimp dağı

 

Bunları da oxu :

Zevsə məktub 1 

Zevsə məktub 2

Zevsin cavab məktubu 1 

Afroditanın məktubu” üçün 2 cavab

  1. tamam da, bu məktubu yollayan kimdisə, mənim adımdan istifadə edib. mən nə zevsin qızıyam, nə də ki anam heradı. mən xronosun atası uranosa hirslənib, cinsəl orqanını kəsib dənizə atmasıyla doğularam. zevs isə ən azından məndən sonra doğulan bir tanrıdır. nə olsun tanrılar tanrısıdır… ondan əvvəl də uranos, kronos olub tanrılar tanrısı. uğurlar, ey ölümlü insanoğlu.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma