Azərbaycansayağı “Ölmədən öncə edə biləcəyiniz 313 şey”. (I yazı)


Bu yaxınlarda blogger dostum Elçin Mann ilə şəhərdə gəzirdik. Bloqlarımızda yeni nə edə bilərik deyə düşünürdük.

Birdən necə oldusa ağlımıza bu yuxarıda yazdığım fikir gəldi.

Bizim planımız budur ki, blogger bu mövzuda yazsalar əla olar yazmasalar isə özümüz bütün ediləcəkləri yazarıq müəyyən müddətə.

Tam hazır olanda isə hətta kitab kimi çaplamaq da olar.

Yəqin anladınız anlamadımızsa postumu oxuyaraq fikir sahibi olarsız.

Nəisə başladıq birinci postu özüm yazıram.

Yəqin ikincini Elçin Mann yazacaq.

Sonralarını isə hamınız yazın.

Fikirlər müxtəlifdir o müxtəlifliyi gözləyəcik.

İlk olaraq “İçki ilə bağlı”

  1. Mütləq bir dəfə toyda içib dava salın.
  2. Mütləq bir dəfə içib Yazıçılar Birliyinin divarına işəyin
  3. Mütləq bir dəfə pivəni araqla zakuska edin
  4. Mütləq bir dəfə içib metroya minin
  5. Mütləq bir dəfə içib tanımadığınız qıza eşq elanı edin
  6. Mütləq bir dəfə sevgilinizin məhləsində serenada oxuyun.
  7. Mütləq bir dəfə içib may ayında dəniz sezonunu açın
  8. Mütləq bir dəfə qohumlarla içib onlara indiyədək etdikləri səhvləri sadalayın.
  9. Mütləq bir dəfə içib, xaş yeyib dərsə gedin və ilk partada oturun.
  10. Mütləq bir dəfə sevgiliniz(həyat yoldaşınız) ilə üzbəüz oturub için

 

İş və  zaman imkan verdikcə bunu davam etdirək.

indi isə pası Farid Hajiyev, Elçin Mann, Ali Novruzov, Turxan Qarışqa, Fərhad Ələkbərov(Farikus), Anar Əliyev, Arzu Hüseyn, Sabina Jaffar, Sahil Tofiq, Ramil Qafarov, Taleh Məmmədov, Ülviyyə Babasoy, Nijat Niko Umuyev  və digərlərinə atıram.

Əsas o deyil içkidən yazasız, ümumən nədən istəyirsiz yazın amma yazdığınız Azərbaycansayağı “Ölmədən öncə edə biləcəyiniz 313 şey”-ə aid olsun.

Zəhmət olmasa yazdıqca linklərinizi mənim facebook profilimə mesaj kimi atasız ki, sonda toplaya bilək.

Hamıya uğurlar.

Etibar Salmanlı(Etibarlı)

Azərbaycansayağı “Ölmədən öncə edə biləcəyiniz 313 şey”. (I yazı)” üçün 2 cavab

  1. Geri bildiriş: Nicat Quluzadə·

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma