3 söhbət


seymur baycan2 gündür Seymur Baycanın “Mənim mübarizəm” adlı yazılarından ibarət kitabını oxuyuram. Seymurun o kitabda yazılmış yazılarının 90 faizini oxumuş olsam da kitabdan oxumağın ayrı ləzzəti var. Məsələmiz amma o deyil.

Sizə 3 mövzudan bir yazı təqdim edirəm. Oxuyub qiymət vermək sizlikdir.

1- Bügün axşam tərəfi metroya tərəf gedirdim. 28 may metrosunu təmir etdikləri üçün Cəfər Cabbarlı stansiya/keçidindən istifadə edilir. Tağı müəllim yolumuzu yaman uzadıb metronun içində. Girişə 20 metr qalmış qəhvəyi şortik geyinmiş, uzunsaç bir qardaş gözümə dəydi. Yanında digər bir dostu ilə dayanıb söhbət edirdilər. Bu zaman keçid tərəfdən qol-boyun olmuş cütlük bu qardaşlara yaxınlaşırdılar. Hər ikisi qara şalvar, qara qısaqol mayka və “vyetnamka” şəpidləri ilə silahlanmışdılar. Şortikli uzunsaç qardaşlara çatanda isə bunlar “petuxdular” deyib keçdilər. Şortikli qardaşlar bir qram da fikir vermədilər bu iki “azərbaranlara”. Metronun içinə düşəndə isə bir dənə də eyni tip hadisəylə qarşılaşdım yenə də qol-boyun olmuş oğlanlardan ibarət cütlük başında FBİ kepkası olan çeçenka saç stilli bir qardaşa sataşdılar. Çeçenkalı stilli, FBİ kepkali qardaş isə tənbəllik etməyib bunları vurmaq istədi. Nəsə camaat ayırdılar. Yadıma Seymurun kitabında olan “Latentlər” yazısı düşdü. Dəhşətli yazıdır. Mən hətta o yazıya yazı yox güzgü deyərdim. O yazı bizim bakımızın güzgüsüdür. Ətrafınıza diqqət etsəz məhz görərsiz Seymurun yazdığını. Məsəl var ki, hamı görür amma onu hər adam yazmır. Mən o yazını cəmi 3 saat əvvəl işdə oxumuşdum…

2- Ölkənin ən ibtidai, mədəniyyətdən uzaq yerləri haradır soruşsaz sizə metro stansiyalarının ətrafı deyərəm. Ətrafı yəni yuxarısı bərbad gündə olan metro stansiyalarının aşağısı da bərbad gündə olur. Zamanla metroların mədəniyyəti artır və azalır. Bir zamanlar keçmiş “Əzizbəyov” metrosunun ətrası bərbad gündə olurdu. Bütün Bakı kəndlərinə gedən avtobuslar ordan gedirdi deyə oralar bərbad gündə idi. Məsələ Bakı kəndlərinin camaatının mədəniyyətsiz olması deyildi. Məsələ Bakı kəndlərinə rayonlardan gəlmişlərin doluşması, ucuz kirayə evlərdə qalması idi. Elə o dövrlərdə 28May metrosunun ətrafı da bazar və mədəniyyət nədir bilməyən kütlə ilə dolmuşdu. Burda da şəhər əhalisinin günahı çox deyildi. Əsas məsələ yenə dəmiryol vağzalının burda yerləşməsi idi. Qatardan düşən Bakının mərkəzinə düşürdü. 28may məsələsinə birazdan qayıdacağam amma hazırda o bərbad günləri yaşayan Qara Qarayev metrosu ətraflarıdır. Əzizbəyovdan avtobusları Qarayev metrosu çıxışlarına yönəltdilər və o cür gözəl, sakit, mədəni yeri cırlaşdırıb, ibtidailəşdirdilər. Səbəbi yuxarıda yazmışam. 28May metrosu məsələsinə gəldikdə isə qeyd edim ki, metronun üstü ucuz fahişəxanalarla doludur. Yolunuzu ordan salıb zirzəmilərdə yerləşən “bar”ların pilləkanlarında dayanan “civi”ləri görərsiz. Sonda qeyd edim ki, 28May metrosu hazırda təmirdədir və 90faiz metronun adını dəyişib “Heydər Əliyev” metro stansiyası qoyacaqlar. Mən belə ehtimal edirəm. Camaatı salacaqlar “Heydər Əliyev” altına , başlarının üstündə isə ucuz 15-20 manatlıq fahişələr olacaq. Anlaşılan məntiqdir.

Ps. 20 Yanvar metrostansiyasından heç danışmıram…

3- Sonuncu məsələ isə özümə aiddir. Mənim bəzən etdiyim hərəkətləri sorğulayırlar. Sözün düzü sorğulayanlarla görüşəndə məsələni soruşanda heçnə deyə bilmirlər amma yenə də. Mən əsasən qızıl ortanı düşünüb hərəkət edən biriyəm. Dostluqlara diqqət verən biriyəm. Mənə hörmət edib, yerini, yerimi bilənlərə hər zaman ən sonuncu manatımı, enerjimi xərcləyirəm. Digər bir məsələ isə “ayıya dayı demək məsələsidir” mən özümdə zəiflik görəndə əsasən rəqiblərimlə açıq üz-üzə gəlmirəm. Sülh və heç-heçə vəziyyətini qoruyub saxlayıram. Yəni ki, hansısa bir hərəkət qarşısında səssizliyimi qoruyuramsa demək ki, cavab verməyin vaxtı deyil. Hələ güclənmək lazımdır və mən qələbəyə əmin olmadığım işlərə baş qoşmuram. 100 ölç 1 biç məsələsi. Bəzən isə bilə-bilə məğlubiyyəti qəbul edirəm ki, öldürücü zərbə vurum. Yəni ki, beynim işləyirsə cavab verəcəyəm. Vermirəmsə gözləmək lazımdır. Nəyi, kimi ? Bunu isə mən bilirəm.

Bu qədər.

Ps. Bu ay mən nə zamandır istədiyim GİPA (jurnalistika master) – ya daxil oldum. Gələn il yanvardan Tiflisdə olacağam 1 illik.

Hamıya Uğurlar.

Etibar Salmanlı(Etibarlı)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma