Dərsə gedən bir uşaq


Foto 1

Əslində bu fotonu ilk olaraq bir dostumuzun profilində görəndə düşündüm ki, bunu paylaşan dostumuz görəsən fikirləşməyib ki, bunu müəllim yaza bilməz?

Yaxud düşünübsə övladının belə səhvlərlə yazan müəllimin sinifində niyə “oxumasına” imkan verir ki ?

Belə savadsız müəllimin şagirdi sonda nə olacaq ki ? Qarakurkalı yolda qızlara dalına baxan, onlara söz atan, əlində təsbəh söhbətlərə gedən, gecələr Beşmərtəbənin qarşısında təkər qaldıran, facebook səhifələrdə ateistləri söyən, prezidentimizin bəlkə bir az yavaşlayaq ifadəsindən həzz alan biri olmamasına heçbir şans yoxdur. 

Onlardan biri olacaq. Hətta onlardan da betər olacaq.

Yəni inkişafın nəsillərin dəyişməsinə ümid edənlərin ümidi elə ümid kimi qalacaq.

Yox əgər düşünməyibsə bu fotonu facebooka qoymağdansa olmazdı ki, o məktəbə gedib bu məktubun nə olduğunu aydınlaşdırardı ?

Foto 2

Mən bu məktubun müəllimə tərəfdən yazılmasına bir qram da olsun inanmıram. Mənim anam da müəllimədir, ibtidai sinif müəlliməsidir, evimizdə şagirdlərin dəftərləri olur. Arada açıb baxıram bəzilərinə eynən belə xəttləri oxuyub gülürəm.

Müəllimənin şagirdlərindən pul alması bir ayıb, belə xətlə, səhvlərlə yazması iki ayıb, valideynin övladının taleyini belə birinə verməsi 3 ayıb, təhsil nazirliyinin belə bir insana uşaqların tədrisinə görə görəvləndirməsi 4 ayıb.

Ayıblar saya – saya davam edir.

Əsas ayıb isə özünü inkişaf etmiş sayan dostlarımızın facebookda bunu müəllimənin yazmasını iddia etməsidir mənim fikrimcə.

Yox əgər müəllimə yazıbsa mən də onun yazmadığını  iddia edirəmsə dostlarımız ayıb etmir mən etmiş oluram.

Bekar olan dostlardan xahiş edərdim ki, bu məsələni araşdırsınlar…

Hamıya uğurlar!

Ps. İkinci şəkilin söhbətə aidiyyatı yoxdur…

Etibar Salmanlı (Etibarlı)

Dərsə gedən bir uşaq” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma