Milli və ya sual verəni yenə asdılar…


suallNidayBoq facebooka 1-2 gün fikir verməyəsən. O dəqiqə aləm qarışır bir-birinə. Gündəm dəyişdirirlər. Hansı ki, 200-300 maximum 500 nəfərin dəyişdirdiyi zada gündəm də demək günahdır.

İlham Əliyev ilin korrupsioneri seçilib, Sevinc Babayeva ölüb və ya öldürülüb, Sevinc Babayevanın oğlu məktubla müraciət edib, Elşad Abdullayev yeni videolar təqdim edib və s.

İnanın ki, sadə xalqın böyük əksəriyyətinin bu söhbətlərin heç birindən xəbəri yoxdur.

Heç kimin vecinə də deyil yuxarıda yazdıglarımın.

Yalnız bir qrup adamın vecinədir və yeni bir zad ortaya çıxan kimi gündəm dəyişdirirsiz deyirlər.

Gündüz Ağayev düz deyib çəkmişdi “Sual verəni asdılar” karikaturasını.

Emin və MənƏslində gündəmi dəyişdirirsiz deyən adamların əksəriyyəti ən böyük əxlaqsız və səmimiyyətdən kənar olanlardır. Məğlub olmuş, luser toplusudurlar. Qorxaq da deyə bilmirəm onlara. Qorxaqdırlar ona görə ki, bir bloggerin bir blog postu onları qorxudur. Paranoyaklaşmış adamlardır.

Qorxurlar ki, birdən bloggerin bir yazısı onları yerlərindən edə bilər. Qorxan gözə çöp girər deyib atalar. Yəni ki, qorxursansa deməli bir səbəbi var bunun. Bunlar da əslində gündəmə gəlmək və ya gündəmdə qalmaq istəyirlər ki, Eminin hər dəfə açdığı müzakirəyə çılğın şəkildə girirlər.

A kişilər gündəmi dəyişdirirsiz deyirsizsə onda Eminə fikir verməyin. İcazə verin blogger öz posterous blogu ilə oynasın. Yoxsa bir dəfə sual verdi az qala vətən xaini etdiz. İndi də blogger bir material qoyub ortalığa yenə toz dumana qarışıb.

Xilas və Hədəf qrupunda söyüşlər uçur Millinin üzərinə. Dəfələrlə demişəm indi də deyirəm əgər hakimiyyətə bu mədəni səviyyəsi 0-ın altında olanlar gələcəksə gəlməsinlər. Lazım deyil, özüm ölüm deyirəm ki, lazım deyil. Mənim yadıma gəlir 17 mart mitinqində adi bir söyüş üstündə düşən dava. Əminliklə deyirəm ki, o adam Camalın o zaman ifa etdiyi söyüşün 4 qatını hər gün söyür ancaq Camalın söyməsi onun xoşuna gəlməmişdi. Ancaq indi Xilasda söyürlər. Bunun bir adı var o da ikiüzlülük!

Eminə gündəmi dəyişdirirsən deyənlər məhz o gündəmdən kənarda qalmagdan qorxanlardır.

Hazırda intellektdən kənar qalanlar tökülüşüblər yenə intellektualın üzərinə.

Altda qalanın canı çıxsın deyimini əldə rəhbər tutaraq.

Ps. Siz əgər gündəmdə olan mövzular hansılardır bilmək istəyirsinizsə HamamTimes, Aztvdən Seçmələr və s. facebook səhifələrinin paylaşımlarının şərhlərinə baxın. Biləcəksiz ki, sizin danışdıglarınız boşdur, havadır, vozduxdur!

Hər zaman demişəm bu gün də deyirəm ki, Emin Milli və Adnan Hacızadə ilə fəxr edirəm. Hər ikisi 20 ildir boş-boş danışanlardan daha çox iş görüblər. İndi üzərlərinə bu qədər çox hücumların olması da ki, paxıllıqdandır!

Hamıya Uğurlar.

Etibar Salmanlı (Etibarlı)

Bunları da oxu :

Emin Millinin son blog yazısı 

Zaur Qurbanlının Emin Milliylə bağlı blog yazısı

Əli Əkbərin Emin Milliylə bağlı Kultura.Az  dakı yazısı

Rövşən Nəsirlinin Elçibəylə bağlı yazısı

Milli və ya sual verəni yenə asdılar…” üçün 2 cavab

  1. Etibar mən demişəm yenə də deyirəm.Bu sektordakiların söhbətini heçkim bilmir.Sadə vətəndaş heçnə bilmir.Regionlarda heçnə bilmirlər.Azərbaycanda dəyişiklik olası deyil.Emin bəy düz edir.Birinci müxalifət getsin sonra iqtidar gedəcək çünki, iqtidarı ayaqda saxlıyan elə müxalifətdi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma