Oğuz eli tonqal qalayır.


3

İsmayıllı yanğısı

Əslində dünən düşünürdüm ki, bu gecə tez yataram. Elə ona da hazırlaşırdım. İsmayıllıda nələrinsə baş verməsi xəbərləri gələndə artıq oturub Bakıdan regionda baş verənləri izləməyə başladım.

Quba hadisəsi baş verəndə bütün Bakı hadisələri izləmişdi. Camaat icra başçısının söyüşlərindən sonra xalq ayağa qalxaraq başçının evini yandırmış və icra başçısını istefaya yollatdırmışdılar. Vəziyyət o qədər ciddi olmuşdu ki, Nəqliyyat naziri Qubaya gedərək ona tapşırılanları camaata nəql etmişdi. Polis nisbətən yumşaq müdaxilə etmişdi. 10 nəfərə yaxın adamı həbs etdilər. 

Ardıyca əsgər ölümləri aksiyası oldu və yenədə 4-5 minə yaxın insan aksiya elədi. Ancaq bu dəfə Bakının mərkəzində. Polisin yenə də yumşaq müdaxiləsi ilə rastlaşdıq. Bu aksiyada isə bir sıra aktiv gənclər 300-600 azn aralığında cərimələndilər.

Ardıyca isə yeni bir aksiya baş tutdu bu dəfə heç gözləmədiyimiz halda alverçilər binədə aksiya edərək yer pulu artımına etiraz etdilər. 3500-4000 ə yaxın adam etirazını bildirmək üçün aksiya etdilər. Polis ancaq bu dəfə etirazçılara loyal münasibət göstərmədi hətta rezin güllədən, göz yaşardıcı qazdan istifadə elədi. Yenə də bir xeylam adam həbs edildi.

Son hadisə xəbəri isə İsmayıllıdan gəldi. İsmayıllıda icra başçısı onun yaxınlarının şəhərin mərkəzində “əxlaqsızlıq yuvası” açması, orda əylənməsi, içkili şəkildə avtomobili idarə etməsi, qəza törədəndən sonra ordakı bəzi İsmayıllıları təhqir etməsi olub. Yəni ki , yenə söyüş. Milli-mənəvi dəyərlər işə düşüb və söyüşü söyəni peysər çıxarmaq üçün belə bir addım atılıb. Maşınları və otel yandırıblar. Sonradan yürüşü icra başsının evindən də salaraq ora da od vurublar.

Əslində olanlar Quba hadisəsinə çox oxşardır. Sadəcə Qubalılar gündüz etmişdi İsmayıllılar axşam.

Bakıdan bir çox dostumuz hadisə olan kimi hadisə yerinə yollandı.

İsmayıllı bloggerləri bir az gecikdi məlumatları bura ötürməyə.

Ancaq deyilənə görə internet problemi də var o  zonada.

Hər nəisə.

Uğurlar olsun növbəti tonqal qalayacaqlara!

Fotolar Azadlıq Radiosunun saytından götürülmüşdür.

Etibar Salmanlı ( Etibarlı )

Oğuz eli tonqal qalayır.” üçün bir cavab

  1. Bu heç də təsadüfi deyil. Onu da qeyd edək ki, son illər Daxili İşlər Nazirliyinin təqdirəlayiq tədbirləri sırasında mənəviyyata zidd əxlaqsızlıq yuvalarının nəzarətə götürülməsi məsələsi də var. Bu tədbirlərin nəticəsində isə ölkəmizdə olan əxlaqsızlıq yuvalarına qarşı aparılan ciddi mübarizəni heç də danmaq olmaz. Lakin nə qədər mübarizə aparılsa da, yenə də bu hallara rast gəlinir. Necə ki, Yevlax rayonunun Aran qəsəbəsində olduğu kimi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma