Avtobuslarda xala problemi – III (AXP)


Avtobuslar, avtobuslardakı xalalar, onların “mədəniyyət”ləri , hərəkətləri, danışıqları haqqında gördüklərimi çox yazıram bloquma və ya hansısa digər saytlara. Ancaq yazmağın bir xeyri olmadığı ilə razılaşıram artıq.

Yazdıglarımız elə özümüz üçün qalır. Bizi oxuyan müəyyən qədər adam var onlar da bu yazdıglarımızı bilirlər.

Mənim ən sevdiyim mövzudur avtobusdakı Azərbaycan qadınının özünü necə aparması haqqında yazmaq. 

Bu yaxınlarda axşam evə gedirdim. Bütün günü ora-bura qaçıb evə qayıtmagdan heç xoşum gəlmir. Yorğun  halda metrodan çıxıb, Qaraev metrosu ətrafında dayanıb Bül-Büləyə gedən 213 nömrəli avtobusu gözləmək həyata nifrət etmək kimi bir zaddır.

Ətrafda Pərviz Bülbülənin ən yeni meyxanaları, Bakının ən axırıncı barlarında çalışan “kənd-uşaqları”nın maraqlı telefon söhbətləri, günü 10 manata tikintidə və mühafizə sistemində çalışanların şit zarafatları adama hansı əsrdə, hansı zonada yaşadığını yadına salır. 10 dəqiqə orda dayanıb camaatı izləsən xalqın nə gündə olduğunu rahat şəkildə başa düşəcəksən.

Nəisə.

Avtobus gələndə arxa qapı tərəfdə dayandım və qarşımdakı qadınlara izn verdim ki, avtobusa daxil olsunlar. Xalalar avtobusa daxil oldugdan sonra biz də “mindik” avtobusa. Avtobusumuzda sürücü oturacağından başqa  bütün oturacağları xalalar zəbt etmişdi. Hətta son sırada olan 3 lü oturacaqlarda da , bir qadın uşağı və qaynanası ilə oturdu. Bir qram da əsəbiləşməmişdim hələ ki. Mən də avtobusa arxa oturacagların qarşısında oturmuş bir qızın yanında dayandım. Həmin ərəfədə facebookum blokda olduğundan mesaj qutuma gələn mesajlara cavab verirdim. Yəni ki, nə qıza nə də o xalalara fikir vermirdim. Əvvəlcə qaynana məndən xahiş etdi ki, avtobusun pəncərəsini açım. Mən də xahişi yerinə yetirib pəncərəni yarıya qədər açdım. 2 dəqiqə keçməmişdi ki, gəlini mənə  üzündən zəhrimar yağan ifadəylə “nə olub qızmısan, pəncərəni bağla ” dedi. Heçnə demədim pəncərəni bağladım. Heç 2 dəqiqə keçməmişdi ki, başının üstündə dayandığım qız “Başımın üstündə niyə dayanmısan” deyə bir sual verdi. Ancaq sualı çox aqressiv verdiyindən artıq özümü saxlaya bilmədim. “Nə edim qucağında oturum?” deyə bir cavabla onu sakitliyə dəvət etdim. Qız o cavabdan sonra sakit dayandı ta mən avtobusu tərk edənədək.

Demək istədiyim odur ki, bizim qadınlarımızın böyük əksəriyyəti dəhşətli şəkildə əsəbidirlər. Özlərini böyük bir zad sayırlar. Onlara bu imkanı da elə özümüz vermişik. Ölkədə ciddi şəkildə əsəb gərginliyi var. Gün ərzində yaranmış əsəbi hər kəs kiminsə üstünə tökməyə çalışır.

Şəxsən mən artıq anlamışam və barışmışam məsələylə. Avtobusdakı aqressiv xalalar da, metroda qapının 5 saniyə gec açılmasına görə qapını yumruqlayan, maşınında Üzeyirə vəs. manıslara yüksək verən, hər yoldan keçən qıza söz atanlar da, məhlələrdə ponyatka söhbəti edən qaqaşlar bədbəxtdirlər. Azərbaycan onları bədbəxt edib.

Məhz bu səbəbdən onlara anlayışla qarşılamaq lazımdır. Onlar xəstədirlər, bədbəxtdirlər. Onlara anlayışla qarşılayın. Onların əyləncəsi yoxdur. Qarşınıza çıxanda onlara pis münasibət göstərməyin…

Uğurlar hamıya.

Etibar Salmanlı(Etibarlı)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma