Ümummillinin ağı və qarası


” Xocalını ziyarət etmək istəyən Xocalıya gedər, Xətaiyə yox! “

Ölkəmizə aid silsiləvi yazıları davam etdirirəm

Tanıyanlar bilir ki, bir iki gündən başqa heç bir matəm və ya əksinə bayramları qeyd etmirəm.

Bu siyahıya Aşuradan tutmuş Xocalıya  qədər bütün növ ağladan və güldürən günlər daxildir.

31 dekabr, 11 fevral, 1 avqustdan başqa bütün günlər mənim üçün adi günlərdir.

Nəisə sözüm onda deyil.

Xocalı gününə bir həftə qalmış facebookda eventlərdən dəvət gəlirdi ki, təşkilatlar deyirdi ki, Xocalıya mənimlə get!

Hamısına getmirəm virtual cavab verərək günü hər zaman olduğu kimi keçirməyə başladım.

Ancaq günün sonunda facebookda söyüşlərin havada uçduğunu görüb diqqətimi Xocalıya verdim.

Bizim dostlarımız düşünüblər ki, Xocalı prospektinə yürüşü (g)İrəli ilə etmək olar. Əslində elə də pis fikir deyil. Sözün düzü o müzakirələrdə olsa idim qaragürühluğuma salıb getməyək onlarla birgə deyərdim. Hər zaman yanlarında olmayan gənclərə xuliqan, avara, bekar deyənlərlə birgə getməmək istərdim. Əgər qərar çıxsa idi və (g)İrəli də qəbul etsə idi getməzdim mən fərd olaraq.

Nəisə.

Qərar qəbul edilib və İntellektinə dərin hörmət bəslədiyimiz Ruslan Əsədin başçılığıyla Pərviz Əzimov (g)İrəli sədri Rauf Ray Twittera Prins ilə əlaqələnib, görüşüblər (g)İrəli sədri də deyib ki, mən sizə Twitterdə cavab verəcəyəm və ümumiyyətlə sizi blok edəcəyəm. Bu qədər pis bir şey olmayıb.(Facebookda uçuşan söyüşləri deyirəm) Nə olar ki, müxalifət gedib Yap-ın binasında Avropa Birliyinə qarşı sənəd imzalayır gənclər isə öz həmkarları ilə Xocalıya birgə gedə bilməz? İkisi də eyni zibildir də. Yapla müqavilə imzalamaq da, (g)İrəli ilə Xocalıya getmək də.

(g)İrəlinin hansı zibil olduğunu yaxşı bilirəm. Etdikləri işləri də bilirəm. Ancaq onu da bilirəm ki, hansı yolla olur olsun adamların Kütləsi var. Səhv anlamayın KÜT-lə var. Bizim uşaqlar da o kütlə ilə bir getmək istəyib alınmayıb.

Çox söyüşlər gəldi həmin gün müzakirələrdə.

(Belə bir atalar sözü var : Əvvəl höküməti söyəcəksiz, sonra hökümət yönümlüləri söyəcəksiz, sonra özünüz – özünüzü söyəcəksiz, axırda sizin özünüzü peysər çıxardacaqlar)

Elə o gün bu müzakirələr gedən zaman El Classico var idi. Barcelona ilə Real Madrid qarşılaşırdı Kataloniyada. Bir söyüşlərə baxdım, bir futbola baxdım, bir Pərviz Əzimovun statuslarına baxdım, bir Cristiano Ronaldonun qollarına istədim bu statusu yazım:

Quzu kəsərəm sizə buraxın bu işlərin başını sizdən bir zibil olan deyil gedin futbolunuza baxın. 

Sonra dedim ki, nəyimə lazımdır arada bir iki söyüş də mənə guplayacaqlar deyə sakit durdum.

Ancaq həmin müzakirələrdə AXCP Gəncləri çox aktiv idi bir də bəzi Nidaçılar.

Nə edə bilərik ki, xalqımızın potensialı bu qədərdi.

Müxalifət Yapa gedir söyürük, gənclər Rauf Raya teklif edir söyürük. Ala bunlar nə etsinlər?

Son bir söz də deyim ki, (g)İrəli də burda çox əclaflıq edib təklifi qəbul etməməklə. Özünü böyük p*x bilib. Burdan bütün (g)İrəliçilərə deyirəm ki, yaddan çıxarmayın kim olduğunuzu. Korrupsiyalaşmış, kostyumlu zahirən gənc daxilən qoca beyinlər, layihələrini keçməsi üçün təşkilata gələnlər, 1 ton pulu yeyib Qız qalasının işığını söndürməkdən başqa heçnə etməyən gənclər toplusu.

Sədrlərinizi də yaddan çıxarmamısız ki ?

Begemot deyib təhqir edən Ceyhunu unutmamısız?

Ya Bloqosfer 2011 – də ağzına suyu verib yerində oturulumuş Rauf Ray pa kliçka Tvitterski Prins?

Ona görə burda bir cümlə yerinə düşür.

Soxdumeee əllərimi cibimə!

Hamıya Uğurlar!

Etibar Salmanlı(Etibarlı)

Ümummillinin ağı və qarası” üçün bir cavab

  1. Sənin ciblərin axırda cırılacaq,Eti)))Sən özün də bilirsən ki, mən elə də aktiv vətəndaş olmamışam,nidanı sənə görə tanımışam,”(g)irəli”-ni isə heç tanımamışam,tanımaq da istəmirəm…amma Xocalı məsələsində səni tam dəstəkləyirəm..Hələ ayrı günlərdə o parkda qızla min oyundan cılxan qaqaşın Xocalkı günündə həmin parka matəmi yad etmək üçün gəlməyini şəxsən mən özüm söz tapmıram ki,ifadə edim..

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma