Yol qeydləri I və ya Avropa dağılır


Yol qeydləri  I və ya Avropa dağılır
Lap əvvəldən başlamam lazımdır.
Aztv demişkən çox uzağa getməyək elə götürək Yaponiyanı.
Uzaq 2008 in axırları 2009un əvvəllərindən o zaman ki, mən Salyanın adsız “yüksəkliklərində” vətənə olan “borcumu” qaytarırdım. Məsələ o deyil ki, mənim vətəndən nə zaman borc aldığım heç yadımda deyil. Lap əgər almışdımsa ya içkili olmuşam ya da ki, “paxmeldə” idim.
Nəisə əslində mövzu vətən ya da borc deyil.
Aha Salyanda hərbi qulluq edirdim və düşünürdüm ki, tüpürəsən belə yaşayışa. Hər gün daha da bezirdim bu sistemli yaşayışdan. Düzdür mənim əsgərliyim çox gözəl keçib. Əsgərlikdən sonrakı dövrlərimdə ucuz Bakı arağı içirdimsə əsgərlik dövründə əsasən Nemiroff ilə Aqşin Yenisey demişkən qaraciyərin qanını qaraldırdım.
2009 un yay ayı gəldi və mən təxris oldum. Əslində həm də beynim Azərbaycandan da təxris olmuşdu. Sadəcə ölkəni tərk etmək kimi planı necə qurmaq olar deyə düşünürdüm. O zaman ki, bütün planları rədd edib ölkədən getmədim. Hətta o dövrlərdə Avropaya təlimlərə belə getmədim ki, onsuz da bezmiş halda olan biri gedib oraları görər sonra qayıtmaq istəməz.
Əsgərlikdən yeni gəlmişdim bütün gecə internetdə azmaz.com saytının forumunda oturur Pablo, Mahir və s. Dostlarımla çənə vururdum və səhər 7-8 də yatırdım. Elə yatdığım gecələrin birinin səhərində anam yuxudan oyatdı ki, dur qonaqlar gəlib sənə dəyməyə. Mən də güc-bəla yuxudan durub qonaq otağına keçdim. Gələnlər ən çox sevdiyim qohumum Turxan Qarışqanın atası Elxan Dayı ( biz Elxan dayıya Elxan dayday demişik hər zaman) və uzaq qohumumuz ancaq hollandiya vətəndaşı olan Natiq bəy idi. Çox söhbət elədik. Səhəri gün Natiq ilə şəhərdə oturub americano içərək söhbəti davam etdirdik. (o zamandan mənim americano sevgim yarandı) Natiq sən bu ölkədən getməlisən deyirdi başqa heç nə demirdi. Hətta dəvətnamə falan yollayım, gəl oralarda yaşa ən pis halda evlən amma burda qalıb bədbəxt etmə özünü deyirdi. Mən o zaman onun sözünü yerə saldım hətta sənədləri tam yığdım amma yenə getmədim.
Sonrakı dövrlərdə Nida, 11mart gənclər günü, 2011 aprel mitinqləri oldu. Ən çox tutulanlardan, öndə gedənlərdən biri oldum. Hətta bir neçə dəfə Zaur Qurbanlı və Rəşadət Axundov ölkədən bezdiyimi görüb “istəyirsən get, gedənlərdən əksik adam deyilsən, onsuz
da sən tutulma təhlükəsindəsən, imzala sənədləri get” dedi. Sözün düzü, həmin ərəfədə dəfələrlə bəzi yerlərdən dəvət də gəlirdi ölkədən getmək üçün.
Ancaq yenə getmədim. Mən bir yerdə mübarizə apardığım dostlarımı tək qoyub gedə bilmədim.
Ancaq İlham dayımız onları bizdən ayırıb kürdəxanıya saldı.
Ancaq bu gün bu yazını Azərbaycandan xeyli km uzaqlıqdan yazıram. Hündür mərtəbəli bir binanın bir otağında oturmuşam qarşımda kompyuter, fonda Zaz oxuyur. Məndən solda üzərində Parisin əksi olan külqabi yanında ənənəvi Kent 4 siqaretim ancaq bu kent o kentdən deyil onun da yanında Qara Qarayev metrosunun yaninda yerləşən dükandan aldığım alışqan, üzərində “İphone” yazılıb özü də. Sağıma baxanda uzandıqca uzanan yaşıllıq var. Hava o qədər gözəl, yaşıllıqlar insanı o qədər uzaqlara aparır ki, siqaret yandırmağa utanıram belə bir təbiət qarşısında. Pəncərədən kilsə görünür və hər 1 saatdan bir zəngləri vurulur bu isə məni heç narahat etmir. Ancaq Bakıda, Bülbülədə gündə  2 və ya 4 dəfə verilən azan bütün yaşama həvəsimi öldürürdü.
Fondakı Zaz, paris əksi olan külqabı sizi aldatmasın Fransaya həvəsim yoxdu getməyə.
Məncə bu qədər təsvir bəsdir. Tam təsvirləri digər yazılarımda yazacağam.
Yol başlayır…
Bakıda ümümilli lider, ulu öndər, həyatımızın, inkişafımızın, ölkəmizin qarantı, ümumilli dayımız, prezidentimiz, zat-i ailələri İlham Əliyevin atası Heydər Əliyev adına olan beynəlxalq aeroporta gələndə səfərimin necə keçəcəyini düşünürdüm və təyyarələrə keçid qapılarının açılmasını gözləyəndə hər kəsə fikir verirdim. Insanlar necə də xoşbəxt görünürdü ölkəni tərk etdiklərinə görə.
Diqqət etdim ki, iki reysə qarşı yaman çox diqqət və maraq var. Biri istirahət mərkəzləri ilə məşhur olan Soçiyə və digəri isə Qatar hava yollarının Dohaya olan reysinə.
Dohaya niyə gedirlər bilmirəm. Yəqin ki, ticarət üçün.
Ancaq Soçiyə insanlar istirahətə, müalicəyə gedirlər bunu bilirik. Yəni turistik zonaya gedirlər. Bəs biz özümüz turizm ili keçirirdik, prezidentimiz, dayımız əmr zad verirdi ki, qiymətləri ucuzlaşdırın. Nə oldu bəs o işin axırı? Niyə adamlar təyyarə-təyyarə Soçiyə falan gedirlər?
Mən özüm Tiflisdən cəmisi 1 həftə idi ki, gəlmişdim. Həm gedəndə həm gələndə həm də orda olanda gördüm ki, Azərbaycanın yarısı Tiflis, Batumi, Poti, Kutaisiyə gedir istirahət üçün.
Demək ki, biz nələrisə səhv edirik. Bu yerdə deyərlər ki, bizim nəyimiz düzdür ki, ay oğraş?
Bunu da keçib Britaniya hava yollarının təyyarəsinə daxil oldum. Uzun bir uçuşdan sonra Londona, Heatrou aeroportuna endim. Gecə və mən tranzit sərnişin olduğum üçün terminalı dəyişib səhəri gözləməyə başladım. Baku English schoolda öyrəndiyim sonrakı dövrlərdə az da olsa inkişaf etdirdiyim ingilis dilimin hesabına lazım olan yerdə məskunlaşaraq ərazini kəşf etməyə başladım. Ciddi şəkildə böyük bir aeroport imiş bu Heatrou aerportu.
Orda olduğum zaman 3 ciddi çatışmamazlıq gördüm.
Birincisi heç yanda nə baş nazirin nə də kraliçanın posterini görə bilmədim.
İkincisi internet vifi məsələsi idi. Hər kəsə cəmisi 45 dəqiqə internet “palojnadır” rusun sözü. O da ki, emailini, adını, familiyanı yazandan sonra. Birinci 45 dəqiqəni istifadə edib yatandan sonra səhər isə başqa bir email və xəyali ad-familiya ilə qeydiyyatdan keçib lazimi yerlərə mesaj və email yazdım. Uzun müddətli qalsaydım yəqin ki, hətta 7 ci sinifdə açdığım emaili də kiminsə adını qeyd edərək internetlərindən istifadə edəcəkdim.
Üçüncüsü isə o boyda zırıltı aeroportda (bir terminaldan o biri terminala avtobusla 4-10 dəqiqə ərzində gedirsən) siqaret kabinlərinin olmaması idi. Bakı aeroportunda siqaret kabinləri var girib siqaretini çəkirsən. Heç siqaretin olmasa belə orda gedib 5 dəqiqə dayansan siqaret tüstüsündən çəkmiş qədər olarsan. Heatrouda olduğum 8-10 saat ərzində siqaretsiz qaldım və növbəti şəhərdə doyunca siqaret çəkdim.
Məncə bu qədər bəsdir birinci yazı üçün . Dağılmış Avropa haqqında daha sonra yazılar yazacağam.
Qeyd edim ki, fikrim Bakıdakı proseslərdə də qalıb. Rüstəm Bek gələcəkdi, İsa bəy Rüstəm bek gəlməsə vahid namizəd olacaqdı, icazəli mitinq olacaqdı və s və ilaxır.
Özünüzdən muğayat olun dostlar.
Ps. Facebookda inboxuma bir neçə dəyər verdiyim insanlar mühacirətə getmisən bəy? Deyə suallar verirlər. Ancaq elə deyil dostlar. Sentyabrın 1-i saat 19:35 də Bakıya enəcək Heatrou(London) – Bakı təyyarəsində olacağam mən də.
Pss. Olduğum yerlərdə internet çıxışım demək olar ki, yoxdur. Məhz bu səbəbdən facebookda, tvitterdə tvit, status yaza bilmirəm, instagrama şəkillər yükləyə bilmirəm. İnboxuma gələn mesajlara cavab yaza bilmirəm məni üzrlü sayın.
19 avqust 2013  dağılmış Avropada hardasa…
Hamıya Uğurlar.
Etibar Salmanlı(Etibarlı)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma