Niyə yazmırıq…


Mən son günlər  facebooku izləyirəm və müzakirələrdən o görünür ki, xalqımızı bloqosferin çöküşü maraqlandırır. Əslində müzakirələrin olması yaxşıdır. Göstərir ki, bloqosferə diqqət, maraq var

Turxan Qarışqa öz bloqunda bildirmişdi ki, bütün fikirlərini bloqda yox tvitterdə bildirəcək. Həm düz fikirdir həm də səhv.

Mən bu barədə çox düşünmüşəm. Mənə bloqumun girişi, paylaşılması, reklam edilməsi, bloqumun adının (Etibarlı) brendləşməsi vacib və lazım idi. 

Bloqumu 2010-cu ildə yenidən aktivləşdirəndə yuxarıdakıları düşünüb etmişdim. Ona qədər Doktor Raviki, Turxan Qarışqanı, Araz Qasımovu (Önər) , Vəfa Cəfərovanı sonrada Ali Novruzovu oxuyurdum və onların bloqosferada söz sahibi olduğunu görürdüm. Bloqu aktivləşdirəndə onların yanlarına heç olmasa yaxınlarına getməyi düşünürdüm.

Əslində hansısa işə başlayanda birinci olmaq üçün vuruşuram 🙂 bloqosferə daxil olanda da onu düşünmüşdüm 🙂

Müəyyən vaxtdan sonra gözləntilərimin əksi oldu. Bloqun statistikası gözlədiyimdən də çox sürətlə böyüyürdü. Bunun səbəbləri də var idi. Əsas səbəblərdən biri G”irəli” təşkilatını ardıcıl bir neçə yazıda yıxıb-sürümək idi, sonra AFU və Əli Novruzov çox böyük dəstək verdi digər səbəb isə N!DA Vətəndaş Hərəkatının aktivlərindən olmaq idi.

Məsələ o deyil.

Məsələ odur ki, son günlər bloqosferə maraq azalıb. Bunun səbəbləri var. Mən bu səbəblər haqqında yazacağam bir – iki fikrimi.

Bloqosferin zəifləməsinin əsas səbəbləri :

1- Bloqosfer 2012 – nin baş tutmaması

2- Azblog.org – un maddi problemlərə görə bağlanması

3- Bloggerlərin Facebook-a daha çox diqqət ayırmaması

4- Bloq oxumurlar niyə yazaq ki ifadəsi ( 1 və 2 ci punktlar bunu yaradır)

5- Gənclər sektorunun son zamanlar zəifləməsi

6- Blogdan pul qazana bilməmək ( 1 və 2 ci punktlar yenə işə düşür)

7- QHT – lərin bloggeri jurnalistdən ayıra bilməmələri

Son günlər yenidən bloqosferin qalxması üçün bəzi addımlar atılır. Bir sıra layihələr və bizim Azblog.org – u yenidən dirçəltmək istəyimiz az da olsa bloqosferi əvvəlki gücünə gətirəcək.

Bloggerdən tələb olunan asan işdir. Həftədə heç olmasa 3 dəfə bloquna daxil olub facebook-a yazdığı statusları bir az genişləndirib bloqa əlavə edib paylaşmaq…

Hamıya Uğurlar.

Etibar Salmanlı (Etibarlı)

Niyə yazmırıq…” üçün 6 cavab

  1. Salam Etibar mən də son zamanlar, bilidiyin kimi, bloga xüsusi diqqət yetirirəm.bəzi jurnalist dostlarla bu barədə fikir mübadiləsi aparanda mənə jurnalist ideologiyasından minlərlə kilometr uzaq olan fikirlər səslədirirlər. Bunlardan birini paylaşıram səninlə :” Camaat çörək pulu dərdində, sən oturub yazı yazacaqsan?Etibarın da işi gücü qurtarıb, səhərdən axşama kimi klaviaturanın səsi ilə evdəkilərin başını ağrıdır”. səncə gənc jurnalistlər belə fikirdə olandan sonra hansı blog inkişafı, hətta ictimai fikrin inkişafından söhbət gedə bilər?!

  2. Geri bildiriş: Niyə bloqpostlar yazılmır ?! | Sahil Tofiq·

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma