Hərbi foto


GencerulessBu fotonu görəndə yadıma 2008-2009 – cu illərdə olan hərbi xidmətimi və ya əsgərliyimi yadıma saldı . 1 il ərzində etdiklərimiz, hərbi hissəmizdə olan “bardak” , itin yiyəsini tanınaması, zabitlərlə içdiyimiz araqları, getdiyim icazəli və icazəsiz gəzintiləri, zabitlərin bir çoxunu vecimizə almamağımızı, dəfələrlə əmrin icra edilməməsini, 1 il ərzində bir dənə də olsun güllə atmamağımızı və s. Bunların elədə önəmi yoxdur.

Əsas şəkildir, hadisədir.

Şəkil sosial şəbəkələrdə yayılan  foto məndə bir sıra düşüncələr oyatdı. 

İlk olaraq onu düşündüm ki, o zabitin evini yixacaglar. Zabit ona görə deyirəm ki, fb profilində tərsinə geyindirilmiş leytenant paqonu olan foto da var idi. Şəkili ilk görəndə düşündüm ki, bu zabit ola bilməz hansısa qudurmuş əsgərdir və “Dembel” zamanlarında “böyük” – “kiçik” priziv söhbətindən istifadə edərək belə bir “fəxr” edəsi foto çəkdirib. Ancaq düşünməmişdim ki, leytenant paqonlarını tərs geydirərək öz aləmlərində zabiti sındırmaq üçün foto çəkilib onunla qürrələnmək düşünülüb əsgərlikdən sonraki mülki həyatda.

Bir zabitin elə bir foto çəkdirmək kimi istəyi olmazdı ki, sonradan aldığımız məlumatlardan fotodakı şəxsin əsgər olduğunu bildik .

Əsgərin atası mətbuata xəbər verir ki, oğlu 6 ayın əsgəridir və digər əsgər dostları ilə Gəncəyə və digər regionlara olan dəstək,sevgilərini bildirmək üçün belə bir qeyri-adi və ya kreativ addıma əl atıblar. Müdafiə Nazirliyi də bu fikri dəstəklədi və bildirdi ki, əsgərlər regionlarına sevgi göstərisi göstərmək üçün belə bir addım atıblar. Bir-birilərinin bellərinə diş pastası ilə yazı yazıblar.

Bu da çox müəmmalıdır.

Şəkildə Gəncə yazısı gözə çarpır.  5 əsgərin belində yazılmış deməli hər hərfə 1 diş pastası istifadə edilib. Demək ki, orduda maddi texniki təminat yüksək səviyyədədir. MTT bölüyü yaxşı işləyir MTO əla görür işini. Qeyd edim ki, 4-5 MTO rəisi görmüşəm hamısı eşşəksevən olublar. Ancaq bu əsgərin MTO rəisi çox nəzakətli olub ki, belə addımı dəstəkləyib əsgərləri diş pastası ilə təmin edib.

Medalyonun ikinci tərəfi də var. Mənə görə bu yazı diş pastası ilə yox üzqırxan zaman istifadə edilən sabun (pena) ilə yazılıb. Bu məsələdirsə ortalığa bir şey çıxır. Əsgərlərin o qədər penası hardan idi ? Əsgərlikdə pena qızıldan qiymətli olan zadlardandır. Demək hərbi hissədə yaxşıca bir “bardak” özbaşınalıq olub.

Əsgərin atası deyir ki, şəkil yayılan kimi oğlunu bir general gələrək hərbi hissədən araşdırmaq üçün harasa aparıb və oğlundan heç bir xəbər yoxdur. Mənə çox maraqlıdır ki, o əsgər hardadır, nə edir, nə qədər atası rüşvət verib ki, oğlunu dizbata salmasınlar, o əsgəri hərbi hissədə (hansının olması fərqi yoxdur) nələr gözləyir?

Bu suallar məni çox maraqlandırır.

O əsgəri tapmaq lazımdır. Ancaq tapsaq da nə olduğunu bilməyəcəyik. Onun gözünü və ya başqa hansısa yerini elə qorxudublar ki, o  bir də heç foto çəkdirməyəcək…

Etibar Salmanlı (Etibarlı)

Hərbi foto” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma