Dini lətifə – Siqaret


Bloqumda arada lətifələr yazıram. 

Oxu :

Link 1  – Yaşar Nuri, YAP  və lətifə 

Link 2 – Heydər, Reyqan və Klinton ( siyasi lətifə )

Link 3 – İsa, uşaq və velosiped ( dini lətifə )

Bayaq yolda gələndə düşündüm ki, nə zamandır yeni lətifə ilə sevindirmirəm bloqumu izləyənləri.

Bu lətifəni mənə hansısa dostum danışmışdı adı yadımda deyil.

Yəni ki, bu lətifə mənim beynimin məhsulu deyil.

Nəisə keçək lətifəyə. 

Aran zonasında bir kəndli taxıl əkir. Havalar da o günlər çox isti və quraq keçirmiş.

Kəndli birinci gün taxıl zəmisində dizlərini yerə qoyur əllərini göyə açır və Allahdan yağış yağmasını dualarla istəyir.

Gün keçir ancaq isti daha da çoxalır.

Yağışdan isə heç bir əsər-əlamət olmur.

Üzərindən bir həftə keçir.

Kəndli ikinci həftə yenə də ritualı təkrarlayır yağış istəyini yeniləyir. 

Ancaq yenə də yağış arzusu gözündə qalır.

Üçüncü həftədə havanın istiliyi daha çoxalır və kəndlinin taxılı susuzluğdan yanmaq, məhsulu tələf olmagla üz-üzə qalır.

Kəndli yenə Allahdan yağış istəyir ancaq yağış yağmır ki, yağmır. 

Kəndlinin taxılı bir aylıq quraqlıq sonrası tələf olur. 

Kəndli zəmiyə gəlir başını yuxarılara tutaraq bunun intiqamını alacağını bildirir.

Üzərindən bir müddət keçir. 

Ramazan ayı, orucluq başlayır. 

Kəndli sahura qalxaraq orucunu tutur. 

Günün sonuna yaxınlaşanda isə tələf olmuş zəmisinə gedir. Saatına baxaraq Azana yəni iftara çox az qaldığını görür. Elə bu zaman cibindən siqareti çıxarıb alışdır və dərin bir tüstü alır. 

Üzünü göyə tutaraq deyir ki, sən məni yandırdın mən də səni belə yandırdım!

Hamıya uğurlar!

Etibar Salmanlı (Etibarlı)

Dini lətifə – Siqaret” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma