Bloqla bağlı 1-2 cümlə


bloggingBu mövzuyla bağlı bir neçə yazı yazmışam. Fikirlərimin də nə və necə olduğu hamıya bəllidir.

Ancaq son günlər Masallı və Qubada keçirdiyimiz blog traininglərində olan müzakirələrdən sonra düşündüm ki, daha bir yazıya ehtiyac var.

Niyə bloqqerlər son zamanlar aktivliklərini arxa plana atıblar kimi suallar əslində çoxumuzu düşündürür.

Məncə elə də cavabı çətin olan sual deyil bu. Blogdan pul qazana bilməyən bloqçu və ya blogger əvvəl – axır bloq yazmağın daşını atır.

Təxminən cavab budur.

Ancaq son iki region təlimlərindən sonra daha bir fikir formalaşdı məndə bu sualla bağlı. 

Region bloggerləri ilə söhbətlərdən sonra elə aydın oldu ki, onlar bloggingi ancaq siyasi, tənqidi yazılar yazmaq kimi başa düşürlər.

Siyasi və tənqidi yazmag da istəməyən blogger təlimlərə gəlir, öyrənir,  bloq açır, training (təlimdə) bir iki yazı və ya şəkil əlavə edir bloquna sonra isə daha bloqunu yadına salmır.

Fikrini verir sosial şəbəkələrə facebook-a.

12289303875895NgAncaq mən bir xırda qeyd etmək istəyirəm ki, mənim və bloqumun birdən birə məşhurlaşmasında yazdığım siyasi yazıların çox böyük köməyi dəyib. İrəli haqqında yazdığım 3-4 yazı sonrasında hətta bloquma girəliçilər tərəfindən report və təhqir yağışı da yağmışdı. Ancaq o ərəfədə də mən ürəyim istəyən hər bir şeydən qısası ağlıma gələn hər mövzuda yazılar yazırdım. Son zamanlar girəlinin heç bir ciddi fəaliyyətini görmədiyimindən yazmıram olsa  yazağacam onlardan yenə 🙂

Region bloqqerləri də blogger ancaq siyasi yazılar yazmalıdır fikrini təkzib edərək onlara ürəklərinin istədiyi mövzudan yazmağı məsləhət elədik.

Və son Quba traningində tanış olduğum bloqçu Tural Nəsirov məsələn piyada keçidlərindən tutmuş oxucu məktubuna qədər hər bir yazını bloqunda paylaşır. İxtisaslaşmış blogger olmasa da ən azında aktiv bloqqerdir. Məhz odur ki, mən dəqiq bilirəm ki, Quba və Quba bloggerlərinə aid nəsə bir məsələ olsa Turala müraciət etmək olar.

Son bir qeyd.

Azblog.org yeniBir neçə ay bundan öncə Azblog.org – un 4cü versiyayla geri dönəcəyini qeyd etmişdim. O zaman bizə maliyyə və texniki yardımı edəcək dostların sonradan fikirlərindən daşınmalarına görə 4cü versiya Azblog.Org un geri dönüşü biraz təxirə salındı. Ancaq son apardığımız danışıqlardan sonra yeni ildən sonra yəni 2013 də Azblog.org yenidən internet məkanına qayıdacaq.

Yenə də azərbaycan bloggerlərini bir platforma üzərində toplayacayıq, yenə də yeni yeni bloggerlər kəşf edəcək oxuyucular.

Və bu dəfə Runetin təcrübəsindən istifadə edərək azərbaycan bloggerlərinin reytinqini də aylıq, həftəlik, günlük olaraq dərc edəcəyik.

Bu reytinq ilə baglı düşüncələrim əvvəldən olsa da  dostum blogger Elcin Mann (Doktormann) öz bloq yazısında bunu mütləq bizdə də istifadə etməli olduğumuzu qeyd etmişdi. Məhz o qeyddən sonra biz də bu təcrübədən istifadə edərək blogçuların reytinqini hamıya göstərəcəyik. Daha kimsə mən yalandan  “Shining Star” Bloggerəm deyə bilməyəcək.

Yəni ki, çox da gözləməyinizə ehtiyac qalmayıb.

2013-də bloggerlər üçün maraglı olacaq 3-4 layihəylə qarşınıza çıxacayıq.

Hamıya uğurlar

Etibar Salmanlı ( Etibarlı)

Ps. Adnan Hajizadənin çəkdiyi bu videoya baxmağınızı sizə məsləhət edirəm. Videoda blogger Əli Novruzov bloggerlər haqqında danışır.

Bloqla bağlı 1-2 cümlə” üçün 2 cavab

majid hasanli üçün bir cavab yazın Cavabı ləğv et

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma