Maştağa gölü


Maştağa su altındaDünən (29.01.13) facebookdan tanış olduğum Xəyal Yaqubovla Maştağa getmişdik. Havanın yağışlı olmasının çətinlik yaradacağını da bilirdim. Ancaq fikrimi dəyişmədən Maştağaya getdik. Yaxın günlərdə Maştağaya niyə getdiyimi də açıqlaram…

Əzizin tini adlanan yerdə avtobusdan düşərək Maştağa gölü ilə yaxından tanış olduq. Təbiətin bizə verdiyi 9 iqlim tipi, analoqu olmayan təbii ehtiyatlardan Maştağa kəndi də öz payını artıqlaması ilə alıb. 25 yaşım var və Bakının bütün kəndlərində və Azərbaycanın bir çox rayonlarında hətta indi girişi qadağan edilmiş Göygöl və Maralgöldə də olmuşam ancaq Maştağa gölü kimi göl görməmişəm.

Maştağa gölünə kəndin digər küçələrindən çay qolları da birləşir. Bir az irəliyə gedərək məktəbin yanına getdik orda da Maştağa gölünün bir balası ilə rastlaşdıq. 

Xəyal gölün qarşısında

Yəni ki, Maştağanın gözəl gölü ilə tanış olduq.

Sonra çayxanada oturub çay içirdik. Kəndin ağsaqqallarından biri ilə aşağıdakı kimi dialoqum oldu.

Mən : Həci, bu nədir axı, hara baxır bu icra, bütün yollar suyun altındadır. Bülbüləyə də yağış yağırdı ancaq yollar bu gündə deyildi.

Həci : Bilirsən oğlum əslində Maştağada hər şey var, kanalizasiya da, digər məsələlərdə. Sadəcə olaraq Maştağaya yağış Bülbülədən çox yağıb.

Heş zad deyə bilmədim. Həci düz deyirdi. Yağış çox yağsa idi Bülbülə gölü haqqında da yazardım.

Ps. Fürsətdən istifadə edib Xəyal da gölün qarşısında xatirə fotosu çəkdirdi ki, gələcək nəsillərə Maştağa gölü haqqında danışsın…

Hamıya Uğurlar!

Etibar Salmanlı (Etibarlı)

Maştağa gölü” üçün bir cavab

  1. Salam ay brat… Maştağada möcüzələr çoxdu… Allahın, ya təbiətin yaratdığı möcüzələr yox… Milli hökumətimizin yaratdığı möcüzələr…))) Bu göllər də onlardan onda biridir… Özü də Allah saxlamışlar bu möcüzələri təmənnasız filansız yaradırlar. O qədər sadə, o qədər türkəsayadılar ki, heç rüşvətdə istəmirlər… )))))))))

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma