O, QADINDIR!


O, QADINDIR

“Qadın hüquqları”, “qadın azadlığı” anlayışları vicdanlı kişiləri əzir həmişə. Adam cinsindənm utanır. Bu gün evdə anam elə söz dedi ki, mən də cinsimdən utandım.
Feminist olmağa çalışıram, ailədə də, cəmiyyətdə də cinslərin hüquq bərabərliyini mümkün qədər təmin etməyə cəhd edirəm, atam da bu işdə tipik azərbaycanlılardan xeyli irəli gedib.
Buna görə də tipik, ənənəvi Azərbaycan ailələrinə baxanda öz ailəmizə şükür edirəm. Amma bu gün anam elə söz dedi ki, gördüm, feminist kişi-filan olmaqla deyil, biz qadınların insan olmasının kabusuyuq və hələ də bu rəzil statusdan çıxa bilməmişik.
Bu gün də həmişəki kimi anam işdən gələndən sonra ağır ev işlərinə girişdi, axşama qədər işlədi, axşam da birtəhər işarası qısa fasilə düzəldib gəlib oturdu televizorun qabağında. Anamın baxdığı verilişə atamla mən baxmarıq, nəinki baxmamaq, bu verilişi televizorda görəndə əsəbləşərik.
Anam o verilişi açdı. Otaqda ikimiz idik. Mən də baxırdım televizora, fikrim ayrı yerdə idi. Həmin verilişin həmişə lağ etdiyim aparıcısını görüb yenə həmin aparıcı haqqında istehzalı söz dedim. Anam elə bildi, yenə dava-dalaşla başqa kanala çevirmək istəyəcəyəm televizoru. Mən ayaq üstə idim. Anam divanda oturmuşdu. Başını qaldırıb altdan yuxarı bir qadın mütiliyi ilə dedi: “Səhərdəndi, işləyirəm. İmkan ver, bir dənə istədiyim verilişə baxım.”
Özü də bilmədi ki, məni necə məhv etdi bu sözlə. Bu da mənim feminizmim, qadın hüquqlarım, zırtım-bırtım… Qadın səhərdən işləyir və axşam 10-15 dəqiqə televizorda zövqüncə olan bir verilişə baxmaq üçün məndən icazə alır. Elə anlaşılmasın ki, bizim evdə kişi diktaturası rəsmiləşdirilib və mütləq icazə alınmalıdır. Sadəcə anam o “icazə”ni almaqla davasız, dinc bir-neçə saatı sığortalamaq istəyirdi.
O baxışda və o cavabda özümü bir monstr kimi gördüm. İnsan nə qədər amansız olar ki, öz doğmasına qarşı təbii bir cins fərqinə görə bu qədər ayrıseçkilik etsin. Hələ bu qadın hüquqlarını, cinslərin bərabərliyini az da olsa, anlayan birinin davranışıdır. Doğrudan da feminist olan bir kişinin mövcud olması çox inanılmaz görünür artıq mənə.
İndi anam atama başa salmağa çalışır ki, “səhərdən işləyir və bir verilişə baxmağı haqq edir”, indi də ailədəki o biri kişidən “icazə”sini alır. Səbəb rasizmə bəraət qazandıracaq qədər utancvericidir – anam bizim cinsdən deyil,

O, QADINDIR.

 

O, QADINDIR!” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma