Zevsə məktub (II məktub)


Bu yaxınlarda Allahlar Allahı Uca Zevsə məktub yazmışdım. (OXU LİNK)

Zevs məktuba cavab yazmadı yəqin başı qarışıqdır. Anlayıram, başa düşürəm mən onu.

Odur ki, ikinci məktubu yazmağı qərarlaşdırdım.

Salam əziz Zevs.

Necəsən ? Ümid edirəm ki, yaxşısan.

Sənə məktub yazmışdım. Cavab gəlməyib hələ də.

Gözlərimin kökü saraldı səndən gələcək məktubu gözləməkdən.

Ancaq mən anlayıram ki, başın qarışıqdır.

Bilirəm bizim ölkədə olan seçkilər üstəgəl də ayın 27-si də Gürcüstanda seçkilər olacaq.

Azərbaycanda keçirilmiş seçkilərdə sən çox yoruldun. Hazırda paxmelsən bilirəm. Çox içmisiz dünən nəticələrdən sonra. Dünən Sahil metrosunun qarşısında atəşfəşanlığı sənin başçılığınla edirdilər deyəsən, düzdür?

Sonra da şəhərin ən tanınmış restoranında rus arağını bakinski kürü ilə zakuska eləyəndə bilmirdiz ki, işin zibilini çıxaracaqsız?

Ala, yekə kişisən o birilər uşaqdır ediblər. Sən boyda kişi utanmadız 83.89 % lik nəticə qayıranda?

Ancaq mən səni yenə anlayıram. Dionislə araq, şərab içmə demişdim axı sənə.

Eybi yox kişinin başına iş gələr.

Boş ver bu da keçər.

Heç olmasa Gürcüstanda işin zibilini çıxarmayın.

Bizimkilər onsuzda 20 ildir öyrəşib belə rəqəmlərə ordakılar yəni gürcülər demokratiya zad görüblər. Qatarlar aləmi bir-birinə.

Özündən muğayat ol.

Evdə varsa qatıq iç ya da bir bokal pivə nuş elə. Paxmeli aparır.

Öpdüm.

Etibar Salmanlı (Etibarlı)

Zevsə məktub (II məktub)” üçün 2 cavab

  1. Geri bildiriş: Zevsin cavab məktubu | Etibarlı Mənbə...·

  2. Geri bildiriş: Afroditanın məktubu | Etibarlı Mənbə...·

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma