Darıxıram sözünün blog yazısı


Facebook1Nə zamandır bloquma yazı yerləşdirmirdim. Mövzu problemim yoxdur ancaq 24 saat artıq mənə bəs etmir. 24saat içində vaxt da tapanda beyin artıq söz , cümlə istehsalını ikinci plana atır.

Bayaq 90nömrəli avtobusdan enib metroya tərəf gedirdim qarşımda iki dənə “qaqaş” gedirdi. İstəmədən olsa da söhbətlərini eşidirdim. Aralarında belə bir dialoq oldu eşitdiyim qədəri ilə :

-Ala , o civini hardan tutmusan ?

-Heş zad feysbukda oturmuşdum status yazırdım. bir dənə qız gördüm ki, yazdı darıxıram.

-Sən də tutdun ? O , qız idi?

-Ala dayan da reskiy tutmax olmur qız feysbukda.

-Sonra nə oldu?

-Statusun altında yazdım ki, bəs şəhərə  gedirəm , mən də darıxıram istəyirsən çıxaq gəzək.

-Razılaşdı?

-Hə razılaşdı tarqovlikdə görüşdük makdonaldza getdiy adama birdənə cizburqer yedik.

-Aparmadın saunaya?

-Yoxe birinci dəfədən sonra olar ?

e

Təxminən belə bir söhbət davam edirdi aralarında. Mən də bunların arxasında Nizami metrosuna yaxınlaşaraq söhbətlərinə qulaq asırdım. Ümumi söhbətdən bu nəticə aydın oldu ki, o biri qardaş da facebook-a aktiv şəkildə daxil olaraq civi (qız) tutmaq söhbətlərinə girəcək. Çünki statusunda darıxıram yazan civini tutan qardaşımız “forever alone”  qardaşımıza civi (qız) tutmağın 10 qızıl qaydasını başa salırdı.

Yəni ki, həyatdır hərə bir cür yaşayır. Hərənin bir marag dairəsi var. Onların da budur maragları.

Siz siz olun əgər evdə qalmaq istəmirsinizsə statuslarınızda “darıxıram” kimi şeylər yazıb paylaşın.

Bəlkə bəxtiniz açıldı. Evdə qalmagdan canınızı qutardız.

Məsləhətlərim tək qızlara dey
il həm də oğlanlara dır.

Uca Şirvin sizi qorusun.

Hamıya uğurlar.

Etibar Salmanlı (Etibarlı)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma