Bir-iki cümlə içki və siqaret haqqında…


Köhnə bloq yazılarımı, facebook statuslarımı, tvitter tvitlərimi yadınıza salın.

Əgər vaxtınız varsa.

Əgər vaxtınız var və birinci cümlədəki xahişimi yerinə yetirdizsə onda ağlınıza köhnə Etibar düşəcək.

Bloq yazılarımdan əsasən qaramat-qaragüruh siyasi ton və kəskin alkoqol iyi gəlirdi.

Facebook statuslarım isə əsasən nikotin və alkoqol təbliğatı aparırdı. 

Tvitterdən danışmıram çünki Facebook profilim tvitterə birləşdirilib…)))

Bunlar hamısı

Səhərlər yuxudan günorta 1 də durub günorta 3-də rəhmətlik  Şirzadda sosiska və ya cız-bız ilə 3.5azn- lik oxota arağının ve kent4 siqaretinin zibilləri idi.

Əvvəllər düşünürdüm ki, pivəni ancaq yayda içərlər son 2-3 ildə isə yerdə dizdən qar olanda da Araza və ya hansısa digər çayxana/pivəxanaya girib pivə sifariş edirdim.

Bunları qoyaq qırağa…

Nəisə…

Son aylar isə içkidən çox ciddi şəkildə uzaqlaşmışam. 2-3 istisna halə nəzərə almasaq çox az içki qəbul edirəm. Siqareti də həmçinin bacardığım qədər  azaldmışam.

Sizə deyim ki, özümü əvvəllkindən daha enerjili hiss edirəm indilər.

Ancaq əvvəllər deyirdim ki, içki mənim iş görməyim üçün dopingdir.

Görünür səhv etmişəm…

PS. Bu yazını yazma səbəbim odur ki, 2 gündür evə gələndə siqaret qutusunu ya işə qoyuram ya da almıram yeni siqaret özümə. Gecəni siqaretsiz keçirirəm və görürəm ki, yavaş – yavaş siqaretə güc gəlməyə başlayıram. İçkidən danışmıram çünki heç vaxt içki aludəçisi olmamışam. Çox içdiyim zamanlarda da “mırta” içmişəm, oyunu yaxşı oynamaq üçün…

Etibar Salmanlı (Etibarlı)

Bunu da oxu :

Elçin Mann – Hərəyə bir paçka siqaret alaq…

Etibar SalmanlıAvtobusda dəyişən insanlar…

Bir-iki cümlə içki və siqaret haqqında…” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma