Millinet-ə sözardı…


sirinceSizin üçün xırda bir yazı yazmaq fikrim var idi Milli.net ilə bağlı. Ancaq sonradan əsəbləşdim dedim yazını iri hala salmaq lazımdı. Əsəbi olduğum zamanlarda yazını yazmadım. Ona görə yazmadım ki, hisslərimlə yazanda yazı düz alınmayacaqdı. İstədiyimi yaza bilməyəcəkdim.

Nəisə.

Bu yaxınlarda Əmircanın Xilə kafesində oturub Xilə qutabı yeyirdim. Facebooka baxanda Omar Mammedovun məni tag etdiyini gördüm. Tag edilmiş statusda Milli.net yarışmasında qalib gəldiyimi bildirilirdi Emil Bağırovla. Ardıyca daha bir iki dostumuz məni və Emili tag edib təbrik edirdi. Məsələni aydınlaşdırdım ki, əslində qalib yox nominant seçilmişik.

Axşam evdə olanda taglara və tvitlərə cavab verəndə bildirdim ki, qalib gəlmək şansımı demək olar ki, görmürəm. 10 faiz falan qalib gəlmə şansım olduğunu düşünürdüm.

Sonra dərin düşüncələrə daldım ki, niyə görəsən Osman Gündüz və Vahid Qasımov mükafatı mənə vermək istəyirlər? Çünki Osman Gündüzlə mən bir saytda səhv etmirəmsə 3 gün işləyə bilmişdim çünki onun iş rejimi mənim üçün absurd görsənmişdi. Vahid Qasımov ilə isə facebookda mənim şəklimin altına yazdığı səviyyəsiz şərhə görə ciddi mübahisə etmişdik. Bu əsas iki nüansdan başqa bir başqa ciddi nüans var idi ki , Milli.net-ə bir il əvvəl də qoşulmuşdum ancaq nominant olmamışdim. O ildən bu ilə mən bloqumda çox da yenilik etməmişdim. Nə var idi onunla da bu il qoşulmuşdum yarışmaya. Yəni ki, bu peşəkar bir yarışma deyil olsa idi ya keçən il seçilməli idim ya da bu il seçilməməliydim.

Bir dənə də nəisə.

Bir söhbət də var ki, münsiflərin mənim bloquma verdiyi şərh və qiymətlər çox qəribədir.

milliDizayn və funksionallıq üzrə qiymət verənlər demək olar ki, qiymət verməyiblər. Sözün düzü onlarla razılaşıram.

Ancaq buna bir şərh verim ki, mənə WordPress.com nə imkan verib onunla özümə bloq yaratmışam. Nə imkanlar var hamısından istifadə etmişəm.

Mənim maddi və texniki imkanlarım var ki, özüm üçün bloq açım ona domain alım, dizayner dostlarım da var dizayn etməyə sadəcə mən istəmirəm.

Ancaq məzmunla bağlı qiymətləndirməni oxudum utandım yarışmaya qoşulmağıma.

Azər Həsrət yazıb ki, buna balımız qalmadı. Nə deyim özü bilər 🙂 Verdiyi şərhlə müsabiqəyə verdiyi qiymət üzə çıxır.

Khanim yazıb ki,

Bloq mütəmadi yenilənmir, sistematiklik yoxdur. Bloqçunun özü barədə məlumat olması məsləhətdir. Bloqun ötən ildən fərqi söyuşlərin azaldılmasıdır. İngiliscə variant isə deyəsən heç işləmir.

Xanıma bildirirəm ki, ölkədə olan ən aktiv 3-5 bloqqerdən biriyəm. Daha nə etməli idim ? Gündə 2 yazı qoymalı idim ? Twitter, facebook, youtube, tumblr və bloq profillərim bütünlüklə aktivdi daha nə olsun ?

Bütün qiymətləndirməni skrinşot olaraq sizin ixtiyarınıza verirəm .

Son bir qeyd edim ki, mənim bloqumun sloqanı ” Oğraşdı yalan deyən” – dir. Burda heçkimə oğraş demirəm. Burdakı oğraş mənim özümə hesablanıb. Yəni mən əgər yalan danışsam oğraşam.

Osman Gündüz müəllim mənə zəng edib hirslə dedi ki, o sloqanı dəyiş bizə sənə 1000-lərlə şikayət məktubu gəlib. Bir az səs tonu yüksək idi. İstədim nəsə deyim sadəcə hörmət edərək ok, dəyişərəm dedim və internet klubların birində “Oğraşdı yalan deyən” sloqanımı “Arkadaşdı yalan deyən” etdim. Facebookda status da yazdım ki, Milli.Net-ə, Osman Gündüz müəllimə olan hörmətimdən bunu dəyişdim. Məsələn Vahid Qasımov zəng edib desəydi dəyiş deyərim yer get işinlə məşqul ol. 🙂

Nəisə arkadaşlar. Milli.net-ə də bir quş.

Kim qalib gəlib təbrik edirəm ancaq təşkilatçılara deyirəm ki, siz də Netty.az olduz və bundan sonra sizin yarışmanızda iştirak edən öz adıma oğraşdı.

Osman Gündüz müəllimə isə deyirəm ki, bağlayın zəhmət olmasa bu musabiqəni. Normal, ədalətli bir yarışma edə bilmədiz.

Ps. Millinet müdiriyyəti bu yazını oxusalar deyəcəklər ki, Etibar Salmanlı öz səviyyəsini göstərib. Ancaq inanın ki, sizin bu seçiminiz mənə bu yazıda olan təhqirlərdən daha səviyyəsiz göründü. Bloq müsabiqəsində mükafatı Fərhada, Emilə verməli idiz. Siz amma nə seçim etdiz 🙂 Yazım xoşunuza gəlməsə məhkəməyə verərsiz məni 🙂 Mənə görə bu ilki bundan ağır təhqirlərə layiq keçdi!

Hamıya uğurlar

Etibar Salmanlı (Etibarlı)

Millinet-ə sözardı…” üçün 4 cavab

  1. Demək olar ki, yarışmaların böyük əksəriyyətində qalib gəlməyən tərəflərin bu və ya digər şəkildə özlərinə görə haqlı narazılıqları olur. Sizin narazılığınız da, subyektiv cəhətdən sizə görə ola bilsin haqlıdır. Təbii ki, iştirak etmək və ya etməməkdə də hər kəs sərbəstdir. Mən sadəcə istərdimki mətndəki bəzi məqamlara fikir bildirim:

    sitat:
    “Sonra dərin düşüncələrə daldım ki, niyə görəsən Osman Gündüz və Vahid Qasımov mükafatı mənə vermək istəyirlər?”

    Nominantları təşkilatçılar seçmir. Münsiflər seçir. Onların səsverməsi nəticəsində ilk əvvəl nominantlar, sonra isə qaliblər müəyyən olunur. Bu prossesdə təşkilatçıların heç biri rolu olmur. Ona görə də sizin saytı nə Osman Gündüz, nə də Vahid Qasımov seçməyib. Ümumiyyətlə ilə məndən olsa xüsusi domaini olmayan heç bir saytı yarışmada iştirak hüququ verilməzdi.

    sitat:
    “Yəni ki, bu peşəkar bir yarışma deyil olsa idi ya keçən il seçilməli idim ya da bu il seçilməməliydim.”

    Ötən illərdə qalib olanların 3 il müddətinə yenidən iştirak hüququ yoxdur. Eyni zamanda bəzi yer tutan iştirakçılar da növbəti illərdə resurlarını gələcək illər üçün hazırlamaq məqsədi ilə iştirak etmirlər. Bu da yeni nominantların yaranması üçün şərait yaradır.

    sitat:
    “Azər Həsrət yazıb ki, buna balımız qalmadı. Nə deyim özü bilər 🙂 Verdiyi şərhlə müsabiqəyə verdiyi qiymət üzə çıxır.”

    Məsələ burasındadır ki, münsiflərin nominantlar arasında seçim etmək üçün 1-dən 5-ə qədər bal (xal) vermək hüququ olur. Bir münsif isə, bir resursa yalnız o ballardan birini verə bilər. Məsələn sizin iştirak etdiyiniz kateqoriyada əgər cineline.az-a 5 bal verilibsə demək artıq bir daha 5 balı başqa sayt üçün istifadə edə bilməyəcək. Bu kateqoriyada isə 9 resurs nominant olmuşdu. Deməli yerdə qalan 4 sayta bal vermək mümkün olmayacaq.

    sitat:
    “Bloq müsabiqəsində mükafatı Fərhada, Emilə verməli idiz. Siz amma nə seçim etdiz ”

    Yalnış anlaşılma olmasın, nəzərinizə çatdırım ki, bu blog müsabiqəsi deyil. Bu internet mükafatıdır. Sadəcə bunun blog nominasiyasıdır. Fərq isə ondandırki, burada jusnalistik, məzmunu meyarlar əsas götürlmür. İnternet mükafatlarında sayt kompleks dəyərləndirilir. Saytın texniki quruluşu, dizaynı, əgər hazır CMS-dirsə onun xüsusiləşdirmə dərəcəsi, məzmunu və s.


    Uğurlar.
    Hörmətlə.

    • Şaiq fikirlərinlə razıyam ancaq deyim ki, mənə elə də çox lazım deyil burda qaliblik və ya başqa şey 🙂
      şərhinə gözəl bir cavab vaxtım olanda verəcəyəm 🙂
      ancaq sənin işinə böyük hörmətim var onu da yəqin bilirsən 🙂

  2. Geri bildiriş: Ilk Yazi « Alasger Ehmedoglu·

igunsblog üçün bir cavab yazın Cavabı ləğv et

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma