Facebook həbsi və biz…


Qaramatlığdan və qaragüruhlugdan uzaq olaraq belə bir yazı yazmağı dünən düşündüm.

Artıq 5 gündür ki, facebook sosial şəbəkəsində status, şərh yaza bilmirəm, like edə bilmirəm, foto, video yükləyə bilmirəm qısası heç bir paylaşım etməyə imkan verilmir.

Facebookun ümumiyyətlə sosial şəbəkələrin nəqədər böyük rola malik olduğunu hamımız da olmasa çoxumuz bilirik. Ona görə çoxumuz deyirəm ki, analoqsuz və yavaşlamayan şəhərimizin divarlarında yatagda.biz , bakire.az , yekqizlar.biz kimi yüzlərlə sayt elan, reklamları var. O adamlar hardasa 2000-ci illərin əvvəlində qalıblar. Hələ onların evinə facebook, twitter, google+ gəlib çıxmayıb. 

Son 5 günümün sosial şəbəkələr baxımından əsasəndə facebook cəhətdən çox kasıb və kasad keçdiyini bəyan edə bilərəm. Facebookda heç bir iş görə bilmədiyimdən sanki ağzımı kiminsə qapatdığını hiss edirəm. Facebookda ağzı bağlamaq ifadəsini ilk dəfə Əli Novruzovun facebook statusunda görmüşdüm ancaq indi onun günündəyəm.

AZTVdən Seçmələr səhifəsində adminlərdən biriyəm. Əsasən o səhifədən satirik, ironik statuslar paylaşırıq. Heç kimi təhqir etmirik. Sadəcə ironik statuslar paylaşırıq və o statuslardan birinə gələn report(şikayət)sayı həddən artıq olub. Mənim yaddaşım məni aldatmırsa 500 dən çox like(bəyənmə)gəlmişdi o statusa. O statusu da paylaşıram sizin üçün yenidən düşünürəm ki, blogumu da report(şikayət) edib bağlatdırmazsız. Hərçənd bir dəfə bloqumun da başına o hadisə gəlib. Sonrada WordPress.coma bir ton məktub yazıb başa salmışıq vəziyyəti.

Oğlan axtarıram turikdə 11 dəfə çəkinsin. (c) İlham Əliyev

Bu statusa görə azərbaycanlılar statusu 2000 dəfədən çox şikayət ediblər və statusu da mən yazdığım üçün 7 gün müddətincə blok edilib profilim . Normal bir ölkədə bunu şikayət edəcək 1-2 nəfər tapmaq olar. Ancaq cəmi 900min üzvü olan azəri facebookunun böyük əksəriyyəti bunu özünə qarşı böyük qorxu kimi görüb. 900min azəri aktiv deyil azəri facebookunda, fake profillər, deşiyim dardı kimi səhifələrinə daxil olan ümidsiz ev qadınları, əlləri şeylərində qalan yada şeyləri əllərində qalan qarakurtkalıları mən əsil facebook üzvü saymıram. Onların nə facebooka nə də facebookun onlara bir yardımı dəyə bilər. Onlar o qədər səviyyəsizdir ki, facebookun müdiriyyəti də yığışsa onlara səviyyə yükləyə bilməz.

Qorxu bizimkilərin canına artıq hopub. Uzun illər lazımdır onların canından bunu çıxaraq. Bu statusu çox böyük ehtimalla qorxaqlar ordusunun bir neçə mini report edib. Statusu görüblər düşünüblər ki, report etməsələr polis gələcək evlərinə bunları aparacaq qaranlıq padvalların birinə. Məhz o statusu gördüklərinə döyüləcəklər, zorlanacaqlar, işdən qovulacaq özləri və qohumları. Artıq millətdə millətlik qalmayıb. Azərbaycanlıların cəsarət hissi zorlanıb, artıq üzdəniraq bir toplum olub  toplumun böyük hissəsi. O qorxu hissini özündən uzaqlaşdıran çox az bir hissə var. O hissə ilə də heçnə etmək olmaz.

Xam xəyallarla özümüzü aldatmışıq aldadırıq…

Nəisə.

Bu məsələnin gözəl tərəfi də var.  Dostlarım sağ olsunlar mənim status yazmadığım divarımın, profilimin boş olduğu günlərdə divarıma tez-tez yazırlar. Hətta dünən axşam hətta həbs edildiyim xəbəri də yayıldı. Bəzi dostlarımız narahat oldular, zəng etdilər, mesaj qutuma mesajlar, smslər yazdılar.  Hətta 2o9minlik Azerbaijan-Azərbaycan səhifəsi mənim həbs xəbərimi də yaydı. Düzdür orda bildirdilər ki, mən HamamTimes səhifəsinin adminiyəm amma yox. Mən HamamTimes-ın adminliyindən uzaqlaşdığım aylardır. Aztvdən SeçmələrYerAltından Kitablar səhifələrinin adminiyəm.

Mənə zəng edən Aygün Pəncəliyeva, Samir Əsədli, Kənan Qasımlıya, Facebookda şəklini dəyişərək mənim şəklimi qoyan Nicat Quluzadəyə, xalqı məlumatlandıran
dostlarım Hüseyn MəmmədovTaleh Məmmədova, sevgilim Günel Slunce-a, həqiqətən həbsimə inanan və pis olan Nərmin Babanlı, Rüfət Abdullayev, Üzeyir Bağırlı, Ömər Məmmədov, Pərvin Fəziyeva, Nurlan Niyazlı, Ruslan Kriptonik Məhərrəmov və Əli Əfəndiyeva təşəkkürlərimi bildirirəm ki, məni tək qoymadız ən azından virtual həbsimə etiraz bildirdiz.

Ps. Bu boyda yazını niyə yazmısan sualı gəlsə deyəcəm ki, ürəyim istədi yazdım…)))

Uğurlar Hamıya.

Etibar Salmanlı (Etibarlı)

Facebook həbsi və biz…” üçün 3 cavab

  1. Geri bildiriş: Maraqlı söhbətlər | doktormann·

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma