Bir qadını ağlatmaq və ya gülmək lazımdır


Bir qadını ağlatmaq və ya gülmək lazımdır.
Bir qadını ağlatmaq… Bu fikiri tamamlamaq kimi çətin və insanı pis edə biləcək mənim fikrimcə ikinci bir fraza yoxdur.
Qadınlar haqqında bir neçə yazım var. Sözün düzü bu mövzu çox çətin mövzudur. Elə də rahat şəkildə kompyuteri işə salıb, yeni bir vord sənəd yaradıb sözləri istehsal etmək deyil bu mövzuda yazmaq.
Azərbaycanda bu  mövzuda yazmaq lap çətin məsələdir.
Azərbaycan qadını azərbaycan xalqından da müdrik bir varlıqdır.
(Bu mövzuda daha ciddi yazı oxumaq istəyirsinizsə Seymur Baycanın yaradıcılığına müraciət edin.)
Qadınlarımızın bəzi etdiklərini dünyanın bütün mütəfəkkirlərinə də danışsan mümkün olmaz açıqlama vermələri o düşünürlərin.
Bu yaxınlarda mənə bir hadisə danışdılar. Əslində o hadisənin oxşarının özüm də şahidi olmuşam.
Həyat yoldaşı narkotik aludəçisi olan bir qadını əri günlərlə döyüb, fiziki işgəncələr verirmiş. Günlərin bir günündə isə narkotikin vaxtı və ya lomkası gəlmiş ər qadını daha şiddətlə döyür hətta kəsici hansısa alət ilə qolunu da yaralayır, qadını evdən qovur. Mənə bu hadisəni danışan insan bu qadına yaxınlaşaraq polisə müraciət eləməsini, ərinin cəzalandırılmasını təklif edəndə isə qadın “bizim ailə daxili məsələlərə zəhmət olmasa qarışma” deyərək çox müdrik və axmaqcasına bir fikir bildirir. Dostum da şoka düşərək yenidən evinə qayıdır.
Yəni bu məsələdə kişiyə haqq vermirəm. Qadına qarşı elə bir şey etmək heç bir haqq-hüquqa sığmır. Ancaq qadının etdiyi daha doğrusu etmədiyi də heç bir məntiqə əsaslanmır.
Yenə də başqa bir misal verirəm.
Bu söhbəti hansısa facebook dostum status kimi paylaşmışdı.
Kişi evə qayıdır və yeməyin hələ də hazır olmadığını görərək yemək qazanını elə mətbəxin pəncərəsindən həyətə tolazlayır, qadını yaxşıca döyür daha doğrusu yaxşıca döymür. Bu cümlədəki yaxşıcanı mövzunun sonunda biləcəksiz. Mərasimin döyülmə, kötəkləmə hissəsi bitdikdən sonra isə ənənəvi  olaraq yığışdır zir-zibilivi rədd ol evdən hissəsi də olub. Bunu görən dostumuz bildirir ki, qadın həyətdə “rəfiqələrinə” deyirmiş ki, “Kişi evə gəldi aləmi qatdı bir-birinə. Bəs o indi səhər işə gedəndə nə apacaq işdə yeməyə?”
Bu iki hadisəni oturub günlərlə araşdırsaq bir ortaq məxrəcə çıxa bilmərik. Heç Pifaqor da bu məsələnin həllini tapa bilməz.
Məsələnin digər tərəfi isə bu ölkədə qadına verilən dəyərdir.
Seymur Baycan hər zaman deyir ki, bu ölkədə qızının təhsili üçün 5-10 manat tapmağa ərinərlər ancaq cehiz üçün minlər, on minləri xərclərlər.
Mən bu gün hazırda ətrafımda olan qızların, qadınların yaşadıgları ya da yaşamaq istədikləri həyata baxıram. Ciddi şəkildə istəklərin imitasiyası və yaxud da ki, deformasiyası gedir.
Azad seks və ya seksual inqilabı istəmək olar. Hətta onun üçün öncüllük, bayraqdarlıq da etmək olar. Ancaq bədənini açıq qapı və ya dövlətin vergilər sistemindəki “bir pəncərə” , “açıq pəncərə” etmək olmaz. Çünki bədən sən olduğun müddətcə sənin olaraq qalacaq. Sən bu bədənin qulusan ağası yox.
Sən dəyərdən düşdüyün gün o dəyərlər(azad seks,seksual inqilab) artıq dəyərsizləşir. Bu çox anlaşılan, başa düşülən bir vəziyyətdir.
Ətrafımızdakı bir çox qızın bu dəyərləri dəstəkləyib sonda məğlubiyyətlə qarşılaşdıqlarının şahidi olmuşam və ya olmuşuq.
Məsələ ondadır ki, bu dəyərləri səmimi müdafiə edənləri tanımaq üçün uzun bir zamana ehtiyac var. Ancaq bir bədənin (yəni şəxsin) qiymətdən düşməsi isə çox qısa müddətdə baş verir.
Məsələnin ağlatmaq hissəsinə gəldikdə isə qeyd etmək olar ki, tanıdığım və ya tanımadığım qadının ağlamasını görmək mənə pis təsir edir.
Ümumiyyətlə qadınlar ağlamaq yox  gülmək üçün yaradılıblar.
Hər hansı bir qadının gülümsəməsindən gözəl hansısa bir hissin olmasına inanmıram.
Azərbaycan kimi bir ölkədə qadının gülərüz olması, gülümsəməsi çətin işdir. Ailə, dost, sevgili, nişanlı başdan ayağa qədər məhrumiyyətlər.
Ancaq bu məhrumiyyətləri də uzaq etmək olar.
Ailə təzyiqindən uzaq olmaq üçün isə normal təhsil, maliyyə cəhətdən heç kimdən asılı olmamaq üçün isə normal bir iş lazımdır. Normal iş də normal təhsildən asılıdır. Yəni zəncirvari prosesdir.
Bu yazını yazmağa başlayarkən yaza bilməyəcəyimi düşündüm. İndi fikir verdim ki, bitirirəm deyəsən yazını. Düşünürəm ki, həyatda çətin, mümkünsüz heç bir iş, maneə, problem yoxdur.
İnanmaq lazımdır.
Bütün problemlərin üzərinə gülümsəyərək getmək lazımdır.
Qaramat ya da qaragüruh olmaqla bir şey olan deyil.
Optimist olmaq lazımdır. Ən böyük güc optimizmdir.
Ona görə şair yaxşı deyirdi : “Gülümsəyin cənablar, gülümsəyin”. Burda da şair gender balansını qorumamışdı.
Ona görə şairin fikrini dəyişərək bildirirəm ki, Gülümsəyin xanımlar və bəylər.
Gülüş, gülmək gözəl bir hissdir. Ancaq biz buna sevgini də əlavə etsək lap gözəl olar.
Sevgisiz həyat elə də maraqlı deyil. Bu da çox başa düşülən bir məsələdir.
Çətinliklə başladığım yazını iki cümlə ilə bitirmək lazımdır.
Birincisi odur ki, mütləq gülmək, gülərüz olmaq lazımdır.
İkincisini isə Aqşin Yenisey deyib. “Sevgilinizi qoruyun” bunu “Sevginizi qoruyun” da demək olar.
Nəisə…
Hamıya Uğurlar.
Etibar Salmanlı (Etibarlı)

Bir qadını ağlatmaq və ya gülmək lazımdır” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma