Bir gəncin YAP-a aid məktubu


Salam bəy, bildiyim qədər bloggersən. İndi Əkrəm Əylislinin evinin qabağındakı aksiyaya baxdım univer vaxtı bizi eyni cür aksiyaya yığıb apardılar. Bu Yap düşərgəsindən bir memuardı. Maraqlı gəlsə elə öz adından paylaş, gəncləri ora necə yığdıqlarını hamı bilsin. Və yeri gəlmişkən öncə deməyə imkan yox idi, tanışlığımıza şadam…

f2d20e2d08fb14df75431889cc0b9a0eBir dəfə dərsdə oturmuşuq. Darıxdırıcıdır, vaxt getmir. Biraz keçmişdi ki prorektor içəri girib dedi ki mənə 4-5 fəal uşaq lazımdır, icra hakimiyyətində tədbir var ora göndərəcəyik. Kim gəlmək istəyir? 2-3 uşaq könüllü durdu mən də onlara qoşuldum. Fikirləşdim ki dərsin bitməyinə hələ 4 saata yaxın var. Orda da tədbir olsun olsun 1.5 saat. Biraz oturub aradan çıxaram. Nə isə. Getdik icra hakimiyyətinə. Sən demə bunlar mitinqə hazırlaşırlar  Özü də Əli Kərimlinin evinin qabağında. Mən də sakit oturmuşam bunların plakat filan hazırlığını müşahidə edirəm. Belə alındı ki Əli Kərimlinin evinə getməkçün dalımızca maşınlar gəlməli idi bu kişinin də evi 5 mərtəbə tərəfdə. İndi də fikirləşirəm ki maşınla gedərəm 5 mərtəbəyə ordan da qalxaram evə  Şüarlar hazırlayırlar filan. Bir oğlan da var lap özünü dağıdır. Beynini zorlayır ki nəsə maraqlı şüar fikirləşsin. Alınmadı amma. Axırda yazdılar ki biz 92-ci illərə qayıtmaq istəmirik  Şərt vardı ki bizi müxtəlif yerlərdə düşürdəcəklər məqsəd “filəşmob” kimi yığılmaqdır ki hamı düşünsün bu gənclərin öz təşəbbüsüdür. Sonuncu cümləni öz dili ilə dedi.
f21491abb9a02ba30cfccd9a08d417d7Nə isə. Mindik orda əsas adamlardan birinin(ən əsası idi deyəsən) maşınına bu oğlan da qabağda. Mənim də AFU-ya gedib-gələn vaxtlarım idi. Bu oğlan başladı ki müəllim bir universitet var azad fikir universiteti gənclər orda yığışırlar boş-boş danışırlar. Hakimiyyəti tənqid edirlər. Kişi də dedi ki narahat olma hamısının axırına çıxacayıq. Mən də oturmuşam arxada. Maraqlı vəziyyət alınmışdı. Özümü hollivud filmlərində olan casus kimi hiss edirdim  Söhbət bir başqa oğlandan düşdü. Həmin o oğlan bu gənclər arasında sən demə əsası idi. Bizim maşında deyildi amma. Bu kişi dedi ki o uşağın gələcəyi var. O başdan ayağa istedaddır. Nə isə gətirdilər düşürtdülər bizi Əli Kərimlinin evinin qabağında. Elə gedirdim ki gördüm biri şivənliyə başladı. Əli Kərimliyə AR OLSUN! tipli ifadələr. Amma heç atanın oğlu ölər elə şivənlik eləməz. Bu uşaq istedad idi. Sonra bəzi şeylərdən anladım ki bu həmin o maşında söhbəti gedən oğlan idi. Bir neçə dəqiqə sonra da arvadı çıxdı yuxarıdan yumurta atmağa başladı mən də getdim evə.

p.s qabağda oturan oğlanı məzun günü icra hakimi çıxış edərkən dedi ki bizim tədbirlərdə fəal iştirakına görə filankəsov filankəsə filan vəzifədə iş təklif edirik.

Fotolar : APA agentliyinindir

Etibar Salmanlı (Etibarlı)

Bir gəncin YAP-a aid məktubu” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma