Sosial şəbəkələrin önəmi


Əvvəllər bloqumda ay ərzində ən azı 18-22 yazı paylaşırdım. Yazılar yazırdım, tədbirlərdən fotolar və videolar çəkib bloquma yerləşdirirdim. Ancaq son zamanlar sosial şəbəkələrdə bütün zamanımı keçirdiyimdən bloquma yazılar, fotolar, videolar yerləşdirməyə vaxtım olmur.

Bu gün yazdığım bu yazıda sosial şəbəkələr və digər saytlarda nə etdiyim haqqında qısaca bir xülasə verəcəyəm.

Deyirlər ki, bloqlar oxunmur. Kim deyir özü bilər ancaq mənim bloquma yazı yazmadığım günlərdə ən azı 150-220 İP daxil olur. Yazı yazdığım günlərdə isə bu rəqəm 300-450-ə dək qalxır. Əgər çox ciddi və səsgətirici bir şey paylaşmışamsa gündəlik girişim 1500 dən, 2700-ə dək çoxalır. 

Nəisə.

Facebookda bəzi səhifələrin adminiyəm onlardan bəzilərinin adını yazacağam sizə.

Birinci səhifə (page) :

Yer Altından Kitablar səhifəsidir.

Bu səhifəni yeni yaratmışam Rüfət Abasovun təklifi ilə.

Türkiyədən ucuz qiymətlərə original kitabların Bakıya , oxuyuculara çatdırılmasını təşkil edir bu səhifə. 055 – 213 – 42 – 13 nömrəsinə zəng vuraraq istədiyiniz kitabı (rus, ingilis, türk dillərində) sifariş edərək 4 gün ərzində əlinizə götürüb oxuya bilərsiz.

Artıq bu yazını yazdığım anda  1659 like (bəyənmə) var idi.

Səhifə noyabr ayının 1-də yaradılıb.

Hamıya məsləhət edirəm bu səhifəni bəyənsin. Xeyirli səhifədir sizin üçün.

İkinci səhifə (page) :

“AZTVdən Seçmələr “ səhifəsidir.

Bu səhifəni isə dostlarımızdan biri yaradmış məni də ora admin təyin etmişdi.

Bu səhifə 16 oktyabrda Facebook sosial şəbəkəsinə gözlərini açmışdır.

Hazırda səhifənin 6540 like-i (bəyənmə)  var.

Bu səhifədə əsasən ölkədə baş verən hadisələrə satirik rakursdan baxışlar yer alır.

Səhifədə olan şəkillər və statusların böyük əksəriyyətini səhifənin izləyiciləri tərəfindən yazılır. Daha doğrusu izləyicilər səhifənin mesaj qutusuna və ya divarına şəkilləri və statusları yerləşdirir və adminlər də onları səhifədə yayımlayır.

Darıxanda ya da kefiniz olmayanda ya televizorunuzu işə salıb AzTv-yə baxın ya da facebookda AZTVdən seçmələr səhifəsinin paylaşımlarını izləyin.

Səhifələrdən hələlik bu qədər.

Bir də Tvitter profilimdə aktivliyimi itirmirəm. Məni izləməyənlərdən izləmələrini təklif edərdim.  İctimai, siyasi, sosial, nəqliyyat problemləri və ədəbi hadisələri işıqlandırıram profilimdə.

Bir də video məsələləri barəsində qısaca məlumat verim.

Əvvəllər videoları çəkib, montaj edib youtube.com saytında olan profilimə yükləyirdim. Normal izlənmə sayı da var o profildə .

Ancaq son aylar Kulis.az -ın video şöbəsini öz üzərimə götürüb şair, yazıçı və digər mədəniyyət adamlarından müsahibələr alıb işləyib Kulis.az – ın youtube profilinə yerləşdirirəm.

Baxış sayından da narazıçılığımız yoxdur.

Həftə ərzində Kulis.az-a 1 dənə ƏN5  layihəsi bir dənə də şeir və ya müsahibə yerləşdiririk.

Hər kəsə də məsləhət edirik ki, ƏN5 i və digər müsahibələrimizi izləsinlər.

Aqşin Yeniseyin öz dilindən şeirlər :

Salam Sarvanın öz dilindən şeirlər :

Qan Turalın “Polis qorxusuyla öpüşənlər” kitabıyla bağlı müsahibəsi :

Qismət Rüstəmovun öz dilindən şeirlər :

Şahbaz Xuduoğlunun ƏN5-i :

Hamıya uğurlar!

Etibar Salmanlı (Etibarlı)

Sosial şəbəkələrin önəmi” üçün bir cavab

  1. Geri bildiriş: Maraqlı söhbətlər | doktormann·

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma