Mənə şam verin!


Mayalıların peysər çıxmasına az qalıb…

Özüm ölüm deyirəm ki, bu mövzudan da yazmalı olduğuma görə bütün Azərbaycan xalqına təşəkkür edirəm, özümdən isə üzr istəyirəm. Bizim xalq çox seçmə xalqdır. Bizə oxşar birdənə ermənilərdir. Onlar da elə bizim günümüzdədirlər. Sarı gəlin, dolma, bozbaş, qarabağ, qəhrəman, balta, ramil səfərov, monte melkonyan vəs və ilaxır.

Dünyada doğulmağa o qədər ölkə olduğu halda biz burada doğulmuşuqsa nə edə bilərik. Yaşamalıyıq bir təhər.

Son günlərdə 21 dekabr söhbəti beynimizi xarab edib  sözün əsl mənasında.

Dəlinin biri quyuya daş atdı, min dənə ağıllı çıxara bilmədi məsələsidir.

21 dekabrda qaranlıq olacaq, mayalar elə deyib, dalay lama nəsə deyib vəs.  21 dekabrın da, mayanın da lap Dalay Lamanın da taaaa…)))

Bu söhbətə ən çox inanan isə bizim xalqımızdır deyəsən.  Avtobuslarda ən çox müzakirə edilən mövzu qaranlıq, 21 dekabr söhbətidir. Xalalar, bibilər artıq hazırlaşırlar o günə. Evlərə şamlar alınır, qaz balonların qazlarını doldururlar. Mürəbbə, peçenye, un falan tədarükü görülür. Hətta kənd evlərində qalanlar şəhərdə qalan qohumlarını o gün üçün dəvət edirlər. 

Yəni ki, ciddi-ciddi hazırlıq gedir məsələyə.

Ancaq bunun digər bir mənası var. Azərbaycan xalqı müdrid, dözümlü, səbirli xalqdır. Onlar bilirlər nə edirlər. Onlara 21 dekabr, dalay lama, planetlərin paradı zad maraqlı deyil.

Xalqımız regionun ən inkişaf etmiş ölkəsində qışa hazırlaşır. Havalar biraz soyuyan kimi, su gəlmir, elektrik enerjisi kəsilir, bakı kəndləri qaranlığa qərq olur. Havaların soyumasının internetə də hətta dəxlisi var. İnternet keyfiyyəti də aşağıya düşür.

Məhz bu səbəbdəndir , ölkə qışa hazırlaşır. Onların vecinə deyil 21 dekabrda nə olacağı.

Onsuz da hər gün Azərbaycanda qiyamətdir…

Qiyamət isə bizim dilimizdə yaxşı sözdür.

21 dekabrda heç zad olmasa mayalılar peysər, dindarlar isə haqlı çıxacaq…

Ps. Fotonu Facebookdan AZTVdən Seçmələr səhifəsindən götürmüşəm.

Etibar Salmanlı (Etibarlı)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma