Cəhənnəm iztirabları…


Azad Gənclik Təşkilatı-nın belə bir  kitab çap edəcəyini eşidəndə çox sevinmişdim. Çünki son zamanlar hekayələr çox oxumağa başlamışdım. Ülvinin bu işdə bir çox tanınınmış yazı adamından məsləhət alacağını bilirdim.

Həqiqətən gözlədiyim də oldu. Kitabın elə ilk səhifəsində yazıldığı kimi “Cəhənnəm İztirabları” Azad Gənclik Təşkilatının Seymur Baycanla ortaq layihəsidir.

Seymurun  da elə belə işə qol qoymayacağını da dəqiq bildiyimdən tərəddüd eləmədən kitabı alıb oxumağa başladım.

Kitab haqqında tam yüksək fikirdə deyiləm tənqidi fikirlərimi sıralayacağam. VHP-nin qərargahında təşkil edilən təqdimat mərasimində Zamin Hacının qeyd etdiyi iki tənqidə mən də qoşuluram.

1- Kitab açılan kimi Şinel hekayəsi ilə başlaması kitabın ən əsas mənfisidir. Bir səhifə ön söz yazmaq Seymur Baycan kimi layihə rəhbərinin əlində su içmək kimi bir şey idi.

2- Zamin Hacı da bunu qeyd etmişdi hekayələrin bəzilərində tərcümə elə cümlənin arxasıyca verilib. Bu da fikir dağınıqlığına gətirib çıxarır.

3- Mənim fikrimcə hər müəllifdən 1 hekayə verilməli idi.  2-3 hekayə vermək bir müəllifdən sanki yazar yoxmuş kimi alınıb.

4- Azərbaycan yazarlarının da hekayələrini vermək  olardı mənim fikrimcə. Təkcə Cəfər Cabbarlıdan Dilarə hekayəsinə yer veriblər kitabın yaradıcı heyəti.

Tənqidlər bu qədər. Tənqidlərə baxmayaraq kitabı hərkəsin almasını , oxumasını məsləhət edirəm. Bu hekayələrin hər biri 10 larla insanın fikrini dəyişəcək gücdədir.

Mənim kitabda ən çox xoşuma gələn hekayə “Yabanı gül dəstəsi” oldu.

20-lik içində isə ümumən :

Maksim Qorki – 26 kişi 1 qız , Andre Morua-Necə oldu ki, Pyer Duş məşhurlaşdı,  Andre Morua – Aktyorluq məharəti, Qoderzi Çoxeli – Yabanı gül dəstəsi, Cəfər Cabbarlı – Dilarə hekayələri oldu.

Seymur Baycan isə facebook statusumda Aleksandr Kuprinin – Ömür yolu hekayəsini bildirdi.

Seymur Baycan, Ülvi Həsənli Hipermillinin fonunda bütünlüklə Azad Gənclik təşkilatına həqiqətən əziyyətlərinə görə təşəkkür düşür.

Bizə isə kitabı almaq, oxumaq və yaymaq düşür!

Ps. Kitabın üz qabığı Gündüz Ağayevin əl işidir.

Pss. Yazıda istifadə edilən fotolar Əziz Elxanoğluna məxsusdur.

Etibar Salmanlı (Etibarlı)

Cəhənnəm iztirabları…” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma