YerAltından Kitablar …


Əslində hər şey Nida Vətəndaş Hərəkatından verdiyim istefa ilə başladı.

2 ilə yaxın dayanmadan Nidanın işləri üçün zamanımı bütünlüklə xərcləyirdim və Nidadan çıxandan sonra hansısa işlə məşgul olmaq lazım idi. Daxildə olan enerji hansısa iş ilə xərclənməli idi.

O ərəfələrdə Media Hüququ İnstutunda çalışmağa başladım. Boş qalan zamanlarımda isə Kulis.az internet dərgisi üçün video müsahibələr hazırlayırdım. Ancaq yenə hansısa ictimai işlə məşqul olmaq lazım idi. 

Gunel Abasova

Gunel Abasova

Hərəkatda olduğum zaman maarifçilik, kitab oxuma, kitab təqdimatları kimi aksiyalarda əsas iştirakçılardan biri idim.

Nida jurnalının ideya müəlliflərindən də biri idim Zaur Qurbanlı ilə. Min bir əziyyətlə ayda bir dəfə Nida jurnalı çap edirdik. Heç bir maddi gəlir gözləmədən tanışlardan 5-10 manat almagla. 40 dərəcə qızdırma ilə qızmar yay aylarında Nida jurnalını da paylamağım da yadıma gəlir. Əziyyətə dəyərdi çünki sevdiyim iş idi.

Mənim tipik azərbaycanlının ən sevdiyi iş olan “al-ver”-dən iyrəndiyimi çox tanışım bilir.

16Bu kimi məsələlər içində boşluq var idi içimdə nə iləsə kompensasiya etməli idim.

Belə vaxtlarda hansısa bir kitabın Azərbaycan dilinə tərcümə edilib satışa çıxarılması, onun pr, reklam işlərini qurulması kimi ideya gəldi beynimə. Bu ideyamı bir xeylam araşdırandan sonra Kulis.az saytının redaksiyasında olanda gənc yazar Qismət Rüstəmova bildirdim. Qismət ideyamı dinləyib təklif verdi ki, özümüz tərcümə edək və özümüz də 400-500 azn tapıb çap edək. Bu təklif mənim də beynimə yazıldı və nəşriyyat açmaq ideyasını qurmağa başladım. Sonrada Ankaraya şəxsi işlərimə görə gedəndə  Rüfət Abbasova ideyanı açıqladım və YerAltı Nəşriyyatını qurmağı qərarlaşdırdıq.

Etibar Salmanli və Pərviz Əzimov

Etibar Salmanli və Pərviz Əzimov

Planımıza görə ilk olaraq “YerAltı Nəşriyyatı” işə başlayacaqdı və bir və ya bir neçə kitabı çap edib ictimaiyyətin hüzuran çıxacaqdıq. Ardından isə hazırda sizə yaxşı tanış olan “YerAltından Kitabları” hamıya təqdim edəcəkdik. Ancaq yaranan bir sıra problemlərə görə nəşriyyatın çap edəcəyi ilk kitab gecikdi və hazırda məhz o kitabın da tamamlanma işləri gedir.

Facebookda page(səhifə) açaraq Türkiyədən ucuz kitablar gətirməyə başladıq. Kitabların üzərinə maxium 1.5 və ya 2 azn texniki, gətirilmə haqqı qoyaraq oxuyuculara, sifarişçilərə çatdırdıq. 50 günə 10000 like(bəyənmə)-a çatdıq. 1400-dən çox sifarişlə kitab gətirdik 2 ay ərzində.

Sonra isə Virtualdan Reala keçərək “YerAltı Kitab” Mağazasını ixtiyarına verdik kitabsevərlərin.

Yanvarın 7-si açılış etdik. Facebookda tədbir dəvətinə 800dən çox adam “gəlirəm” cavabını verdi və 600-ə yaxın insan bizi, dükanı ziyarət etdi. Qeyd edim ki, facebookda ən uğurlu tədbir idi. Heç mitinqlərə bu qədər adam gəlməmişdi. Facebookdan gəlməyi deyirəm 🙂

Rufat Abbasov ( (c) Pərvin Feziyeva)

Rufat Abbasov ( (c) Pərvin Feziyeva)

Və açılışdan bir çox media orqanı xəbər yazdı. Bir çox kitab oxuyucusu kitab aldı.

Ümumiyyətlə 70-80 faiz gələnlərdən YerAltından, bizdən razı oldu.

Gələcək planlarımız haqqında qısaca deyim punktlarla.

1- Fevral ayının sonlarında bir neçə kitab “YerAltı Nəşriyyatı” imzasıyla çap ediləcək. Adlarını açıqlamadığımız bir çox kitablar da çapdan çıxacaq.

2-Fevralın sonu Martın əvvəlləri “YerAltı” Ədəbi jurnalı da aylıq olaraq mədəni kütləyə təqdim ediləcək. Bir az gecikə də bilər 🙂

3-Bir sıra universitetlərdə stendlərin, reklamların qoyulması gözlənilir.

4-Türkiyədəki yayım evləri ilə rəsmi müqavilələr imzalayıb daha ucuz amma keyfiyyətli kitablarla oxuyucuları təchiz etməyə çalışacayıq.

5-Kitabsevərləri daha maraglı tədbir, surprizlərlə sevindirmək və s.

Sonda bu işdə əziyyət çəkən Gunel Abasova, Rüfət Abbasov, Aqşin Beynelmilel, Nərmin Babanlı, Qismət Rüstəmov, Fərid Mikayılzadə, Kama Sergeyevna, Emin Abbasov və digər dostlarımıza təşəkkür edirəm.

Ps. YerAltı Kitab mağazası Qoqol küçəsində, Xəmsə Kitab Evinin içində yerləşir. Daha rahat tapmağınız üçün deyim ki, Mado restoranı ilə üzbəüz :). Xəmsə kitab evinin müdiriyyətinə də təşəkkür edirik!

YerAltı Foursquare – də

YerAltı Facebook – da

YerAltı Twitter – də

Fotolar :

YerAltından Kitablar …” üçün 3 cavab

  1. etibar bey …. gun boyu magazanin aciliw resimlerini izledim … gelmeyi , ylumu ordan salmaqi cox istedim … qismet olmadi … bir gun ayaqqabilarimi qapinizin tozu ile bulawdiracaqam 🙂 Ozum heveskar yazar olduqumdan sizin newriyaytla iwleyeceyime umid besleyirem ,,,, kitab qurdlarina duwerli olsun …

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma