Hadisələrə baxış


Əslində bloq yazısı yazmağa vaxtımız yoxdur deyə yazmırıq bəhanə gətirənlər səmimi deyillər və yalan danışırlar. Vaxtı zəhətdən boluq. İmkanımız da var. Sadəcə tənbəllik edirik.

Bir bloq yazısının yazılması elədə böyük əziyyət lazım deyil.

Bloqun admin panelinə daxil olursan başlayırsan yazmağa.

Mövzu yoxdur ? Yox mən burda razılaşa bilmərəm çünki mövzu bolluğu var hazırda azərbaycanda.

Əvvəl 1-2 maximum 3 mövzu olurdu və 100-lərlə blogger dayanmadan yazırdı.

Bloqunda yazırdı , Tvitterində yazırdı, Facebookunda yazırdı.

İndi isə deyirlər ki, mövzu var ancaq tvitterimizdə yazırıq.

Nəisə onlara inanmıram boş söhbətdir tvitter falan.

Son günlərimizin ən maraqlı hadisələrini toplayıram özüm üçün bir bloqpostun içinə. Bloquma 3 həftədir yazı yazmıram məhz o səbəbdən yazı biraz böyük olacaq.

İnanıram son həftələrin hadisələrinə mənim baxışım bloqumun izləyiciləri üçün maraqlıdır.

nida3

Rəşad Həsənov, Məhəmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu

Mənim üçün ilk olaraq şok effekti yaradan , məni şok edən hadisələrin ən birincisi 3 N!daçının həbsi oldu. Şahin Novruzlu, Məhəmməd Əzizov, Bəxtiyar Quliyevin həbs edilməsini sms ilə mənə bildirəndə metroda idim və evə gedirdim. Xəbəri alanda bir neçə dəqiqə təəcüblə facebook statuslarını izlədim. Hüquq-mühafizə orqanlarının “kayfda” olmasının sübutu idi Nidaçı Trionun həbsi və həbs səbəbləri. Uşaqlar molotof atacaqlarmış , yox bir fil qovurması. Sonradan Həbib Müntəzirin kanalından AZTV-dən verilmiş reportyajı da izlədim. Bu ölkədə necə çevriliş, inqilab etmək olar sualı haqqında bütün cavablar o video faylda var. Əgər o üç nidaçı molotov hazırlayıb 10 martda atacaqdırlarsa mən də kosmonavtam.

resad iki

Rəşad Hüseynov (c) Mehman Hüseynov

Ardından daha bir N!daçı həbsi xəbərini eşitdik. Ölkənin ən perspektivli gənclərindən biri bəlkə də birincilərdən olan Rəşad Həsənovun həbsinə normal bir söz deyə bilmirəm mən. Rəşadı həbs etmək özünü ən axırıncı yola qoymaq kimi bir zaddır. Məğroc müəllimi həbs etmək hansı “ağıllı”nın olmayan ağlına gəlibsə qəliz söhbətdir. Bu hakimiyyətin bütün gənclərini Seymurundan, Hacıbəyindən Fəridinə qədər, ATGT-sindən olan hamını yığsan Rəşadın atılan dırnağına dəyməz.

resad

Rəşad Həsənov (c) Mehman Hüseynov

Məni pafoslu danışmaqda mühakimə etməyin. Rəşadın ayaq dırnağının bildiyini hakimiyyət gənclərinin başı bilmir .Ancaq vəziyyət necədir? Rəşad Kürdəxanı həbsxanasındadır, hakimiyyətin yaltaq və sabunlu gəncləri isə kostumlarını geyinib, qalstuku bərk sıxaraq tədbirlərdə iştirak edirlər. Sabah- sabah haberleniyorlar, eyleniyorlar.

dasqin

Daşqın Məlikov

Sonuncu bir hadisə də həbs xəbəri haqqındadır. Sumqayıtdan da bir xəbər gəldi. Daşqın Məlikov həbs edildi. Sumqayıta 2011 də dəfələrlə səfərimiz olmuşdu. Cabbar Savalanlını saxta narkotik ittihamı ilə həbs etmişdilər. Dəfələrlə məhkəmələrə getmişdik. İndi yenə Sumqayıta yol görünür. Astma xəstəsini narkotiklə saxlayıblar. Əvvəlcə saxta pul tapıb aparmışdılar bölməyə ardından necə oldusa əlavə olaraq tiryək də tapdılar üstündən Daşqının. Daşqını aparıblar bölməyə elə o gün üzərindən saxta əskinaz çıxıb. bir gün saxlayıblar. Bir də axtarıblar üstünü bu dəfə də narkotik çıxıb. Bir-iki dəfə də axtarsaydılar zənginləşdirilmiş uran da çıxaqcaqdı Daşqının cibindən. Mən Daşqını tanımıram ancaq oxuduğum qədəri ilə qiymətli gənc olduğu görülür. Hər halda otağında kitablar, gitara məni belə düşünməyə vadar etdi.

Tendensiya yaranıb narkotiklə əsasən cəbhəçilər həbs edilir. Mirzə Sakit, Cabbar indi isə Daşqın. (kimin adını yazmadımsa inciməsin 🙂 )

Hələlik bu qədər bəsdir.

Ps. Blogger dostlarımız nədən yazaq deyə sual versə buyursun bu mövzulardan yazsınlar.

Son günlər insan ölümləri, cinayətlər artıb.

Futbol üzrə baş məşqçimiz istefa vermir

Novruz xoş gedir artıq Azərbaycandan.

Batterfield4 oyunu haqqında vəs.

Pss. Mən növbəti yazım isə “YerAltı”ndan Kitablar – ın “Rebranding” – i haqqında olacaq.

Hamıya Uğurlar !

Etibar Salmanlı (Etibarlı)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma