Zevsin cavab məktubu


zeussBu yaxınlarda Allahlar Allahı, İldirimların oğlu, Zevsə iki məktub ünvanlamışdım.

OXU : LİNK-1 , LİNK-2 

İki məktub və aradan keçən zamanlarda düşünürdüm ki, Uca Zevs mənə cavab verməyəcək. Ancaq dünən emailimi açanda əvvəlcə monitorda ildirım çaxdı və bayırda şıdırğı yağış yağmağa başladı. Bu an isə fikir verdim ki, ildirimoqluzevs@allahmifleri.org emailindən bir məktub gəlib. Həddən artıq sevindim. Məktubu açıb birnəfəsə 4-5 dəfə oxudum.

Sonra düşündüm ki, sizinlə də bu xoş məktubu paylaşmalıyam. 

Buyurun.

İldirimoğlu, Şimşəksürətli, Allahlar Allahı Zevsdən özünə blogger deyən Etibar Salmanlı (Etibarlıya)

Salamlar oğlan, necəsən? Kefin necədir?

Ala yekə kişisən, özün də panyatka, dastoynu oğlanlıq necə olur bilirsən. Ölkənin ən kriminal zonalarından birində doğulub, 25 ildir yaşayırsan. Böyük-kiçik, ana-bacı söhbətlərini bilən adamsan. Nə olub, nə istəyirsən məndən ?

Emailim səndən gələn məktublarla dolub daşır. İki gündən bir bloqunda bir bloq yazısı post edib məni ictimai sektorunuzda söhbət mövzusu edirsən.

Mən Allahlar Allahı olsam da başa düşmürəm ki, səni necə və niyə oxuyurlar axı?

Sən nə yazırsan ki, səni bu qədər oxuyub paylaşırlar? – Nə zibil qaynatmısan ala?

Nəisə keçək sənin məktublarına  cavabları verim sənə sonra məni düşündürən son hadisələrə aid bir iki fikrim var sənə.

Birinci məktubunda yazmısan, necəsən, neynirsən, dur gəl bizə, yeyib-içək falan. – Ala nə edirsən necəyəm? Sevgilin zadınam sənin?

Başa düşmürəme, niyə şəxsi suallar verirsən mənə. Özü də mən niyə sizə gəlməliyəm ki? Kitab oxutdurmaq istəyirsən mənə? Kitab oxumağa birazdan bir də qayıdacam. Yoxsa başqa istədiklərin də var?

Bəlkə Müsavatın qərargahının yanındakı 333 xəngəlxanasında xəngəllə araq vurmuşuq? Ya bəlkə Boçka pivnoyunda pivəni araqla zakuska etmişik? Bəlkə Hiss klubda yeni çapdan çıxmış “İldirimdan sıldırıma” şeirlər kitabımın təqdimatında özümüzü qlamur göstərib viski içib, bilyard oynamışıq? Özü də ingiliscə zad yazmaq falan. Qudurmusan ala?

Necə olacam göyün yeddinci qatında. Soyuqlarla, hürilərlə əlləşirəm. Bekarçılıqdır. özün görmürsən ki, bekar-bekar otururam arada bir ildirım yollayıb, yağış yağdırıb Hacıbala ilə məzələnirəm.

İkinci məktubunda isə mənim qəlbimi qırdın ey blogger. Sən kimsən ki, məni hansısa vicdansızlıqla ittiham edirsən? Görmüsən məni elə hərəkət edəndə? Mən hüquqlarımı bilirəm deyib bağırırsan. Bəs mənim hüquqlarım? Bəs təqsirsizlik prezumpsiyası harda qaldı? Adam Allah olanda nə olar? İndi mən sənə cənnət deyib sevindirib, cəhənnəm deyib qorxutmuramsa soldan, sağdan döşəməlisən cəmdəyimə? Mən siyasətə qarışmıram ay bırad! Mənnik deyil seçki falan. Mənim qarışdığım yağışdı, şimşəkdi. Son günlər də ilişmişəm sənin kimi bir bloggerə.

Suallarına cavab aldın? İndi isə mənim bir az sözüm var bu məsələlərdən başqa.

Nə olub ala siz tərəflərdə.

Nə söhbətdir bu kitab oxumaq, remen çıxartmaq, at nallamaq, yer belləmək zad?

Özüm ölüm deyirəm (nə olsun biz ölümsüzük) Prometey dəli kimi əsəbləşib. Tanıyırsan da mənim qardaşımı başdan xarabın biridir. Okeandır, dənizdir, çaydır, göldür, sudur bunun kurasiyasındadır. Su ilə bağlı məsələ varsa Poseydonluqdur. Nə baş verib sizin tərəfdə bu xəzər dəniz, gölünüzdə? Suyu kim bulandırıb? Vapşe su məsələsi nə məsələdir? Çaşmısız siz? Su Poseydonluqdur başqa bir oğlan su söhbətlərinə girə bilməz! Ağıllı olun. İki dənə ildirim yollaram dalıyca da Poseydon xəzərin suyunu tökər üstünüzə, qalarsız suların altında.

Kitab oxumaq məsələsi isə vapşe nitodur. Özünüzü ziyalı sayırsız ala?

Kitab işinə ancaq bizim Allahlığa təzə qəbul etdiyimiz Qan Qadalı və Simon Quracanyan nəzarət edir. Ancaq onlar oxuyub oxutdura bilər. Qutardı getdi blyat!

Ona görə də özünə tanınmış blogger deyən Etibar Salmanlı (Etibarlı) özünü qoru.

Hamıya da başa sal ki, vəziyyət onlar düşünən kimi deyil. Çerez sənin bu geydirmə bloqundan hamıya salamlarımı çatdırıram. Bilirəm mənim üçün darıxmısız. Ona görə gedin lodkalarınızı hazırlayın noyabrdan sizi ildirim və suya qərq edəcəm.

Öpürəm özündən və özünüzdən muğayat olun.

Nə zaman nəsə sualın olsa məktub yaz utanma, qorxma belə yazmağıma. Allaham da belə yazmalıyam. Qonşuluqdakı Allahlar sonra nə deyər mənə?

Allahlar Allahı, İldirimoğlu, Şimşəkoynadan Uca Zevs!

Olimp dağı.

Nəisə hörmətli izləyicilərim və oxuyucularım belə bir aqressiv məktub gəlib Zevsdən.

Sağ olsun ki, hörmət edib cavab yazıb.

Hamınıza uğurlar.

Etibar Salmanlı(Etibarlı)

Zevsin cavab məktubu” üçün 2 cavab

  1. Eti bu senin partlayisindir…konkret Molla Nesreddin jurnalina yarashan bir yazi…bir az gerek, siyasi meseleye derinden toxunaydin,yoxsa sene qadagan edibler (şəxsi zəmində)?!)))həmişə demişəm ki,Əjdahasan, Şair!

  2. Geri bildiriş: Afroditanın məktubu | Etibarlı Mənbə...·

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma