Qlamurundan tutmuş qarakurtkalısına qədər…


Bir neçə gün əvvəl şəhərin mərkəzində gəzirdim.

Yeni açılmış Kaffka kafedən çıxmışdım düşünürdüm ki, bir az gəzim havamı dəyişim.

Şəhərin tam mərkəzinə doğru yolumu almışdım ki, Mc.Donaldsın yan tərəfində qarşımızda 4 nəfər şotland gördük. 4-ü də milli geyimlərində idilər.

Yalan deyəni o yupkalı şotlandlar zad eləsinlər mənim 1.81 m boyum və 85 kq “vesim” var ancaq o şotlandların ən balacası mənə sol göstərib sağ vursaydı cırığ-cırığ olardım.

Nəisə arxalarıyca şəhər gəzintimizə davam edirdik.

Hər keçdiyimiz “azərbaran” bu yupkalı kişilərə “öz milli dillərində” söz atırdılar.

Əslində azərbaycanlı adlı dünya tarixinə, mədəniyyətinə yamağ olan bu millətin bir çox ümumuyyətlə edəcəyi heç bir işə təəcüblənmirəm.

Bir az da addımlayıb köhnə Mexx mağazası tərəfə çatanda qarşımızda hətta bizlə paralel addımlayan iki qlamur qız gördük. Qızın biri ” Aaaazzzz onlara bax” deyərək o qədər güldü axırda öskürək tutdu. Digəri də bahalı mobil telefonunu ilə şotland kişiləri telefonun yaddaşına köçürürdü. Orda bu azərbaranların qlamurunun da, qarakurtkalısının da ağlı yoxdur fikri çıxdı ağzımdan. Əslində ürəyimdə isə bir-iki daha gözəl söyüş itələdim ətrafıma.

O şotlandlar da düşündülər ki, bunlar nə xiyar millətdir, bunların milli-mənəvi dəyərləri, mentalitetləri, geyimləri yoxdur görəsən?

Ancaq o yazıqlar hardan bilsin ki, baranlıq etmək bizim milli-mənəvi dəyərimizdir.

Milləti özümüzə güldürmək kimi ali bir missiya götürmüşük çiyinlərimizə…

Hamıya uğurlar

Etibar Salmanlı(Etibarlı)

Ps. Birdən deyərsiz ki, niyə söyürsən bu milləti, dövləti? Mən də cavab verərəm ki, mən bu milləti, dövləti sevdiyimə görə söyürəm!

Qlamurundan tutmuş qarakurtkalısına qədər…” üçün bir cavab

  1. Etibar Salmanli,
    1) Men “azerbaran” sozunun adeten ermeniler terefden ishlendiyini gormushem. Ya sen de ele o ermenilerden birisen, ya da ki, o qeder meneviyyatsiz ve dushuncesizsen ki, bu sozu ishledirsen oz milletine (eger sen de azerbaycanlisansa) qarshi.
    2) Men de evveller oz milletim haqda pis fikirde idim, ta ki, xaricilernen oturub-durana qeder. Sonradan bildim ki, dunyada ele nisbeten abirli, qanacaqli ve medeni millet ela oz milletimdir (butun bizde olan chatishmazliqlari nezere almaqla).

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma