Təmizliyin imandan gəldiyi yerlər


Link

Son günlər əsas müzakirə edilən mövzu 30Aprel aksiyasına cəhddə həbs edilmiş 3 dostumuzun zorla yatdıqları kameranın tualetini təmizlədiyi anların şəkillərinin yayılması mövzusudur.

Əsgərlik, türmə və hərbi hospitallarda təxmini olaraq eyni ancaq yazılmamış qanunlar var.

O qanunlar heç bir sənəddə yazılmayıb ancaq insanların bir-birinə ötürdüyü hallarda inkişaf edir.

Dostlarımızı zorla təmizlik edərək şəkillərinin çəkilməsinin bir adı yoxdur. Hansısa bir təsiri də yoxdur o şəkillərin.

Hərkəs o həbs edilmiş trionu tanıyır və necə vicdanlı olduqlarına da hamı şahiddir.

Yazmaq istədiyim məsələ o deyil.

Mən hərbi xidməti Salyanda N saylı hərbi hissədə çəkmişəm. Borcumu orda vermişəm dövlətə. Borc demək mümkündürsə əgər.

Xidmət etdiyim hərbi hissə həddən artıq “bardaq” və “dedovşina”-nın olduğu bir yer idi.

Sadəcə biz orda gedəndə hərbi hissədə 30 əsgər qalmışdı və bizim “iyul prizivi” 130 nəfərdən çox idi hamısı da Bakı uşaqları.

Ona görə “dedovşina”-nı bizə tətbiq edə bilmədilər. Əsas səbəblərdən biri də o idi ki, biz hərbi hissənin “köhnə” əsgərlərindən ən azı 4 yaş böyük idik.

Bizim hərbi hissədə bir sıra fərqli yazılmamış qanunlar var idi. Tualeti , hamamı yumaq, həbsdə olarkən (haupvaxt) yemək yemək, ictimai işləri görmək, hospitalda naryada çıxmaq, yemək yemək, ictimai işləri görmək, hərbi hissə daxilində çavuşların fərqləndirici rəmzləri taxması və s. qadağan idi .

Bu qanunlara tamamilə hamı riayət edirdi biz qulluq etdiyimiz müddətdə. Tualeti, hamamı yuyan bir neçə nəfər var idi hətta bir müddət Salyan şəhərindən pul ilə xidmətçi də tutuldu ki, hamam-tualeti yusun.

Dəfələrlə tualet yumaq üstündə ciddi davalar, toqquşmalar da oldu prizivlər arasında. Məsələ o idi ki, ya kimsə yumalı idi ya da yuyulma üçün xidmətçinin haqqını verməli idi.

Tualete, hamama təmizliyi qoruyun tipli nə qədər plakat yazdıqsa da xeyri olmadı. Sonda ABS yazısı (ana-bacı söyüşü) yazandan sonra az-maz təmizliyə riayət edildi.

Bakıya gəlməyə 59 günüm qalmış hərbi hissə komandiri ilə söz güləşdirməyimin sonunda 5 sutka həbs (haupvaxt) aldım. Sözün düzü 11 il idi ki, bizim hərbi hissədən heç kim həbs cəzası almırdı. Ancaq mənə nəsib oldu o cəzanı görmək o zaman. Bütün hərbi hissə şokda idi bu hadisəylə bağlı.

Nəisə mayorumuzun maşını ilə Lənkərana getdik və sağ olsunlar 15 dəqiqənin içində bütün işləri həll edib tək adamlıq kamera ilə tanış etdilər məni. 4 günü siqaretsiz, yeməksiz (ancaq adi bir fal çörək yeməyə icazə var idi yazılmamış qanunlara görə), ictimai işlərə onsuz da dəvət etmirdilər (54 günü qalmış “dembel” “çavuş” ilə heçkimin işi olmurdu) . Ancaq 4cü günün axşam düzülüşündə bir leytinant gələrək mənim familiyamı soruşdu və bu gün üçün təmizlik işinin hamısını mənim görməyimi tapşırdı. Həbsə düşdüyüm səbəb əmri icra etməmə idi. İndi yeni bir əmr gəlirdi və mən yazılmamış qanunlara görə onu etməyəcəkdim. Etsəydim 4 gün ac qalmazdım həbsdə. Nəisə zabitin əmrinə oldu deyərək nə etməli olduğumu düşünürdüm. Tualetin yaxınlığına gedib dayandım və geriyə qayıtmaq istəyəndə Daxili Qoşunların həbsdə olan əsgəri mənə yaxınlaşaraq kameraya getməyimi , tualeti özləri təmizləyəcəklərini bildirdilər. Hətta dedilər ki, “Tualet yumaq bizdə padlo” deyil sən get kamerana. 

Mən də yavaş addımlarla qayıdıb kameraya girdim və həbs müddətimi bitirib hərbi hissəyə qayıtdım. Nəzarət-buraxılış məntəqəsindən içəri daxil olanda dostlarımla görüşdüm. Onların ilk sözü bu oldu ki, tualet təmizləmədiyini bilirik, lənkərandan sən gəlmədən xəbərin gəlib ancaq o vəziyyətdə təmizləsəydin belə sənə “bir itin oğlu” artıq-əskik söz deməyəcəkdi. Əsas sənin ailənin, valideynlərinin yanına qayıtmaqdır daha yazılmamış o boş-boş qanunlar yox.

Nəisə boş-boş hərbi xatirələrlə beyninizi zorlamayım. Bilirəm hərbidə olanlardan başqa heçkimə maraqlı deyil bu söhbətlər. Bəlkə də maraqlıdır…

Sonda yenə deyirəm ki, dostlarımıza qarşı atılan o addım bunların nə qədər zəif, qorxaq, tərbiyəsiz və axmaq təfəkkürlü olduğunun sübutudur.

Hamıya uğurlar.

Etibar Salmanlı (Etibarlı)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma