Yol qeydləri


yeraltigenceƏslində Bakıdan çıxıb Gəncəyə gələrkən hər zaman olduğu kimi bir səyahət planlayırdım. Son illər artıq yollara öyrəşmişəm. Şair yaxşı deyib : yol özü də bir vətəndir.

Elə o ifadəni facebookda status yazaraq “dördfara” ilə Gəncə səfərimə başladım.

Planlamışdım ki, yolda Orxan atanın verdiyi Tolstoyun Hacı Muradını oxuyaram. Ancaq mənim saydığımı fələk saymadı. Bir kubinka/masasır uşağı, bir dənə də şəmkirli xalça alverində çalışan dostumuz yol boyu şən söhbətləri ilə imkan vermədilər ki, tolstoyun tərifli hacı muradını oxuyum. Arada qulaqcığımı qulaqlarıma daxil edəndə də dostlar “Qardaş bu söhbətə sən də kurs olmalısan, özün də oxumuş adamsan.” Hər halda anlamadım ki, İST Telmanın oğlanbaz olub olmaması barədə debatda hansısa tərəgi müdafiə etmək üçün hansı universiteti bitirmək lazımdır.

Yevlaxın kruquna çatanda qardaş taksini saxladıb bir neçə dostu ilə “ala mən yevlaxın kruqundayamee” zarafatını da etdi.

Uzun sürən söhbətlər fonunda Gəncəyə “Priborların” yanına çatdıq. Blog trainingi keçdiyim Pənah Azər sağ olsun məni orda bir “07” ilə gözləyirdi. “07”-nin içində də Balabey sədaları. Yadıma bir gün qabaq yazdığım “ Gedir ömür qatarı, dayanmır ki,  dayanmır  blət “ statusu düşdü.

Pənahgilə gedib Pənahın anasının bizim üçün bişirdiyi kartof və toyuq qızartmasını yeyib qonşunu yuxudan oyatdıq ki, vifi-ni yanılı saxlasın. Bir az da netdə eşələnib yerimizə uzanıb yatdıq. Səhər Gəncədə vacib bir bün idi. YerAltından Kitabların ilk regional şöbəsi və ya mağazası Gəncədə fəaliyyətə başlayacaqdı.

Səhər durub mağazaya getdik.

Mağaza şəhərin düz mərkəzində Gəncə Dövlət Universitetinin arxaslnda yerləşir. Gəncənin Tarqovusundan mağazanı bir küçə ayırır. Yəni ki, yeri çox əlverişlidir.

yeraltigencesMağazaya daxil olandan sonra diqqət elədim ki, Elşən Abbasov həqiqətən işin alınması üçün əziyyət çəkib. Dvarlarda YerAltını bildirən posterlər, bayquş şəkli əsas da ucuz ancaq keyfiyyətli, original kitablar.

Saat 11 də açılışımızı etdik və kitabsevərlər mağazaya axın etməyə başladılar. Gün ərzində 100-dən çox gənc ziyarətimizə gəldi.

Nahar zamanı QHT-nışkik, blogger Fəridin bıçaqlanması xəbərini eşidib boş zamanımdan istifadə edib onun ziyarətinə də getdim. Fərdi münaqişə zəminində toqquşan iki nəfəri “ayıran” Fəridə 4 bıçaq zərbəsi dəyib. Yaxşı ki, zədələr ciddi olmayıb yoxsa Gəncə özünə lazımlı gənclərdən birini itirə bilərdi.

Fəridin evindən çıxıb dükana qayıdanda məktəb uşaqlarının dükana hücum çəkdiyini gördüm və təəcüblə baxdım ki, gənclər “kandıd” “xaç atası” “pinin həyatı” “kafkadan aforizmlər” “fikir sexi” kimi kitabları alırlar.

Axşam 17-00 da mağazada uşaqlarla sağollaşıb Elşən ilə avtovağzala yol aldım. Avtovağzalda nəsə yemək düşünsəm də yemək tapılmadı bir snikerslə yola çıxdım. Məndən bir sıra arxada iki dindar qardaşımız əyləşib( elə indi də əyləşib çünki yazını vordə avtobusda yazıram) və onlar bütün yol boyu dini söhbətlərlə avtobusun ömrünü gününü qaraltdılar. Mənim qulaqcığlarım dadıma çatdılar.

Hazırda Bakıya hardasa 60-70 km qalıb və mən bərk acımışam. Gözləyirəm ki, evə çatıb toqqamın altını bərkidim.

Deyərsiz ki, nə yaxşı avtobusda yazı yazmağı düşündün. Deyim də , telefonumun elektrik gücü qısası “zaryatkası” bitirdi telefonu nptebuka qoşmuşam yazı yazıram və eynianda da telefon özünə ehtiyat qüvvə, elektrik toplayır. Mən də Bumboksa qulaq asaraq bu yazını yazıram. Blogum üçün növbəti bir Gəncə Səyahəti yazısı yazıldı.

Hamıya Uğurlar.

Etibar Salmanll(Etibarlı)

Qazax-Bakı magistralı
(hardasa Bakıya 60-70 km aralıqda)

Yol qeydləri” üçün 4 cavab

giacomo197 üçün bir cavab yazın Cavabı ləğv et

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma