Tomcrafta salamlar


Səviyyəsiz tədbirlərin səviyyəsiz təşkilatçıları olur. (Monqol atalar sözü)

DSC_0048Əslində nə zamandır party-lərdə iştirak etmirdim. Dostum İlqar  Mirzənin facebookda təklifindən sonra party-yə getməyi və yaxın ətrafıma da məlumat verməyi boynuma götürdüm.

Əslində də çox böyük məlumat da ötürdük bir çox dostumuza. Hər halda facebookun güc mərkəzi olduğu artıq hər kəs tərəfindən qəbul edilib. 1həftə ərzində ətrafımızda olan bir çox dostumuz party-yə gələcəyini, orda görüşərik mesajlarını artıq yollamağa başladılar.

Nəisə.

Party günü gəlib çatanda Elçin Mann və İlkin Rüstəmzadə ilə şəhərin mərkəzində görüşüb yola çıxdıq.

Nijat Quluzadə bizi Koroğlu metrosunun yanında gözləyirdi. Hamılıqla Buta Palace-a tərəf getdik. Məsələ o deyil ki, Buta Palace-a çatana qədər 3 dəfə körpünün üstündə azdıq amma axırda Butanın həyətinə daxil ola bildik. 

Butanın ətrafı bahalı maşınlarla dolmuşdu və qapıların qarşısında insan izdihamı vardı .

Biz saat 10-a qalmış gəldik ki, rahat şəkildə içəriyə daxil olaq. Ancaq gözlədiyimizin əksi ilə qarşılaşdıq.

Qapıların qarşısında Fuad Hacıyev, Rüfət Abdullayev  və F-Group heyətləri ilə görüşdük. Soyugda dayanıb içəri keçməyi gözləyirdilər.

Bir az qarşıda Cavid Savaş, Pərvin Bəhramoglu, Sevinc Xanqızı qısacası Kanal13-ün heyəti ilə də qarşılaşdıq.

Sizə bildirim ki, Bakıda son günlər çox soyuq hava var. Həmin gecə telefonum ekranında gecə 22-23 aralığında -4 dərəcə bədənin hiss etdiyi “istilik” var idi.

Camaat bayırda idi və içəri daxil ola bilmirdilər.

Bir təhər mən içəri daxil oldum. İçəriyə daxil olub qoluma qolbaq vurmasından sonra, bir az ətrafa baxdım. O arada Vüsal Bacarı, Vüsal Üsi  Adıgözəli, Hüseyn Hüseynzadəni, Ruslan Kriptoniki, Fərid  Hacıyevi və digər tanış uşaqları gördüm. İçəriyə daxil oldum və elə bildim ki, kiminsə toyudur.

Qızlar Freedom Music Festival Tomcraft (Electro music) – a kabloklar və  bal geyimi ilə gəlmişdi. Bir çox qardaşımız da kostyum ilə party-də iştirak edirdi.

Deyirlər ki, xalqımızda pul yoxdur ancaq sizə deyim ki, içəridə viski və redbull su yerinə içilirdi.

Təşkilatçılar yaxşı pul xərcləmişdilər ancaq 4-5min adam yerləşə biləcək Buta Palace-a yəqin ki, 8-10 min dəvətnamə çap etmişdi. Bu da bir xeylam adamın çöldə qalması ilə nəticələndi. Hətta eşitdiyim qədəri ilə bayırda dava da düşdü.

Birlikdə gəldiyim Elçin Mann və Nicat Quluzadənin içəriyə daxil ola bilmədiyini bildikdən sonra party-ni tərk edərək maşın meydançasına qayıtdım. İçəridə səhərəcən nə baş verdiyini isə bilmədim daha.

Qısacası tədbir çox səviyyəsiz şəkildə təşkil edilmişdi. Bir xeylam pul xərcləyən normal mühafizə sistemi qura bilməmişdilər ki, bir neçə dəfə bayırda mühafizə sistemi ilə dəvətlilər arasında mübahisə yarandı.

Əslində mühafizə sistemi işçiləri mümkün dərəcədə etik yanaşdılar dəvətlilərə. Ancaq təşkilatçıların naşılığı böyük bir səviyyəsizliyin altına imzalarını qoydular.

Bir müsbət halı qeyd edim ki, səs sistemi çox gözəl qurulmuşdu.

Özümə söz verdim ki, özümüz təşkil etmədiyimiz heç bir “pulsuz” party, tədbir, konsertdə iştirak etməyəcəm.

Qısacası mən gördüyümü yazdım istəsəz inanarsız istəsəz inanmazsız. Öz işinizdir.

Ps. Party-yə mənimlə gedərək ancaq içəri daxil ola bilməyən ancaq məni gözləyən Elçin Mann və Nicat Quluzadədən üzr istəyirəm.

Etibar Salmanlı(Etibarlı)

Fotolar : 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma