Qurban bayramına sözardı…


Facebookun inkişaf etməsiylə hər bayramdan qabaq Azərbaycanlılar əllərinə düşən şəkilə (o bayrama aid )ucdan tutma tag etməyə başlayır dostluq siyahısında yer alan dostlarını.

Yeni ildə yolka şəkilləri, Novruzda tonqal-kosa, Qurban bayramında isə qoyun, quzu, keçi və digər böyük baş heyvanların şəkilinə tag yaradırlar yəni işarətləyirlər səni.

Səhər yuxudan duranda görürsən ki, monitordan sənə bir qoyun və ya quzu gülür.

Facebookdakı tag məsələsi əsasən dostlarımızın bizi şəklimizə işarətləməsi üçündür.

Əslində yaxşı zaddır ancaq Azərbaycanlılar bunun da zibilini çıxarıblar.

Nəisə

Gələk Qurban bayramına. Bu əslində bayram yox qətliamdır. Onsuzda ət yeməyə öyrəşmişik insanlarıq biz. Bütün “eksluziv” yeməklərimiz ətlərdən ibarətdir.

Ət yemək üçün bayrama nə ehtiyacımız var bilmirəm.

İslam dinindəki bu məsələ mənə heç çatmır. Necə ki, məscidlərdə sinə, zəncir vurub, qan çıxartmaq kimi.

O günlərdə öz qanlarını çıxarırlar bu günlərdə (Qurban Bayramı zamanı) qoyun – quzuların.

Ümumən fərq yoxdu. Hər halda qan çıxmalıdır.

Mənə gəldikdə isə Yeni ildən başqa heçbir bayramı qeyd etmədiyimdən mənim üçün adi günlərdən biri olacaq.

Düzdür Küçük İskender deyir ki, ateistlər də dini bayramlara görə çalışmırlar kef edirlər. Bir az onunla razıyam ki, düzdür dinə inanan da inanmayanda indi 4-5 gün istirahət edəcək.

Mən də bayramda (Qurban Bayramında) qurban kəsəcəyəm.

Sevgilimin təklifi ilə ilk dəfə olaraq bayramı qeyd edəcəm və iki dənə yumurtanı qurban edib yəqin ki, yeyəcəyəm. Kim istəsə paylaşa da bilərəm…

Hamıya uğurlar və bayramı qeyd edən dostlarımın da bayramı mübarək.

Ps.Bu yazını sadəcə olaraq işdə bekar olduğumdan yazdım…

Pss. Evdəkilər ya qurban kəsəcəklər ya da ki, qurban əti bizə də verəcəklər adətə görə. Mən də deyəcəyəm ki, verin o ətdən kabab çəkəy anam isə deyəcək ki, bu ət ilə içki içmək və kabab çəkmək olmaz.

Etibar Salmanlı(Etibarlı)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma