Türkan Şorayı oxumaq…


Türkan Şoray Sinemam ve Ben 11Avtobioqrafik əsərləri oxumagdan çox zövq alıram. Bədii əsərləri oxudugca özümü hadisələrdə təsəvvür edirəm. Avtobioqrafik əsərlər isə nə zamansa izlədiyim ya kitabını oxuduğum şəxsin həyatını başqa birinin dilindən oxumaq qısacası ləzzət edir.

Hazırda Mopassanın həyatı haqqında bir kitab axtarıram yəqin ki, onu da tapar YerAltından Kitablar  🙂

Azərbaycan tamaşaçısının ən çox tanıdığı şəxslərdən biridir Türkan Şoray.

Hər evdə bir “Çalıquşu” xatirəsi var buna əminəm. Çünki evimizdə bir neçə dəfə Çalıquşu haqqında anamgilin söhbətlərini eşitmişəm.

Türk kanallarının və “krosnu antenna”ların Azərbaycana gəlişi ilə ölkə rus mədəniyyətindən imtina edərək Türk mədəniyyətini seçdi. Əvvəllər olmayan qədər Türk Sineması və Yeşilçamı ölkəyə ayaq açdı.

Ən çox tanınan üzlərdən isə Tarık Akan və Türkan Şoray idi. Sonralar Küçük Emrah da bizim daimi qonağımız  oldu.

Əslində çox türk filmini izləmişəm. Ancaq Türkan Şoray və Tarık Akanın baş rolda olduğu bir neçə filmi izləmişəm. Hər zaman düşünürdüm ki, adam rolu necədə rahat şəkildə olduğu kimi oynaya bilər. Türkanın filmlərini qırağa qoyaraq digər bir məsələyə keçirəm.

YerAltının mağazasında bu yaxınlarda Türkan Şorayın yazdığı (!!!) Sinema ve Ben kitabını görəndə əlimə alıb kitabı varaqladım.  Kitabın bəzi səhifələrindəki şəkillərə baxdım yadıma filmlər düşdü. 388 səhifəlik kitabda əslində Türkiyə sinemasının inkişafı aktrisanın karyerasının inkişafı ilə bir  yazılması maraqlı faktorlardan biridir.

Mən o kitabdan əsas nüanslara diqqət etdim. Ən əsas məsələlərdən biri isə aktrisanın bütün olanları açıq və anlaşılan dil ilə oxuyucuları ilə paylaşmasıdır.

Film ilə maraglanan dostların bu kitabı oxumasını şiddətlə tövsiyə edirəm.

Kitabın içində olan bəzi şəkilləri paylaşıram sizin üçün.

İnanıram ki, bir çox dostlarımıza bu kitab maraqlı gələcək…

Mənə gəldi özüdə çox gəldi…

Etibar Salmanlı ( Etibarlı )

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma