Polis qorxusuyla öpüşənlər…


Gənc Yazar Qan Turalın bu yaxınlarda yeni kitabı çap edildi.

Kitab “Polis Qorxusuyla öpüşənlər” adlanır.

Kulis.az-ın redaksiyasında çox zamanımı keçirirəm. Birlikdə yazışı-şairlər ilə müsahibələr falan edirik.

2 ildən çoxdur ki, Qan Turalla əlaqələrimiz var. Onun mənə verdiyi dəstəyi dana bilmərəm. İlk dəfə olaraq Tural “bloqqerlərə” tribuna yaratmağa kömək etmişdi “Kulis.az” saytında. İlk köşə təcrübəmi də kulis.az saytında qazanmışam.

Ümumiyyətlə Qan Turalı bir çox gənc-ə dəstəyini əsirgəməyib.

Nəisə.

Turalın kitabını işdə olarkən əldə elədim.

Xətaidən 28 maya-a qədər olan zaman müddətində kitabın 30 səhifəsini oxudum. Ardından bəzi işlərimə görə kitabı oxumağı saxladım. Hər gecə yatmamışdan qabaq 80-100 səhifə oxuyuram. Bu dəfə də elə etdim. Polis qorxusuyla öpüşənləri götürdüm və qaldığım yerdən davam etdim mütaliəmə. Məni gözləyən montaj işim olsa da kitab məni yerimdən durmağa imkan vermədi və 1 saat ərzində bütünlüklə kitabı bitirdim.

Kitabın dili çox sadədir. Kitabı oxumağa elə də əziyyət çəkməyəcəksiz. Kitab özü sizinlə danışır.

Tural kitaba Şaxta babayla bağlı bir hekayə əlavə edib. Həqiqətən çox xoşuma gəldi o məsələ. Həmçinin kitabda müəllifin “Mustafa” kitabından da bir hissə var.

Ümumilikdə belə bir ideya nə zamandır mənim  də ağlımda var idi. Blog yazılarını yığıb, redaktə edib kitab halına çap etmək maraqlı bir təcrübə olardı. Tural bu ideyanı qorxmadan reallaşdırdı. Abzas.net – də olan yazılarını yığıb redaktə elədi və kitab üçün 4 yeni yazıb çapa verdi.

Nəticə isə göz önündədir. Kitab düşünüləndən yaxşı satılır. Satılacaq da çünki Tural çoxunun düşündüyü ancaq yaza bilmədiyini yazıb.

Hamı məsləhət edirəm ki, kitabı alıb oxusun, hədiyyə etsinlər kitabı sevgililərinə, dostlarına.

Hər halda kitabdan gözəl hədiyyə ola bilməz.

“Gəncliyini yaşamayanların ölkəsi qoca görünür” kitabdan oxuduğum bir sitatdır. Hamımız bunu düşünürük ancaq Tural yazıb…

Hamıya uğurlar.

Qan Turalı Polis qorxusuyla öpüşənlər haqqında danışır :

Videonun tam linki burdadır. (LİNK)

Etibar Salmanlı (Etibarlı)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma