Yol qeydləri III və ya Avropa dağılır.


Yol qeydləri III və ya Avropa dağılır.
Alkmaar və Araz Önər haqqında…
Almere city-dən çıxıb yolumu 2008-ci ildən bəri görmədiyim uşaqlıq dostum Araz Önər (Qasımov)-un yanından saldım.
Araz Qasımov Önər aka Mc.Floyd.
Araz ilə biz mən Həbibbəy Mahmudbəyov adına texniki-humanitar litseydə oxuyarkən tanış olmuşuq. Mən onda 7-ci sinifdə oxuyurdum və internet klublardan internetə daxil olub bir sıra forumlarda otururdum.
Elə o zamandan az-maz.com saytının forumunu kəşf etmişdim özüm üçün. O sayt nəticəsində bir çox tanışım var indi də əlaqə saxladığım.
Araz ilə də elə tanış olmuşduq və mən oxuduğum litsey də Arazgilin məhləsində olması bir təsadüf idi. Ancaq bir məsələ var ki, mən təsadüflərə inanmıram.
Sonralar Araz ilə əlaqələrimiz genişləndi və hətta Araz da Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil oldu. 2008-ci ildə mən hərbi xidmətdə olarkən Arazın ölkəni tərk etdiyini eşitdim və o gündən bu günə Araz ilə əlaqələrimiz skaypdan o tərəfə keçmirdi.
Hollandiyanın qədim şəhəri Alkmaar.
Almere qatarından düşüb Alkmaarın dəmiryoluna nəzər edərək siqaret çəkirdim. Bir az orda dayanıb Alkmaar şəhərinə daxil olmağımla Arazın qarşıma çıxması bir oldu. Görüşdükdən sonra Alkmaarda gəzərək söhbətləşdik.
Alkmaar şəhəri eyni Amsterdamdır. Eynən kanallar üzərində qurulmuş şəhərdi. Amsterdamda nə varsa Alkmaarda da var. Hətta qırmızı fanarlar küçəsi də var. Ancaq ən böyük fərq odur ki, Alkmaar Hollandiyanın ilk şəhərlərindən biridir. Çox qədim tarixi var. Futbol azarkeşləri yəqin AZ ALKMAAR futbol klubunu tanıyarlar. O klubun azarkeşləri də Hollandiyada ən çılğın azarkeş kütlələrinin başında gəlirlər.
Araz Alkmaarın demək olar ki, mərkəzində qalır. Şəhərin köhnə küçələrindən keçərək Arazgilə gəldik. Niyə Arazgilə deyirəm? Çünki Araz tək qalmır evdə. İki dənə iri pişik də saxlayır. Tək qalmaq çətin işdir mühacirətdə və ya qürbətdə. Oturub çay içərək Bakıdan, bakıda olanlardan danışdıq. Arazın bir sualı vardı ki, o suala çox da böyük cavab verə bilmədim. Soruşdu ki, uşaqlar necədi bakıda? Cavabım o oldu ki, uşaq var Bakıda? Hamısını həbs edib, içəriyə salıblar.
Ümumiyyətlə mühacirət heç kimə asan gəlməsin asan məsələ deyil mühacirətdə tək yaşamaq. Bunu əsasən proseslərə yeni gələnlərə deyirəm. Heç kim sizə buralarda yağ-bal verən deyil. Üstəgəl də təklik problemi var. Mən Arazı illərdir tanıyıram. Onun kimi heçnəyi, heçkimi vecinə almayan adam belə darıxırsa asan deyil deməli. Mən bunu edərəm deməyin. Sizi əmin edə bilərəm ki, mümkün deyil. Bir gün yediz, içdiz, çəkdiz, yatdız, iki gün etdiz, üç gün etdiz, bir ay, iki ay etdiz sonra? Bax əsas məsələ budur. Hələ Araz Hollandiyanın ən böyük şəhərlərindən birinin mərkəzində qalır. Sizi hollandiyanın ucqarına atsalar nə olacaq? Bunu düşünmək lazımdır.
Araz ilə gecə 11 də Alkmaarın mərkəzinə çıxdıq yeməyə bir şeylər almaq üçün. Alkmaarın “qırmızı fanarlar küçəsindən” keçdik. Hətta onlar belə iqtisadi böhranla üz-üzədir. Küçədə çox adam var və ancaq tamaşa edirlər. Heç kim əlini cibinə atıb otaqlara keçmir. Qızlar da küçədə dayanıb yoldan, küçədən keçən hər kəsə gəl-gəl deyir.
Yeməyimizi alıb evə getdik. Evdə olan “tuşonka”-nı bişirib likor ilə yeyəndə yadıma əvvəlcə Arazgildə Bakıda evdə, Araz Önər, Araz Slangue ilə birgə Baksovetin ucuz kafelərində, sonra isə Şirzadda digər uşaqlarla yeyib-içməklərimiz düşdü. Zaman çox dəyişib. Yenə yeyib-içirik ancaq bu dəfə Avropanın göbəyində, Alkmaarda. Yeməyimiz hər zaman olduğu kimi “tuşonka”dır. Ancaq içkimiz ucuz Bakı arağı xan, men, oxota deyil bahalı fransız likörüdür. Hər şey dəyişib bizdən başqa. Dostlarımız yox idi onları da bizim kolbasamızdan mədəyə ötürən pişiklər əvəz edirdi.
Bir az facebook üzərindən Bakıyla məzələnib yenidən çay içdik və gecəni hərə bir yer tapıb yatdı. Eynən illər öncəsi kimi. Hələ arada Araz “Mən xaş yeməyə gedirəm” adlı şedevr ifasını da səsləndirdi.
Səhər yuxudan durub bir az alkmaarı gəzdik və mən sumkamı götürərək Araz ilə vidalaşıb növbəti səfərim olan Luksembuq City-yə yol aldım.
Alkmaardan, Araz ilə görüşdən fotoları indi paylaşa bilmirəm çünki bu yazılarımın hamısı Sony Xperia S smartfonumda olan “wordpress” applicationu vasitəsi ilə bloquma yazıb sizinlə paylaşa bilirəm.
Alkmaar səfərindən sonra mən Luksemburqa və Brusselə də getdim ancaq o şəhərlər haqqında çox da iri yazılar yaza bilmirəm. Onlar haqqında Bakıya gələndə yazaram.
Yəqin ki, iki gündən sonra Kölnə Samir Qulusoy ilə görüşə gedib avropada qalan son iki günümü də orda keçirəcəyəm. Şənbə günü isə təyyarəyə minib londonda bir  gecə keçirib Bakıya qayıdacağam. Bazar günü Bakı vaxtı ilə 19:35 də umummilli Heydər Əliyev aeroportunda olacağam. Maşını olan dostlardan kimin həvəsi olan olsa məni qarşılayar…
Hamıya Uğurlar.
Etibar Salmanlı (Etibarlı)
27 avqust 2013 Dağılmış Avropada hardasa.

Yol qeydləri III və ya Avropa dağılır.” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma